Məhkəmə qərarları › İş №2(008)-6031/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6031/2025

28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6031/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəli Abazarov Maqsud Azər oğlunun və X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüququi faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Rspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüququi faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi və X5nun Şuşa şəhərində yerləşən internat evin yerləşmələri və onun 74-cü sinifə kimi qardaşının isə 7-ci sinifə kimi təhsil almağlarına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuşdur. Ailədə 5 uşaq olmuşlar, anası X14 və atas X20 olmuşdur. 30 oktyabr 1979-cu ildə anası X14, atası X20, bacısı Emilya (4cü sinifdə oxuyanda), bibisi Ülkər hamısı eyni gündə göbələk zəhərlənməsindən dünyalarını deyişmişlər. Atası ilə anası öləndə o, hələ 3 aylıq körpə olmuşdur. Daha sonra onlar 4 uşaq yetim qaldıqları üçün anasının anası X15 onları uşağı özü ilə bərabər Ermənistan, Əzizbəyov rayonu, Dərələyəz Mahalına aparmışdır. Orada bir müddət onlara baxdıqdan sonra Ermənistandan köç düşməsi ilə əlaqədar 1988-ci ildə nənəsi ilə bərabər Şuşa şəhərinə köçmüşlər. Onlar Şuşa şəhərinə gələndə o, 1 ci sinifi, qardaşı 4-cü sinifi Ermənistanda oxumuşlar. O və X5 Şuşa şəhərində internat evinə yerləşdirilmişlər, o, 4-cü, qardaşı 7-cı sinifə kimi orada təhsil almışlar. Daha sobra Şuşa işğal olunduğu üçün onlar yenidən Yevlax rayonuna qayıtmışlar. Nənəsi daha yaşlandığı üçün onları Yexlax rayonuna yerləşdirdikdən sonra, özü Bakı şəhərinə oğlunun yanına yaşamağa getmişdir. Onlar uşaq təkbaşına çətinliklər içində böyümüşlər. X5 1-ci Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.1993-cü il tarixində Ağdam rayon Novruzlu kəndində başından güllə yarası alaraq şəhid olmuşdur. O, xx.xx.2024-cü il tarixdə qeyd olunanları əlavə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, ona şəhid ailəsi statusu verilməsini xahiş etmişəm. Qeyd etmişəm ki, X5 1-ci Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.1993- cü il tarixində Ağdam rayon Novruzlu kəndində başından güllə yarası alaraq şəhid olmuşdur. Digər qardaşı X27 da eyni əsaslarla müraciət etmiş, ona şəhid ailəsi statusu verilmişdir. (QEYD: X27 da heç bir uşaq evində yatmamışdır. Həmin Qaradaşı uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır.) “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli X23rdaşı İlqara da şamil edilmiş, o, qardaşı Vüqar və bacısı X16 (Orucova) da şəhid ailəsi kimi müraciət etmişlər, hər üçü Kapital Bank ASCdə qol çəkməklə həmin pulu almışlar. Yəni bir ailədə bir qardaş bu statusu alır digəri yox, və ya şəhid olan bir qardaşımın qardaşı sayılıb onun yox. ? Həmçinin də biz həmin kateqoriya şəxslərə aid edilmişlər ki, hər üçü Kapital Bank ASC-də qol çəkməklə həmin pulu almışlar. Onun müraciətindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həm telefon əlaqəsi yaratmış həm də 2024-cü ilin fevral ayında cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əlaqə saxlamağım məsləhət görülmüşdür. Bir neçə ay o Müdafiə Nazirliyi ilə əlaqə saxlamış, ona müraciəti baxıldığı və Şəxsi heyətə göndərilməsi deyilmişdir. Daha sonra müraciətinə 1 cümlə ilə imtina gəlmişdir. Həmin məktubda hansı araşdırılma aparılması nə müəyyən olunması barədə 1 cümlə qeyd olunmamışdır. O və digər bacı qardaşları onsuzda atasız anasız yetimçiliklə böyümüşlər. Çəkmədiyi əzab əziyət qalmamışdır. Ordan ora köç etmişlər. Üstəgəl yan-yana böyüdüyü, bir yatib bir qalxdığı, bir tikəni bölüb yediyi, en yaxın olduğu X5 şəhid olmuşdur.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Abazarov Maqsud Azər oğlu və X17 izahatlarında göstərmişlər ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı müraciətinin səbəbi şəhid ailəsi üzvü hesab olunmasını istəməsi ilə bağlıdır. Bununla bağlı ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) vəkil sorğusu göndərilərək Ərizəçi şəhid ailəsi statusu verilməsini xahiş edilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək təsdiq edilməsini tələb etdiyi fakt nəticəsində də onun şəhid ailəsi üzvü sayılması Nazirlər Kabi etinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarına əsasən mümkünsüzdür. Belə ki, Ərizəçi Şuşa şəhərindəki internat evində yerləməsi faktının müəyyən edilməsi onun üçün hər hansı şəxsi və ya əmlak hüququnun əmələ gəlməsi və dəyişilməsinə səbəb olmur. Maraqlı şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respubliaksı Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 sentyabr 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddia ərizəsinə etirazdan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı müraciətinin səbəbi şəhid ailəsi üzvü hesab olunmasını istəməsi ilə bağlıdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü İİ15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İddiaya əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Ərizəçi xx.xx.1979-cu il təvəllüdlüdür. Ərizəçi və X5nun Şuşa şəhərində yerləşən internat evinə yerləşdirilməyi və orada 4-cü sinifə kimi, qardaşının 7-ci sinifə kimi təhsil almağı hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilsə belə qanunvericilikdə müəyyən olunmuş yaş həddi keçmiş hesab olunur. Hesab edirik ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maraqlarına toxunan hal olmadığını nəzərə alınaraq işdə prosessual iştirakına xitam verilməlidir. Digər məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri X24 öz izahatlarında iddianın rədd olunmasını xahiş etmişlər. Vİ-ЖГ seriyalı 431697 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, atası X20, anası X10r. İİİ-ЖГ seriyalı 407109 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.1975-ci ildə Yevlax rayonunun Köyük kəndində anadan olmuş, atası X20, anası X10r. Ölüm haqqında şəhadətnamədən görünür ki, 1952-ci il təvəllüdlü X14 xx.xx.1979-cu ildə göbələk zəhərlənməsindən vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, 1944-cü il təvəllüdlü X20 xx.xx.1979-cu ildə göbələk zəhərlənməsindən vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ Hərbi səhra-Cərahiyə Qospitalının aruışından görünür ki, xx.xx.1993-cü ildə 777 nömrəli h/h s/əskəri X21 223 nömrəli h.s.c qospitalına Başında güllə yarasında olan meyit gətirilmişdir. Yevlax rayon Qaramanlı kənd İN-də xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 712071 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 rayonunda xx.xx.1993-cü ildə başın güllə yarasından vəfat etmişdir. Maraqlı şəxs1 Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət X19 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-38/2-131/2025 nömrəli məktubundan görünür ki, 1992-ci ilin may ayında Şuşa rayonu ermənilər tərəfindən işğal olunarkən ümumi təhsil məktəblərinin arxiv sənədləri orada qalmışdır. Bu səbəbdən şəhid X18 və onun qardaşı Ərizəçi Şuşa şəhərində internatda oxumaları barədə heç bir məlumat yoxdur. Maraqlı şəxs3 xx.xx.2024 nömrəli 3-43-94/2-0-11xx/xx/2024 nömrəli məktubdan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 2.1-ci bəndinə əsasən, şəhid ailə üzviəri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2.valideyinləri; 2.1.2. 18 yaşına çatmamış uşaqları, 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5 babalar və nənələr - qanunla onları saxlayan şəxs yoxdursa; Qeyd: 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Bu səbəbdən Sizə "şəhid ailəsi” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Qeyd edirik ki, eyniməzmunlu müraciətinizlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2024-cü il tarixli 3- 171/2-0-27602/2024 nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-25-14/2-0-1807/2-38/2024 nömrəli məktublarla Sizə ətraflı məlumat verilmişdir. Əlavə olaraq, şəhid qardaşınız X22 dair müvafiq məlumatların əldə edilməsi üçün Xidmətin Yevlax rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-M-2152- 38/25 nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən məsələnin həlli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Onu da qeyd edirik ki, şəhid X18 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu nəzərə alaraq məsələyə baxılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-M- 2152-38/25 nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən məsələnin həlli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Onu da qeyd edirik ki, şəhid X18 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğunu nəzərə alaraq məsələyə baxılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasinin Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-17/2-4314/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarf’nın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, sözügedən məsələ ilə bağlı aidiyyəti üzrə müvafiq quruma müraciət etməniz tövsiyə olunur. X3 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, X12 xx.xx.1981-ci ildən xx.xx.1992-ci il tarixədək Şuşa şəhəri 2 nömrəli Riyaziyyat Təmayüllü məktəbdə müəllim işləmişdir. X1 ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, X4 xx.xx.1975-ci ildən xx.xx.1992-ci il tarixədək Şuşa şəhəri 2 nömrəli Riyaziyyat Təmayüllü məktəbdə goğrafiyya fənni üzrə orta internat məktəbində işləmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X12 öz ifadəsində göstərmişdir ki, həqiqətən Ərizəçi və X26 1989-cu ildən Ermanistandan köç olduqdan sonra Şuşa şəhəri 2 nömrəli Riyaziyyat Təmayüllü məktəbdə yaşayaraq orda təhsil almışlar. Bu uşağları onun yadında ona görə qalmışdır ki, bu uşağların ailəsi faciyəvi şəkildə ölmüşdür. Bundan başqada onların iş yoldaşı olan Zibeydə müəllimə uşağlardan birini övladlığa götürmək istəmişdir. Lakin uşağların nənəsi buna icazə verməmişdir. Zibeydə məllimə internatda qalan uşağların tərbiyəçi müəlliməsi olmuşdur və bu uşağlarında müəlliməsi olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 öz ifadəsində göstərmişdir ki, Ərizəçi və X26 yetim uşağlar olduğundan və onların həyatı çox çətin olduğundan onun yaddaşında qalmışdır. Hətta yadındadırki, həmin məktədə tədris aparan Zibeyda müəllimə ərizəçini öz övladlığına qəbul etmək isdəmişdir. Ərizəçi və X18 hər ikisi İnternat məktəbində məlum hadisələrə qədər təhsil almışdırlar. Onlar həmin məktəbə 1989-cu ildən təhsil almağı onun yandındadır. Lakin 1990-dan sonra ara qarışdığından onun özü məktəbə çox böyük çətinliiklərlə gedib çıxırdı. Lakin bu uşağlar yetim uşağ olduğundan onlar orada qalırdılar. Məhkəmə tərəflərin, o cümlədən şahidlərin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, onların tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından və şahidlərin ifadəsindən müəyyən edilmişdir ki, Ərizəçi və X11 şəhərində yerləşən internat evinə yerləşdirilmiş, ərizəçi orada 4-cü sinfə kimi, qardaşı isə 7-ci sinfə kimi təhsil almışdır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən 3-cü maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasınm MPM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.6-cı maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13-cü maddəsinə əsaəsn məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçilərə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə doğulmuş Ərizəçi 4-cü sinifə qədər və onun qardaşı xx.xx.1975-ci il tarixdə doğulmuş X18 7-ci sinifə qədər Şuşa şəhər 2 saylı İnternat Məktəbində təhsil almaları faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar