Məhkəmə qərarları › İş №2(008)-605/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-605/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-605/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı qızının Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan ümumilikdə 8441,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.B.Bağırov küçəsində yerləşən həyət evi ona məxsusdur. Həmin evə **********00021 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etdi ki, adına olan **********00021 saylı abonent hesabında 8441,28 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən; xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən; xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və xx.xx.2023-cü il tarixli tələbnamədən; xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan və xx.xx.2024-cü il tarixli tələbnamədən ona aydın oldu ki, güya onun tərəfimdən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, 8640, 34560, 5760 və 21384 kubmetr qaz itkisi dəymiş zərər kimi müəyyən edilərək hesabına 1036,80 manat, 4147,20 manat, 691,20 manat və 2566,08 manat olmaqla, ümumilikdə 8441,28 manat borc məbləğləri yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd etdiyi aktlarla razı deyil. Çünki heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Evində 5 il ərzində ümumiyyətlə yaşayış olmamışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, aktlar tərtib etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, kənar xətlə bağlı akt tərtib edildiyini və iddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1ndə istehlakçı İddiaçı məxsus özbaşına tikilidə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1ndə istehlakçı İddiaçı məxsus özbaşına tikilidə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1ndə istehlakçı İddiaçı məxsus özbaşına tikilidə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1ndə istehlakçı İddiaçı məxsus özbaşına tikilidə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istifadə edildiyi aşkar olunmuşdur. - 24.08.2020-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00021 abonent kodu olan iddiaçıya, 2022-ci ilin mart ayı üçün qalıq və aktlara görə 1036,80 manat, 2023-cü ilin mart ayı üçün qalıq və aktlara görə 4147,20 manat, 2023-cü ilin iyul ayı üçün qalıq və aktlara görə 691,20 manat, 2024-cü ilin mart ayı üçün qalıq və aktlara görə 2566,08 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. İddiaçının sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsinə əsalanaraq cavabdeh tərəfindən tərtib edilmiş akt üzrə iddiaçıya 8441,28 manat borc hesablanmışdır. Cavabdehə qeyd olunan pul məbləği dəymiş maddi ziyan kimi hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə öncə xx.xx.2022-ci il tarixli ******* saylı akta münasibət bildirərək və işin hallarına qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmasını təsdiq edən sübut yalnız ziyanın hesablanması barədə akt olmuşdur ki, həmin akt da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, sözügedən akt birtərəfli şəkildə tərtib olunduğuna görə aktın əsaslı olaraq tərtib olunmasını müəyyən etmək məqsədilə xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, qaz xətti bir neçə qonşu ərazidən keçərək iddiaçıya məxsus evə doğru uzanır və iddiaçının evinə keçən qaz xəttində hər hansı bir kənar qoşulma aşkar edilməmişdir, yəni hər hansı qaynaq izləri yoxdur. Lakin həmin evdən sonra davam edən qaz xəttində başqa şəxsə məxsus, 180 saylı evə gedən qaz xəttinə müdaxilə edildiyi və həmin müdaxilənin ardan qaldırıldığı aşkar görünür. Belə olan halda məhkəmə borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1036,80 manat borc silinməlidir. Məhkəmə digər aktlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Qaz təchizatı haqqında" Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən norma xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı aktlara əsasən hesablanmış borclar silinməlidir. Ona görə hazırki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 104,41 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********00021) 8441,28 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar