Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6137/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İB-yi tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış (**********202085) ümumilikdə 11262,34 (on bir min iki yüz altmış iki manat, otuz dörd qəpik) manat, ilkin kod üzrə (**********00278) 9036,12 (doqquz min otuz altı manat on iki qəpik) manat ümumilikdə 20298,46 (iyirmi doqquz min iki yüz doxsan səkkizi manat qırx altı qəpik) manat silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evin qaz xəttinə iddiaçının iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-yi tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 1252,80 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixdə sayğacın klapanının işlək olmaması nəticəsində ******* nömrəli akt əsasında 216 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3672 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə 6.60 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1468,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə 362,88 manat, xx.xx.2023-cü il tarixdə 362,88 manat, xx.xx.2023-cü il tarixdə 362,88 manat, xx.xx.2023cü il tarixdə 181,44 manat aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadə olunması barədə iddiaçının imzası olmadan 3 il ərzində aylar üzrə akt tərtib edərək hesab koduna (**********202085) ümumilikdə 11262,34 (on bir min iki yüz altmış iki manat, otuz dörd qəpik) manat əsassız olaraq hesab koduna borc hesablanmışdır. Bundan başqa Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən bir həyətdə olan ikinci evin qaz xəttinə iddiaçı iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-yi tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 4406,40 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə 1468,80 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixdə 362,88 manat, xx.xx.2023-cü il tarixdə 362,88 manat, xx.xx.2023cü il tarixdə 181,44 manat aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadə olunması barədə iddiaçının imzası olmadan akt tərtib edərək hesab koduna (**********00278) ümumilikdə 9036,12 (doqquz min otuz altı manat on iki qəpik) manat əsassız olaraq hesab koduna borc hesablanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin hesabladığı cərimə qanunsuz və əsassıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən hesab kodu **********202085 olan sayğaca xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, akt əsasında ünvanda 1 ədəd PQ4, 2 ədəd radiator, 1 ədəd QSQ və 1 ədəd QSSQ olduğu hesab edilərək 12528 m3 dəymiş zərər hesablanmışdır. Məhkəmə Azəriqaz İB tərəfindən aprılmış hesabatı qanuni və əsaslı hesab etmir. Belə ki, iş üzrə yerli baxış keçirilərək qeyd olunan ünvana baxış keçirilmiş ünvanda 1 ədəd PQ4 və 1 ədəd Dəmir sona olduğu müəyyən edildi. Həmçinin yerli baxış keçirilən zaman cavabdeh Azəriqaz İB ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər. Məhkəmə hesablama qaydasının 1 ədəd PQ4 maksimal qaz sərfi 1.20 orta günlük iş rejmi 6 saat və hesabat müddətini 90 gün və 1 ədəd dəmir soba maksimal qaz sərfi 1.50 orta günlük iş rejmi 12 saat və hesabat müddətini 90 gün qəbul edilməsini qanuni hesab edir. Blə ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan olaraq 1.20 x 6 x 90 = 648 m3 x 0.12 = 77,76 manat və 1.50 x 12 x 90 = 1620 x 0.12 = 194,40 manat kimi qəbul edərək cəmi dəymiş ziyan 272,16 manat qəbul edir. Həmçinin hesab kodu **********202085 olan sayğac üzrə yazılmış digər aktları qanuni hesab olunmamalıdır. Belə ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zmin yaratması kimi qəbul edilir. Həmçinin iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən hesab kodu **********00278 olan digər sayğaca xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, 1 ədəd PQ4, 1 əddə QSSQ, 2 ədəd dəmir soba və 1 ədəd İran sobası aşkar olunduğu hesab edilərək, orta günlük iş rüeji 24 saat olmaqla, 180 gün hesabat müddəti ilə 36720 m3 dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd olunan ünvanda 1 ədəd PQ4 maksimal qaz sərfi 1.20 orta günlük iş rejmi 6 saat və hesabat müddətini 180 gün olamaqla = 155,52 manat və 1 ədəd Dəmir soba maksimal qaz sərfi 1.40 orta günlük iş rejmi 12 saat və hesabat müddəti 180 gün olmaqla = 362,88 manat cəmi 518,40 manat dəymiz ziyanı qanuni hesab edir. Məhkəmə Azəriqaz İB tərəfindən aprılmış hesabatı qanuni və əsaslı hesab etmir. Belə ki, iş üzrə yerli baxış keçirilərək qeyd olunan ünvana baxış keçirilmiş ünvanda 1 ədəd PQ4 və 1 ədəd Dəmir sona olduğu müəyyən edildi. Həmçinin yerli baxış keçirilən zaman cavabdeh Azəriqaz İB ərazi üzrə nümayəndələri iştirak etmiş və aktda qeyd olunan halları yerində sübut edə bilməmişlər. Həmçinin hesab kodu **********00278 olan sayğac üzrə yazılmış digər aktları qanuni hesab olunmamalıdır. Belə ki, cavabdeh idarənin nümayəndələri tərəfindən hər ay eyni ünvana davamlı olaraq aktlar tərtib etməsi onların özlərinin bu hallara zmin yaratması kimi qəbul edilir. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən hesab kodu **********202085 olan sayğaca qanunsuz olaraq hesablanmış 10990,18 manat və hesab kodu **********00278 olan sayğaca qanunsuz olaraq hesablanmış 8517,72 manat cəmi 19498,46 manat borc İddiaçı məxsus hesab kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən hesab kodu **********202085 olan sayğaca qanunsuz olaraq hesablanmış 10990,18 manat və hesab kodu **********00278 olan sayğaca qanunsuz olaraq hesablanmış 8517,72 manat, cəmi 19498,46 manat borc İddiaçı hesablanmış borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6137/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6137/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver