Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6026/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və qəbul edilmiş qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasını qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, həyat yoldaşı xx.xx.1955-ci il təvəllüdlü X8 xx.xx.2025ci il tarixdə vəfat etmişdir. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Dağüstü 1 qəbristanlığında dəfn edilmişdir. Buna dair Bakı şəhəri, Yasamal Bələdiyyəsi tərəfindən 04 avqust 2025-ci il tarixli 1380 nömrəli arayış tərtib edilmişdir. xx.xx.1955-ci il təvəllüdlü X8 ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş, onun səhhəti xx.xx.2025-ci il tarixdə saat 13 radələrində qəflətən pisləşdiyi üçün təcili tibbi yardım çağırılmışdır. Lakin təcili tibbi yardım briqadası gəlib çatana kimi xx.xx.1955-cı il təvəllüdlü X8 ölmüşdür. Ona görə də onun ölümünün səbəbini təcili tibbi yardım briqadası dəqiqləşdirə bilməmişlər. Bu barədə RTTTYM-nin Yasamal TTTYS tərəfindən 20 iyul 2025-ci il 0902 nömrəli ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Bundan sonra AR TƏBİB PHŞ-nin "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-nin 3 saylı şəhər poliklinikasına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişdir. Oradan ona 29 iyul 2025-ci il tarixli 18-1-1-1/2-Ş-231-xxxx/2025 nömrəli imtina arayışı verilmişdir. Həmin sənədləri Bakı şəhər Maraqlı şəxsnə təqdim edərək, mərhum əri X5 ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir Lakin Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə 3165xx-xx-3259/25 nömrəli imtina məktubu vermişdir. Ona görə də xx.xx.1955-cı il təvəllüdlü X6 dair ölüm haqqında şəhadətnaməni ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu vərəsəlik və digər sənədləşmə işlərinin həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 3259/2025 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli 18-1-1-1/2-Ş-231-xx-xx/2025 nömrəli sorğuya cavab məktubunda Ərizəçi, həyat yoldaşı xx.xx.1955-ci il təvəllüdlü X4 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2025-ci il, xəstənin yanına gəlmə vaxtı ”13” saat “23” dəqiqə, ünvan Yasamal rayonu, M.Naxçıvani 47 ünvanı, xəstənin adı X8 qeyd olunmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1380 nömrəli arayışdan görünür ki, X8 (xx.xx.1955-xx.xx.2025) Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına X4 qəbrinin foto-şəkili də əlavə olunmuşdur. İş materiallarına əlavə olunan İ-ЖГ seriyalı 450976 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasında xx.xx.1977-ci ildə 913 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Şıxıev, arvada Şıxıeva soyadı verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində ərizəçinin onun anası olduğunu, atası X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, açıq ürək əməliyyatı olduğunu və Yasamal rayonunda dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində ərizəçi onun bacısı olduğunu, X8 xx.xx.2025-ci il tarixdə vəfat etdiyini, ürək çatışmazlığından əziyyət çəkdiyini və Yasamal rayonunda dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6026/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6026/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver