Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6039/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, qardaşı X12 xx.xx.2021-ci il tarixdə yaşadığı – ünvan 1 ünvanında vəfat etmişdir. Mərhum Zabrat qəsəbəsi, M.Neymətov küçəsində yerləşən 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. Qardaşının ölümü ilə bağlı təcili tibbi yardım çağırışı edilmiş, lakin həkim gələnə qədər o, vəfat etmişdir. Onun ölümündən ağır psixoloji sarsıntı keçirdiklərindən ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Daha sonra ölümün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeydiyyat aparılmaqdan imtina edilmişdir. Hazırda qardaşından qalmış daşınmaz əmlakla bağlı sənədləşdirmə işləri ilə əlaqədar ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X13 ərizənin təmin olunmasına etiraz etməmiş, X5 xx.xx.2021-ci il tarixdə yaşadığı evdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum X12 onun dayısı olmuşdur. Dayısı xx.xx.2021-ci il tarixdə səhərə yaxın saat 6-7 radələrində vəfat etmiş və həmin gün Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Son vaxtlar vəziyyəti yaxşı deyildi, yemək yemirdi, mədəsi ağrıyırdı, başqa xəstəliyi yox idi. Keçirilmiş yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, mərhum X12 ilə həm qonşu, həm də qohum olmuşdur. O, xəstə idi, bacısının evində qalırdı. Mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin gün də Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Qohumlarının keçirdiyi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşu olmuşdur. Əriəçinin qardaşı X9 tanımışdır. Son dövrlərdə mədəsindəki ağrılardan əziyyət çəkmişdir. Mərhum xx.xx.2021-ci il tarixdə bacısının evində vəfat etmiş və Zabrat qəbirstanlığında dəfn olunmuşdur. Təşkil edilmiş yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - AZE 13316031 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - АЗ 167555 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü Sultanova (Quliyeva) Zöhrə Səməndər qızının atası X3r. - İİİ-ЖГ 456006 seriya nömrəli nikah haqqında şəhadətnamədən məlum ki, X10 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ona Quliyeva soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu RİH başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X12 ölən günə qədər ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. - “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 21 nömrəli şəhər poliklinikasının xx.xx.2023cü il tarixli məktubundan məlum olur ki, xx.xx.2021-ci il tarixdə “ölüm haqqında tibbi şəhadətnamə” alınması üçün poliklinikaya müraciət olmadığı üçün tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - Bakı şəhəri Təcili və X11 Stansiyasının xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, X2 qəsəbəsi, Məşədxanım Neymətova küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi və X12 bacıqardaşdırlar. X5 vəziyyəti xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən evdə qəfil pisləşmişdir. Bununla bağlı təcili tibbi yardım briqadası çağırsalar da, həkimlər gələnədək vəfat etmişdir. Onun qəfil ölümündən sarsıntı keçirən yaxınları ölüm haqqında şəhadətnaməni alınması üçün vaxtında müraciət etməmişlər. X1 miras qalmış daşınmaz əmlakla bağlı hüquqi hərəkətlərin aparılması ilə əlaqədar, onun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6039/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6039/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver