Məhkəmə qərarları › İş №2(008)-6186/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6186/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6186/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil Nazimhikmət oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə doğulmuş X4 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X6 ərizəçinin anasıdır. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, dalan 1, ev 6A ünvanda ərizəçi və onun bacısı X8 ilə birlikdə yaşamışlar. Anası uzun müddət ürəyində olan narahatlıqdan şikayətləndiyindən, mütəmadi olaraq müalicələr alırdı. İnsult keçirdiyindən çox çətinliklə yeriyir, taqətsizlikdən şikayətlənirdi. Son zamanlar səhhətində olan problemlər səbəbindən evdən çıxa bilmirdi. xx.xx.2024-cü il tarixdə X4 halı qəfil olaraq pisləşmiş, dərhal Təcili tibbi yardıma zəng vurulsa da, həkim gələnə kimi X6 vəfat etmişdir. O vəfat edərkən ərizəçi və onun bacısı X8, xalası Əliyeva Zinaida da onun yanında olmuşdur. Hazırda müəyyən sənədləşmə işləri görmək üçün mərhum X4 ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də ərizəçi onun anası X4 ölüm haqqında şəhadətnaməsini almaq üçün 12 nömrəli Şəhər Poliklinikasına və Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, 12 saylı Şəhər Poliklinikası “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, Sabunçu rayon Qeydiyyat şöbəsi isə “Ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etmişdir. Ərizəçi anası X4 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə anası X4 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPMnin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-687/2024 nömrəli məktubunda Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 X10”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2024-cü il, xəstənin yanına gəlmə vaxtı "14" saat "03" dəqiqə, ünvan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu rəsəbəsi, B.ünvan 1n adı X6. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsinin 26 avqust 2024-cü il tarixli, 03/66 nömrəli arayışından görünür ki, ərizəçinin anası X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Əhmədli kənd qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 12 nömrəli Şəhər Poliknikasının 262 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün 12 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin X5 Təcili və X7 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024-cü il tarixli 1027 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq X4 hər hansı xəstəliklə bağlı 12 nömrəli Şəhər Poliknikasına müraciət etməməsi səbəbindən poliklinika tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən X8 ifadəsində X2 anası olduğunu, anasının 10 aprel 2024-cü ildə vəfat etdiyini və Əhmədli kənd qəsəbəsi qəbristanlığında dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində X6 ilə 2000-ci ildə tanış olduqlarını, vəfat etməsini böyük qızı ona zəng vuranda öyrəndiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində X2 bacısının qızı olduğunu, 10 aprel 2024-cü ildə vəfat etdiyini və Əhmədli kənd qəsəbəsi qəbristanlığında dəfn etdiklərini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar