Məhkəmə qərarları › İş №2(008)-601/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-601/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-601/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 2012-2020-ci illər ərzində aktlar üzrə əsassız hesablanmış 4092,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları müxtəlif tarixlərdə akt tərtib edərək heç bir əsas olmadan qanunsuz şəkildə ona məxsus abonent kodu **********50000 olan qaz sayğacından qeyri-qanuni qaz xətti vasitəsiilə təbii qazdan istifadədə olunmağı iddia edərək cərimələr yazmış və bunu aktlaşdırmışlar. Qaz pulunu ödəmək üçün terminaldan istifadə zamanı ona məlum olmuşdurki, onun qaz sayğacına 4000 manatdan çox borc yazılmışdır. Bunu aydınlaşdırmaq üçün oğlu Əli Gözəlov qaz istismar idarəsinə getmiş və orada ona bildirmişlər ki, qaz sayğacından qeyri-qanuni qaz xətti vasitəsiilə təbii qazdan istifadə olunması barədə ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Aktlara əlavə olunan şəkillərə nəzər saldıqda məlum olmuşdur ki, həmin fotoşəkillər qardaşı Rafiq Gözəlova məxsus sayğaca yazılan şəkillərdir. Cavabdehin əməkdaşları qeyri-qanuni qaydada eyni fotoşəkilləri bir neçə sayğacla münasibətdə tətbiq edərək əhaliyə cərimələr aktlaşdırırlar. Bu hallara etiraz edənlər arasında qardaşı X3 da olmuş, Sabunçu rayon Məhkəməsində xx.xx.2020-ci il tarixdə keçirilən iclasda yuxarıda qeyd olunan əməllər barədə izahatlar verilmiş və məhkəmənin 2(008)-4319/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş və cavabdehin iddia etdiyi 5229,70 manat borc məbləği məhkəmə tərəfindən silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və iddianının rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2019-cu il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il tarixli, ******* saylı xx.xx.2020-ci il aktlara əsasən ünvan 1 ünvanında İddiaçı qaz sayğacından qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadədə olunması aşkar olunması müəyyən edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən həmin aktlar üzrə itirilmiş qazın miqdarı hesablanmışdır. İş materiallarında olan saldodan görünür ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 2012-2020-ci illər ərzində aktlar üzrə iddiaçıya 4092,60 manat məbləğində borc hesablanmışdır. İddiaçı yuxarıda qeyd olunan aktları məhkəməyə təqdim etsə də, 2012, 2017 və 2018-ci il tarixlərdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus evdə kənar xəttin olmaması, iş materiallarındakı fotoşəkillərin isə iddiaçının qardaşı və qonşusu Rafiq Gözəlova məxsus evə aid olması müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB Rafiq Gözəlova qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5229, 70 manat pulun tutulması barədə iddia tələbi qismən təmin edilmiş, Rafiq Gözəlovdan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 450,60 manat məbləğində borcun tutulması, iddianının qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən 2012-2020-ci illər ərzində aktlar üzrə hesablanmış 4092,60 manat əsassız hesablanmış 4092,60 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-ci maddəsinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2-ci maddəsinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları mübahisə predmeti olan aktları tərtib edərkən, iddiaçıya məxsus olmayan evə baxış keçirmişlər. İddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, iddiaçı Cavabdeh tərəfindən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4092,60 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya 2012-2020-ci illər ərzində aktlar üzrə hesablanmış 4092,60 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 2012-2020-ci illər ərzində aktlar üzrə hesablanmış 4092,60 manat borc silinsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar