Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6027/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla, “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla, “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən aparılmış 13.08.2020-ci il tarixli, 8İ-2567 rеуеstr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh xüsusi notaгiusu X2 1З.08.2020-сi il tarixli, 8i-2567 rеуеstr nömrəli iсrа qeydi ona rəsmi оlаrаq 16.07.2021-сi il tаriхdə təqdim edilmişdir. Həmin iсrа qeydinə əsasən, ondan vaxtında ödənilməmiş 557 manat, 40 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 617 manat pul tutulmalıdır. İcra qeydinə etiraz еdərək, hesablanmış bоrсu qanunsuz hesab edir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia etdiyi məbləği müqavilənin və qanunvericiliyin tələblərinə əsasən, onun ödəməli olduğunu sübut еtməlidir. Bundan başqa, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Веlə ki, iсrа qeydində müqavilənin tarixi və qüvvədə olma müddəti bаrədə məlumat göstərilməmiş, lakin müqavilənin nömrəsi kimi DK101З75З/14 qeyd edilmişdir. Buradan müqavilənin 2014-cü ildə bağlandığı aydın olsa da, hansı müddətə bağlandığı məlum deyil. Müqavilələr əsasən bir ildən üç ilədək müddətə bаğlanır, hazırkı müqavilə isə ən pis halda üç illik bağlanmışsa, üç illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu İddiaçı arasında bağlanmış 08.12.2014-cü il tarixli, BS-DK1013753/14 saylı Sazişə əsasən, bank tərəfindən borcluya 10 il müddətinə 10.000 manat məbləğində kredit limiti ayrılmış və həmin tarixdə içərisində pul vəsaiti olan bir ədəd kredit kartı borcluya təhvil verilmişdir. Bununla da bank tərəfindən iddia müddətinin ötürülmədiyi müəyyən olunur. Borclu borcun geri qaytarılması barədə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Ona görə də, 1З.08.2020-сi il tarixli, 8i-2567 rеуеstr nömrəli iсrа qeydinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. O, qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xidməti zərurətlə əlaqədar, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.08.2020-ci il tarixli, 8İ-2567 saylı icra qeydinin surətindən görünür ki, həmin icra qeydinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı DK1013753/14 nömrəli müqaviləyə əsasən, vaxtında ödənilməmiş 557 manat, 40 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 617 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş 13.08.2020-ci il tarixli, 8İ-2567 saylı icra qeydinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı DK1013753/14 nömrəli müqaviləyə əsasən, vaxtında ödənilməmiş 517 manat, 40 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 577 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 08.12.2014-cü il tarixli, BS-DK1013753/14 saylı Sazişə əsasən, kredit xəttinin maksimal məbləği 10.000 manat, kredit xəttindən ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 200 manat, kredit xəttinin maksimal müddəti 10 il, kredit limitinin maksimal məbləği 10.000 manat, maksimal illik faiz dərəcəsi 36 faiz, hər tranşın minimal istifadə müddəti 12 il, limitin maksimal müddəti 10 il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13.07.2020-ci il tarixli bildirişindən görünür ki, 15.10.2014-cü il tarixli, DK1013753/14 saylı sənədə görə, borclu İddiaçı, onun 61 ay müddətinə, illik 0 faiz dərəcəsi ilə 200 manat məbləğində kredit götürdüyü, həmin sənədlə müəyyən edilmiş öhdəliyi lazımınca icra etməməsi nəticəsində, 13.07.2020-ci il tarixə 200 manat əsas borc, 350 manat faiz borcu, 40 manat cərimə borcunu ödəməli olduğu bildirilmiş, əks halda, barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə borcluya xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən olunur ki, notarius tərəfindən DK1013753/14 saylı müqavilə üzrə eyni tarixdə, reyestrdə eyni rəsmiləşdirilmə sayı ilə, daha dəqiqi, 13.08.2020-ci il tarixdə 8İ- 2567 sayı ilə iki icra qeydi aparılmışdır. Həmin icra qeydlərində borclu İddiaçı tutulmalı olan yekun məbləğlər fərqli göstərilmişdir (bir icra qeydində 617 manat, digərində isə 577 manat). İcra qeydlərində müqavilənin (sazişin) nömrəsi natamam göstərilmiş, tarixi isə, ümumiyyətlə qeyd olunmamışdır. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin notariat icra qeydi haqqında ərizəsində və 13.07.2020-ci il tarixli bildirişində öhdəliyi müəyyən edən sənədin tarixi 15.10.2014-cü il qeyd edilsə də, tərəflər arasında BS-DK1013753/14 saylı Sazişin 08.12.2014-cü il tarixdə bağlandığı müəyyən olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında öhdəliyi müəyyən edən sənədin tarixi 08.12.2014-cü il olsa da, icra qeydi 15.10.2014-cü il tarixli sənəd əsasında, başqa sözlə, əslində mövcud olmayan sənəd əsasında aparılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməklə, əvəzi ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh tərəfindən aparılmış 13.08.2020-ci il tarixli, 8İ-2567 saylı icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul vəsaiti cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6027/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6027/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver