Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6134/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağ sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı teleqramla məhkəməyə müraciət edərək üzürlü səbəblərdən gələ bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək eyni tərəflər arasında, eyni predmet üzrə məhkəmənin icraatında digər məhkəmə prosesinin olduğunu bildirmiş, hazırkı mülki işin 2(008)-5980/2023 nömrəli mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ona qarşı oxşar iddia tələbi üzrə mülki işin hazırda məhkəmənin icraatında olduğunu və mülki işlərin bir icraatda birləşdirilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil oxşar iddia tələbi üzrə mülki işin hazırda məhkəmənin icraatında olduğunu və mülki işlərin bir icraatda birləşdirilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə 2(008)-5980/2023 saylı əlaqəli mülki iş vardır. Məhkəmə, mülki iş materallarını araşdıraraq hesab edir ki, ilkin olaraq icraata qəbul edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş eyni tərəflər arasında bağ sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə sonradan icraata götürülmüş mülki işlə əlaqəlidir. Bir-biri ilə əlaqəli olan hər iki mülki iş üzrə mübahisə predmeti torpaq sahəsidir, habelə tərəflər də eynidir. Ona görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Odur ki, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi əsasında başlanılmış 2(008)-6134/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsi tərəfindən ilkin olaraq icraata qəbul edilmiş 2(008)- 5980/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-5980/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş xx.xx.2023-cü il tarixdə icraata götürülmüşdür. Mülki işlərin icraata götürülmə tarixlərinə nəzər saldıqda aydın olur ki, 2(008)- 5980/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatına daha tez qəbul edilmişdir və buna görə də 2(008)-6134/2023 saylı mülki iş 2(008)-5980/2023 saylı mülki işin icraatında birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır, 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan, həmin işlərə birlikdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı bağ sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-6134/2023 nömrəli mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə 2(008)-5980/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6134/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6134/2023
30.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver