Məhkəmə qərarları › İş №2(008)-6021/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6021/2020

28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6021/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızının onun himayəsində saxlanması, Cavabdeh yetkinlik yaşına çatana kimi Gözəlova Selin Emin qızı və Gözəlova Albina Emn qızının saxlanması üçün hər ay əldə etdiyi gəlirlərinin və digər qazancların 1/3 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin Gözəlova Albina Emin qızının 3 yaşına çatanadək hər ay cavabdehdən 500 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Nikahları 2 saylı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 1696 saylı nömrə ilə qeydiyyata alınmışdır. Faktiki birlikdə yaşadıqları müddət ərzində xx xxxxxx 2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx xxxxxxxx 2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızı adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında söz söhbətlər yaranmağa başlamışdır. Faktiki olaraq aralarındakı ailə münasibətləri bitmişdir. Ailə münasibətlərinin perspektivsizliyini hər ikisi dərk etmişdir. Hazırda faktiki nikah münasibələtlərindən olan xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızı himayəsindədilər. Onun bütün tələbatlarını o tək ödəyir. Hesab edir ki, aşağıda qeyd edilən qanun normalarının tələblərinə uyğun olaraq övladlarının saxlanılması ilə bağlı xərclərin ödənilməsinə həmçinin cavabdeh də cəlb edilməlidir. Hazırda cavabdeh “Halliburton” adlı şirkətdə çalışır və aylıq əldə etdiyi gəlirin məbləği 2000 manat civarındadır. Bu səbəbdən hesab edir ki, aliment məhz cavabdehin əmək haqqında yönəldilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Nemət qızı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızının onun himayəsində saxlanması, Cavabdeh yetkinlik yaşına çatana kimi Gözəlova Selin Emin qızı və Gözəlova Albina Emn qızının saxlanması çünü hər ay əldə etdiyi gəlirlərinin və digər qazancların 1/3 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin Gözəlova Albina Emin qızının 3 yaşına çatanadək hər ay cavabdehdən 500 manat alimentin və hamiləlik dövründə əlavə olaraq 500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh rəsmi əmək haqqısının olduğunu lakin, ikinci həyat yoldaşından olan uşağa görə də aliment ödədiyini bildirərək iddia tələbinin qismən, yəni digər övladının olmasını nəzərə alınaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 2 saylı Bakı Asan Xidmətin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 073082 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuş Gözəlova Selin Emin qızının atası Cavabdeh, anası X1r; - 4 saylı Bakı Asan Xidmətin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 356320 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş Gözəlova Albina Emin qızının atası Cavabdeh, anası İddiaçıdır; - 2 saylı Bakı Asan Xidmətin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 344571 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gözlov Emin Namiq oğlu ilə X2 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə 1696 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gözəlov arvada Gözəlova Soyadı verilmişdir; - Mərkəzi Gömrük Hospitalı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin hospitalın X3 müayinə olunmuş və 5 həfətlik hamiləliyin olduğu müşahidə edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızı doğulmuşdur. Hazırda iddiaçı hamilədir və həmin uşağın atası Cavabdehdur. Tərəflər bir yerdə yaşamırlar, uşaqlar isə ananın himayəsindədirlər. Həmçinin cavabdehin başqa əvvəlki nikahından da uşağının olduğu və onun da saxlanılması üçün qarşılıqlı razılaşma əsasında aliment ödədiyi müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulur. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə uşaqların mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, cavabdehdən azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı halda aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutula bilməz. Belə ki, cavabdehin əvvəlki nikahından olan uşağın olması faktı müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən 3 uşağa görə qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında aliment tutula bilər. Belə olan halda, məhkəmə hesab edir ki, aliment almaq hüququ olan iddiaçının iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısının üçdə iki miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda iddiaçının uşaq 3 yaşına çatanadək uşağa qulluq etməyə görə cavabdehdən 500 manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızı üç yaşına çatanadək iddiaçının xeyrinə 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən məhkəmə qaydasında aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə həmçinin iddiaçının hamiləlik dövründə cavabdehdən 500 manat alimentin tutulması hissəsi ilə bağlı bildirir ki, iddia tələbi bu hissədə qismən yəni 50 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin müvəqqəti aliment barədə xx.xx.2020-ci il tarixli qərardadı hazırki qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü Gözəlova Selin Emin qızı və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq, (Sabunçu Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla) Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısının üçdə iki miqdarında aliment və xx.xx.2019-cu il təvəllüdlü Gözəlova Albina Emin qızının üç yaşına çatanadək saxlanılması üçün anaya hər ay 50 (əlli) manat, iddiaçının hamiləliyi dövrü üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar