Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6014/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İHB-nin Maştağa qəsəbəsi İƏDÜ Nümayəndəliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İHB-nin Maştağa qəsəbəsi İƏDÜ Nümayəndəliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon İHB-n Maştağa qəsəbə İƏDÜ-ə Nümayəndəliyinin 49 saylı xx.xx.1992-ci il tarixli «ÇİXARİŞ»ın maraqlı şəxs tərəfindən təsdiqlənmiş formada ərizəçiyə verilməsi üzrə hüquqi faktın müəyyən edilməsi faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 Sabunçu rayon İHB-n Maştağa qəsəbəsi İƏDÜ-ə nümayəndəliyinin 49 saylı xx.xx.1992-ci il tarixli çixariş əsasında fərdi evin tikintisilə bağlı Maştağa qəsəbəsi, birinci kvartal 288 saylı ünvanda 12 sot torpaq sahəsi ayrılmışdır. Məlum daşınmaz əmlakla bağlı aidiyyatı qurumlara müraciət etmək üçün yuxarıda adı çəkilən «ÇİXARİŞ»-ın əsli (orijinalı) naməlum şəraitdə itmiş, lakin surəti onda qalmışdır. Maraqlı şəxsə müraciət etmiş və «çixariş»-ın təsdiq olunmuş formada ona təqdim edilməsin xahiş etmişdir, lakin «çixariş»ın qəsəbə nümayəndəliyində tapılmaması məlum edilmişdir, baxmayaraq ki, onda olan «Çixarış»ın surətindən görünür ki, sənəd maraqlı şəxsin rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarı əsasında Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 04 iyul 1992-ci il tarixli 49 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikintisi üçün Maştağa qəsəbəsində birinci kvartal 288 (iki yüz səksən səkkiz ) nömrə ilə 0.12 hektar torpaq sahəsinin ayrılmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tələbin dəqiqləşdirilməsinə dair ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçisinin Maştaga Qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-18-12-H-65-191/2025 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi üzrə Aparatının xx.xx.1992-ci il tarixli 49 nömrəli, birinci kvartal, 288 saylı qərarından çıxarışa əsasən torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-T seriyalı 292577 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası Cəfərova Səmayə babaəli qızıdır. Maşatağa qəsəbəsi XDC İcraiyyə Komitəsinin 49 nömrəli xx.xx.1992-ci il tarixli qəraraından çıxarışın surətindən görünür ki, X1 Maştağa qəsəbəsində baş plana uyğun olaraq 0,12 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 008740 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2002-ci ildə ölmüşdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-11678/2025 (**********39) nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlər surətdir. Bundan başqa, Maştağa qəsəbə XDS İK-nın 49 nömrəli, xx.xx.1992-ci il tarixli qərarından çıxarışın arxiv arayışı və torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Ərizənizdə qeyd olunan fərdi yaşayış evinə dair eskiz layihənin tərtib edilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısf’mn təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 7-ci bəndinə əsasən siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlarn müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.6-cı maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13-cü maddəsinə əsaəsn məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə iclasları zamanı ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarı əsasında Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 04 iyul 1992-ci il tarixli 49 nömrəli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Maştağa qəsəbəsində birinci kvartal 288 (iki yüz səksən səkkiz ) nömrə ilə 0.12 hektar torpaq sahəsinin ayrılmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsədə, bu faktı təsdiq edəcək möhtəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçiya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İHB-nin Maştağa qəsəbəsi İƏDÜ Nümayəndəliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6014/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6014/2025
03.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver