Məhkəmə qərarları › İş №2(008)-6027/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6027/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6027/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibaba oğluna, X7, Əli-zadə Samir Mahir oğluna, Əli-zadə Səməd Mahir oğluna, X10 və X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibaba oğluna, X7, Əli-zadə Samir Mahir oğluna, Əli-zadə Səməd Mahir oğluna, X10 və X8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibaba oğlu, X12, Əli-zadə Samir Mahir oğlu, Əlizadə Səməd Mahir oğlu, X16 və X5 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evi xx xxx 2001-ci il tarixdə X4 alqı-satqı müqaviləsinə əsasən almışdır. 2001-ci ildə alqı-satqı müqaviləsi bağlandıqdan sonra adına qeydiyyat vəsiqəsi almışdır. Sonradan soyadı dəyişdirilərək Məmmədzadə soyadı Altunbay kimi, atasının adı isə Məmmədəli oğlundan Məmməd olaraq dəyişdirilmişdir. Bu dəyişiklik qeydiyyat orqanlarında qeydiyyata alınmış və ona İddiaçı adına yeni çıxarış xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, çıxarış verilərkən alqısatqı müqaviləsində evin yerləşdiyi küçə Azərbaycan qadını olmasına baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışda ona məxsus evin ünvanı ünvan 2 ünvanı kimi göstərilmişdir. Bilgəh qəsəbəsində, həm Hacı Mayıl küçəsi həm də Azərbaycan Qadını küçəsi vardır və iki yerdə yerləşir. ünvan 3 ünvanında yerləşən ev 2001-ci ildən onun mülkiyyətində və istifadəsindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibala oğlu, X13, Əli-zadə Samir Mahir oğlu, Əli-zadə Səməd Mahir oğlu, X14 və yetkinlik yaşına çatmayan xx.xx.2019-cu təvəllüdlü X21 və xx.xx.2016-cı il təvəllüdlü X22 iddiaçının ailə üzvləri deyildir, bir gün belə ona məxsus evdə yaşamamışlar. Lakin, cavabdehlər Bilgəh qəsəbəsində onun evindən çox uzaqda yerləşən özlərinə məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan evlərində yaşayır və onların ona məxsus evə hansı qaydada qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. Cavabdehlər ona məxsus evdən qeydiyyatdan çıxmağa etiraz etmirlər. X16 isə onun doğma qızıdır. Qızı olsa belə, bir gün belə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşamamışdır. 2017-ci ildə qızı ona məxsus evə qeydiyyata düşməyinə razılıq verməsini xahiş etmiş və o, qızının həmin evə qeydiyyata düşməsinə etiraz etmədiyindən xx.xx.2017-ci il tarixdə mübahisələndirilən evə qeydiyyata alınmışdır. Lakin, qızı X16 uzun illərdir Türkiyə Respublikasında yaşayır, lakin formal olaraq ona məxsus evdə qeydiyyatda qalmışdır. 5 saylı Bakı Asan Xidme Mərkəzindən arayış alan zaman cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmalarını bilmişdir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibaba oğlu, X12, Əli-zadə Samir Mahir oğlu, Əli-zadə Səməd Mahir oğlu, X16 və X14 ünvan 4 ünvanında qeydiyyatdadır. - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 0xx/xx-5425 saylı arayışdan görünür ki, cavabdeh X17 ünvan 5 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 saylı arayışdan görünür ki, İddiaçı, Atunbay Heyranxanım Hicran qızı və X6 ünvan 7 ünvanında qeydiyyatdadırlar. - 114658 saylı xx.xx.2001-ci il tarilxi müqavilənin surətindən görünr ki, X11 ona məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan küçəsi, ünvanda yerləşən 5 saylı evi X1. - Nikahın bağlanması haqqında AZ-İİ seriyalı, 047787 saylı şəhadətnamənin surətindən görünür ki, X9 ilə Bünyat-zadə Heyranxanım Hicran qızı xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ seriyalı 010479 saylı şəhadətnamənin surətindən görünür ki, X2 və ata adını dəyişdirərək soyadını Altunbay ata adını isə Məmməd kimi qeyd etdirmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ünvanında yerləşən 5 saylı ev xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********41 saylı məktundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 10ünvanında yerləşən fərdi yaşayış evinin arxiv məlumatlarında əvvəlki ünvan kimi Azərbaycan Qadını küçəsi göstərilmişdir. - Cavabdeh2 Əli-bala oğlu ərizə ünvanlayaraq ərizəsindən bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə 40 il bundan öncə atası tərəfindən inşa edilmiş evdə yaşayır. Evin texniki pasportu mövcuddur. Bu səbəbdən iddiaçının evinə qeydiyyata düşmüşlər. Yaşadıqları evin ünvanı Azərbaycan Qadını küçəsində yerləşən və say etibarılə 5 saylı evdir. İddiaçı məxsus olan evində ünvanı Azərbaycan Qadını küçəsi 5 saylı evdir. Yəni hal-hazırda Bilgəh qəsəbəsində iki Azərbaycan Qadını küçəsi və hər iki küçədə 5 saylı ev vardır. Onların çıxarış olmadığından iddiaçıya məxsus olan evə qeydiyyata düşmüşlər. Hesab edir ki, onların iddiaçıya məxsus evdə qeydiyyatda qalmaqları düzgün deyil və xahiş edir ki onları iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılsınlar. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını (Hacı Mayıl) küçəsi, ünvanında yerləşən 5 saylı mənzil iddiaçı ilə cavabde Əliyeva Xalidə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmış, həmin mənzilin əvvəlki mülkiyyətçisi isə mənzil satıldıqdan sonra oradan köçüb getmiş və onun ailə üzvləri olan cavabdehlər qeyd olunan mənzildən istifadə etmirlər. Cavabdehlərdən X16 iddiaçının doğma qızıdır, iddiaçı onun Türkiyə Respublikasında yaşadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlər mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı mülkiyyətçi kimi hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görədə, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlibaba oğlu, X12, Əli-zadə Samir Mahir oğlu, Əli-zadə Səməd Mahir oğlu, X16 və X14 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını (Hacı Mayıl) küçəsi, ünvanında yerləşən 5 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar