Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6140/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı mirası qəbul etmə müddətinin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı mirası qəbul etmə müddətinin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən verilmiş M-604- 605-606 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışlarında qeyd olunmuş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərindəki Balaxanı-Sabunçu ərazisinin 1911-1914-cü illərə dair torpaq vergi kitabında Kürdəxanı kənd sakini X2 Nardaran kəndində sahəsi 3 desyatin 1500 stajina bərabər olan üzüm sahəsi, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndində torpaq sahələri olan şəxslərin 10 avqust 1913-cü ilə dair siyahısında X8 Kürdəxanı kəndində 996 kv. sajina bərabər olan torpaq sahəsinə, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Kürdəxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında X5 44 yaş., onun oğlu X10 11 yaş., onların Kürdəxanı kəndində 800 kv. sajina bərabər olan torpaqda ümumi sahələrinə dair X3 ölümündən oğlu X4, X6 öldükdən sonra atası X1, atasıın ölümündən sonra da özünün Ərizəçi mirasın qəbul etmə müddətini bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin müəyyən olunur ki, ərizəçi məhkəmədən eyni ərizədə (eyni icraatda) həm mirasın qəbul etmə müddətini bərpa edilməsini, həm də mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etməklə yanlışlığa yol vermişdir. Belə ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında, mirasın qəbul etmə müddətinin bərpa edilməsi barədə işlərə isə iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı mirası qəbul etmə müddətinin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6140/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6140/2023
29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver