Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-603/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətovev ev 18, mənzil 2, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 5, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18/A, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 4 yaşayış evlərinə sudan istifadəyə görə əsassız hesablanmış cəmi 1414.48 manat borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin aprel ayında Sabunçu rayonu sukanal İdarəsindən bir qrup əməkdaş qəsəbəyə gələrək ondan və digər sakinlərdən su sayğaclarının quraşdırılacağını bildirərək şəxsiyyət vəsiqələri məlumatlarını almışdılar. Daha sonra müxtəlif vaxtlarda yaşadığı ərazidə su xətləri mövcud olmadığı halda Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon Sukanal idarəsinin nümayəndələri ona qarşı sudan qanunsuz istifadə etdiyini qeyd edərək 84 və 168 manat məbləğində cərimə tətbiq edildiyini bildirmişdilər. Həmçinin qeyd etmək lazımdır ki, cərimənin tətbiq edildiyi zaman onunla cavabdeh arasında müqavilə imzalanmamış və su xətti çəkilməmişdir. 2022-ci il avqust ayında Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2022-ci il 3378 nömrəli Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının təsdiq edilməsi haqqında Sərəncamı çərçivəsində Cavabdeh tərəfindən su xəttləri çəkilmişdir. Lakin bugünə kimi su sayğacları quraşdırılsa da, mənzillərə gedən su xəttləri ilə birləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmçinin sonradan Cavabdeh ASC-nin “Elektron su” portalına daxil olaraq abonent hesabında ümumi olaraq 1414.48 manat məbləğində borcun olduğu görmüşdür. Lakin bu müddət ərzində sudan istifadəyə görə vəsaitin həcmini əks etdirən hesab (qəbz) təqdim edilməmişdir. Qaydaların 2.1.6-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-nin vəzifələrinə aiddir. Sabunçu rayon Sukanal İdarəsi tərəfindən mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2021-ci il tarixində 43899273 (abonent kodu **********050), 43899335 (abonent kodu **********0000), 43899424 (abonent kodu **********020) və 43899371 (abonent kodu **********040) nömrəli müqavilələr sukanalı idarəsi tərəfindən birtərəfli qaydada imzalanaraq ona təqdim edilmişdir. Tərəfindən sözügedən müqavilələrin imzalanmaması səbəbi qeyd edilən tarixdə yaşadığı ərazidə su xəttlərinin mövcud olmaması və su təminatının cavabdeh tərəfindən təşkil edilməməsidir. Sözügedən müqavilələrə əsasən istehlakçının istifadə etdiyi 1m3 içməli suya görə hesablaşma ƏDV ilə 0.70 manat, 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0.00 manat məbləğində müəyyən edilmişdir. Müqavilələlər bağlanan tarixdən hesabat ailə tərkibinə görə aparılmış, xx.xx.2022-ci il tarixindən hesabat su xətti üzərindən quraşdırılmış mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Belə ki, adıçəkilən qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Tərəfindən STKM fərdi yaşayış evində qeydiyyatda olan şəxslər barədə heç bir məlumat verilmədiyi təqdirdə bir müqavilə üzrə hesabat ailə tərkibi 1 nəfər olmaqla aparılmış, digər üç müqavilə üzrə isə 4 nəfər olmaqla. Qaydalara əsasən qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Lakin cavabdeh tərəfindən sözügedən orta statistik say tərkibinin hansı sənədə və ya normativ hüquqi akta dair aparıldığı barədə məlumat verilməmişdir. İddiaçının “Elektron su” portalından əldə etdiyi məlumata görə mənzillərin (**********050) hesabında yaranmış borc 222,37 manat, (**********000) hesabında yaranmış borc 401,57 manat, (**********040) hesabında yaranmış borc 398,07 manat və (**********020) hesabında yaranmış borc 392,47 manat təşkil etdiyi və həmin borcların hər bir mənzil üzrə müqaviləsiz su təchizatı xəttindən istifadəyə və ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsi olduğu qeyd edilmişdir. Belə ki, Qaydaların 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmçinin adıçəkilən məktubda hesablanmış borc məbləğinin hansı dövrləri əhatə etdiyi barədə heç bir məlumat verilməmişdir. Cavabdeh ASC iddiaya qarşı etiraz verərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsinə dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək, əvvəlki iclaslarda bildirdiyi kimi 2020-ci ilin aprel ayında cavabdeh təşkilatın əməkdaşları iddiaçı və həmin ərazidə məskunlaşan şəxslərin adlarını, şəxsiyyətini təsdiq edən sənədləri götürərək onlara sayğac qoyacaqlarını bildirmişlər. Kənd sakinləri heç bir etiraz etməmiş və sənədlərini təqdim etmişdir. Bir müddət keçdikdən sonra iddiaçıya və digər şəxslərə sudan istifadəyə görə 84 manat borc yazıldığını bildirmişdilər. Bilindiyi kimi “Sudan istifadə qaydaları” haqqında qanunun 3.1-ci maddəsinə əsasən qanunsuz qoşulma mövcud su sisteminə qoşulma deməkdir. Hesab edir ki, qoşulma mümkünsüzdür. Vətəndaşa borc ilə bağlı qəbz təqdim edilməli olduğu halda heç bir qəbz təqdim olunmayıb. Borcu vətəndaş ödəmədiyi halda sudan istifadəni cavabdeh təşkilat məhdudlaşdırmalı idi. Bütün bunlar əsas verir ki, cavabdehə yazılan cərimə borcu əsassızdır. Мəhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, xəttin olmadığını deyil, qoşulmanın olduğu nöqtəni müəyyən edilməsi mümkün olmamışdır. Buna səbəb pərakəndə qoşulmaların asfalt altında olmasıdır. Qanunsuz qoşulma sayğac, müqavilənin mövcud olduğu halda da mümkündür. Cavabdeh ASC-nin həmin ərazidə şəbəkələri olmuşdur. İddiaçı müqavilə bağlamadan, texniki şərt almadan özbaşına qoşulmuşdur. Bunu etirazda da qeyd etdiklərini bildirmişdir. Bəzi ünvanlarda şəbəkələri olmasa da, iddiaçı yaşayan ünvanda şəbəkə olmu, iddiaçı özü də əvvəl sayğacın qoyulmasının tərəfdarı olsa da, sonradan məhkəmədə iddia qaldırmışdır. Yaşayış olmadığı evlərdə sayğac quraşdırılarkən hesabatın dayandırılması ilə bağlı idarəyə müraciət olunmalıdır. Lakin iddiaçının belə bir müraciəti olmamışdır. İddiaçı və həmin ərazidə yaşayan şəxslər köhnə xətdən hələ də istifadə edirlər. Yazdıqları borc qanunlar çərçivəsində olduğunu bildirmişdir. Мəhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 izahatında 87 manat borc 360 gün müddətində yazıldığını bildirdi. Qeyd edilən ünvanda faktiki olaraq köhnə xətt mövcuddur. Sayğac çəkildikdən sonra abonent özü xətti sayğaca qoşmalıdır. Əgər abonent sayğacdan istifadə etmirsə deməli kənar qoşulma vardır. İddiaçıdan soruşduqda suyu maşınlarla aldığını bildirir, lakin buna görə qəbz təqdim etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunan 43899424 nömrəli, 15 fevral 2021-ci il tarixli, 43899371 nömrəli, 15 fevral 2021-ci il tarixli, 43899273 nömrəli, 15 fevral 2021-ci il tarixli və 43899335 nömrəli, 15 fevral 2021-ci il tarixli müqavilələrdən göründüyü kimi, İddiaçı qeyd olunan müqavilələrdə imzası yoxdur. İş materiallarında olan İddiaçı məxsus **********050: 43899273 nömrəli abonent kartından görünür ki, onun 222,37 manat borcu vardır. İş materiallarında olan İddiaçı məxsus **********000: 43899335 nömrəli abonent kartından görünür ki, onun 401,57 manat borcu vardır. İş materiallarında olan İddiaçı məxsus **********040: 43899371 nömrəli abonent kartından görünür ki, onun 398,07 manat borcu vardır. İş materiallarında olan İddiaçı məxsus **********020: 43899424 nömrəli abonent kartından görünür ki, onun 392,47 manat borcu vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyi istehlakçıların hüquqları vardır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Su xətti Cavabdeh ASC tərəfindən 2022-ci ilin avqust ayında çəkilmiş, su sayğacları xx.xx.2022-ci il tarixində quraşdırılsa da, mənzillərə gedən su xəttləri ilə birləşdirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilələr birtərəfli qaydada imzalanaraq İddiaçı təqdim edilmişdir. Sözügedən müqavilə Cavabdeh ASC tərəfindən imzalansa da, vətəndaş tərəfindən imzalanmamış və iş materiallarında olan müqavilələrdə möhürü yoxdur. Sonradan məhkəmənin tələbi ilə Cavabdeh ASC həmin müqavilələri məhkəməyə təqdim etmiş və Cavabdeh ASC tərəfindən təqdim edilən müqavilələrdə İddiaçı təqdim etdiyi müqavilələrdən fərqli olaraq, üzərində Cavabdeh ASC-yə məxsus möhür olduğu, lakin iddiaçının imzası olmadığı, həmçinin İddiaçı məhkəməyə təqdim etdiyi müqavilələrin surətindən görünür ki, müqavilələri imzalayan Cavabdeh ASC-nin rəisi Elşad Quliyev olduğu halda, Cavabdeh ASC-nin məhkəməyə təqdim etdiyi müqavilələri isə Cavabdeh ASC-nin rəisi Elşən Həsənzadə adlı şəxs imzalamışdır. İş materiallarında olan müqavilələrin surətindən görünür ki, müqavilələr 15 fevral 2021-ci il tarixdə imzalanmış, müqavilələrin birində yəni 43899273 nömrəli müqavilədə ailə tərkibi 1 nəfər olmaqla, ona 20 kub hesablanmış, eyni zamanda ailə tərkibi 4 nəfər kimi qeyd olunan 43899371 nömrəli müqavilə də 20 kub 703 sərfiyyat kimi qeyd olunsa da sonradan məhkəməyə təqdim edilmiş müqavilələrdə isə bundan fərqli olaraq 1 nəfər üçün, 5 kub kimi göstərilmişdir. Vətəndaş İddiaçı xx.xx.2023-cü Cavabdeh ASC-yə müraciət etmiş və ona xx.xx.2023-cü ildə cavab məktubu ilə hazırda su təchizatı xidmətindən istifadəyə görə mənzillərə hesbalanan borc məbləğləri göstərmir. Qeyd edilən borc hər bir mənzil üçün müqaviləsiz su təchizatı xətdindən istifadəyə və ailə tərkibinə əsasən hesablanan məbləğin ödənilməsi hissəsidir. Sudan istifadə Qaydalarının 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qosulma halları aşkar edildikə STKM qanunsuz xətt dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyan ödənilməsini həmin şəxsdən tələb etməldir. Eləcə də iş materiallarından göründüyü kimi qeyd olunan mənzillərlə bağlı müqavilələr 15 fevral 2021-ci il tarixdə bağlanmışdırsa həmin mənzillərə xx.xx.2022-ci il tarixində mexaniki tipli su sayğacı quraşdırılması ilə bağlı yəni 22 aydan sonra sayğac quraşdırılması sualna Cavabdeh ASC-nin nümayəndəsi heç bir cavab verə bilməmişdir. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin 4-cü bəndinə əsasən yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən “Sudan istifadə Qaydaları” nın 8.7-ci bəndinə əsasən “su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən bir il müddətinədək hesablanır. İddiaçı tərəfindən qanunsuz qoşulma halları müəyyən edilmişdirsə Cavabdeh ASCnin əməkdaşları tərəfindən sudan qanunsuz qoşulma hallarını əks etdirən foto və video görüntülər əlavə edilməklə dərhal bu barədə akt tərtib olunmalı idi.. Bu barədə məhkəmə tərəfindən sübutlar tələb olunsa da, Cavabdeh ASC-nin nümayəndəsi belə bir sənədi təqdim edə bilməyəcəyini bildirmişdir. Sudan istifadə Qaydalarının 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb edilməlidir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh ASC-nin nümayəndəsi məhkmə iclasında İddiaçı 2021-ci ilin iyul ayında **********050 nömrəli müqavilədə ailə tərkibinin 4 nəfər deyil 1 nəfər olması barədə müraciətinin nəzərə alınaraq, qeyd olunan müqavilə üzrə ailə tərkibinin 1 nəfər olmasını qeydə almış və hesablamaları 1 nəfərə uyğun aparıldığını, digər 3 müqavilə üzrə belə müraciət olunmadığından həmin müqavilələr üzrə hesabatın ailə tərkibi kimi 4 nəfər olması əsası ilə hesabat aparılmasını bildirmişdir. Məhkəmə hesab edir ki, bu hal da ziddiyətlidir belə ki, iş materiallarında olan 4 ünvanla bağlı müqavilələrin hər biri 15 fevral 2021-ci ildə bağlanmışdır. 15 fevral 2021-ci il tarixdə müqavilələrin bağlanması zamanı 3 müqavilə üzrə ailə tərkibi 4 nəfər qeyd olunsa da, 1 müqavilə üzrə ailə tərkibi 1 nəfər kimi qeyd olunmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında və iş materiallarında vətəndaşın müraciətinə vermiş olduğu cavab məktubunda müqavilələrdən yalnız biri ilə bağlı 2021-ci ilin iyul ayında müraciət edərək ailə tərkibinin 4 nəfər deyil 1 nəfər kimi qeyd olunmasını xahiş etməsini deməsi həmin müqavilələrin həqiqiliyinə şübhə yaradır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətovev 18, mənzil 2, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 5, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18/A, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 4 yaşayış evlərinə sudan istifadəyə görə əsassız olaraq hesablanmış 1414.48 (bir min dörd yüz on dörd manat, qırx səkkiz qəpik) manat borc əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətovev 18, mənzil 2, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 5, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18/A, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov ev 18, mənzil 4 yaşayış evlərinə sudan istifadəyə görə əsassız olaraq hesablanmış 1414.48 (min dörd yüz on dörd manat, qırx səkkiz qəpik) manat borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 35 (otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-603/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-603/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver