Məhkəmə qərarları › İş №2(008)-6073/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6073/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6073/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən abonent koduna hesablanmış 789 manat 58 qəpik borcun ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2023-cü ilin noyabr ayında ünvanı dəyişdiyi üçün işıq idarəsinə müraciət edərək yeni ünvan verildiyini bildirmişdir. Amma "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu İşıq idarəsi tərəfindən bildirilmişdir ki, sayğacda borc var. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona bildiriş xəbərdarlıq vermişdir ki, 789 manat 58 qəpik borcu var. Amma onun elektrik enerjisinə görə ödənişi hər ay 14-18-25 manat olurdu. 2024-cü ildə ona 789 manat 58 qəpik bildiriş xəbərdarlıq təqdim edilmişdir. O, hesablanmış borcla bağlı yenidən cavabdehə müraciət etmiş, müraciəti araşdırılmış və ona bildirmişlər ki, “Sizin xx.xx.2024-cü il tarixli M-921 1-5/2024 saylı müraciətinizə Müştəri Xidmətləri İdarəsində baxılmışdır. **********3028A saylı kod üzrə evinizin elektrik enerji hesabatı Abunə vərəqi təhlil olunmuş, xx.xx.2016-cı il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə yaranmış 789 manat 58 qəpik borc olduğu müəyyən edilmişdir”. Sabunçu rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyəti ondan 789 manat 58 qəpik pul tələb edir. Əgər onun borcu var idisə niyə bu 8 ildə bir dəfə də ondan yaranmış borcu tələb etməmişlər, niyə işıq xəttini kəsməmişlər, niyə borcu ödəmədiyinə görə məhkəməyə müraciət etməmişlər. Buna görə də mübahisə mülki münasibətlərdən irəli gələn mübahisə olduğuna görə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iş materiallarına əlavə edilmiş invoysdan da göründüyü kimi iddiaçının borcu yoxdur. Sadəcə qaçqın limiti aşıldığından 2016-cı ilədək borc yazılmış, həmin borc dondurulmuş borclar qrafasındadır. Bakı elektrik şəbəkənin dövründə yaranmış borcdur. Həmin sərfiyyat borcu (akt deyil) hazırda dondurulmuş borclar qrafasında da artıq mövcud deyildir. Cavabdeh tərəfindən də həmin borc tələb olunmur. Həmin borc silinmişdir. Faktiki olmasa da borc, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istehlakçıya cavab məktubunda ziddiyyət var. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 13-13/2-2/18-M- 9211-5/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Sizin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-nə daxil olmuş müraciətinizə (xx.xx.2024-cü il tarixli M-9211-5/2024 nömrəli) Müştəri Xidmətləri İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd edilən ünvana aid **********3028A saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün elektrik enerjisinə görə ayrılmış limitin hər ay ailə tərkibinə uyğun olaraq, borcdan azaldıldığı, lakin orta aylıq enerji sərfiyyatı müəyyən edilmiş limitdən artıq olduğu üçün xx.xx.2016-cı il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 789.58 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Bu borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Nəzərinizə çatdırırıq ki, qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən borcun ödənilməsi tələb edilir”. - abunə haqqında məlumatdan görünür ki, İddiaçı abunə koduna xx.xx.2016-cı il tarixə hesablanmış 789.58 manat qaçqın borcunun silinməsi qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Zabrat qəsəbəsi X8 küçəsində Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatsız müvəqqəti məskunlaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı abonent koduna elekrik enerjisindən istifadəyə görə xx.xx.2016-cı il tarixə 789.58 manat borc hesablanmışdır. Abunə haqqında məlumatda xx.xx.2016-cı il tarixə hesablanmış 789.58 manat qaçqın borcunun silinməsi qeyd edilsə də, hazırkı vaxtadək həmin borc iddiaçının abonent kodundan silinməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının abonent koduna 789.58 manat borcun hansı əsaslarla hesablanmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1206 №-li xx.xx.2017-ci il tarixli Fərmanının 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məcburi köçkündür və yuxarıda qeyd olunan Fərmana əsasən məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisi haqlarının xx.xx.2017-ci il tarixinədək dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının abonent koduna 789.58 manat borc xx.xx.2017-ci il tarixədək, yəni xx.xx.2016-cı il tarixdə hesablandığından, həmin borc 1206 №-li xx.xx.2017-ci il tarixli Fərmanın təsir dairəsinə düşür və iddiaçının abonent kodundan silinməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********3028A) hesablanmış 789.58 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********3028A) hesablanmış 789.58 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar