Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6213/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası - Bayramov İkram xxx, anası - X7 olan Bayramova (Cabbarova) Yazgül İkram qızının xx.xx.1962-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. X27 xxx, anası isə X3r. Onun doğumu Ermənistanın Vardenis rayon Qeydiyyat şöbəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. 1992-ci il tarixdə erməni işğalçılarının torpaqları işğal etməsi səbəbindən o və ailəsi məcburiyyət qarşısında qalaraq, Bakı şəhərinə köçməli olmuşlar. Bakıya gələndə isə müəyyən etmişdir ki, onun doğum haqqında şəhadətnaməsi rayondakı evlərində qalıb. O vaxt doğum haqqında şəhadətnaməyə ehtiyacı olmadığından onun təkrarını almaq üçün müraciət etməmişdir. Lakin hal-hazırda bəzi sənədləşmə işlərini görmək üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. O, ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-ci il tarixli 3-16-5/7-870/2023 saylı cavab məktubunda müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Doğum haqqında akt qeydinin bərpa edilərək, doğum haqqında şəhadətnaməmi başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə onun doğumumun qeydə alınma faktı təsdiq olunmalıdır. Həmçinin, o, şəhid ailəsi statusuna malikdir. Bu səbəbdən də məhkəməyə ərizə vermək üçün nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddır. Daha sonra ərizəçi ərizəsini dəqiqləşdirərək, qətnamə qəbul edilərkən Bayramova (Cabbarova) Yazgül İkram qızının atasının və anasının azərbaycanlı olmasının da qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X18 ifadəsində bildirmişdir ki, Yazgül xanım onun dayısı qızıdır. Anasının adı Xətaidir. Yazgül xanım Ermənistanın Vardenis, yəni Basarkeçər adlanan rayonunda dünyaya gəlib. Doğum tarixini dəqiq yadına sala bilmir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, Yazgül xanım onun bibisi qızıdır. Onlar 1988-ci ilədək Ermənistanın Göyçə mahalında yaşayıblar, sonra Azərbaycan ərazisinə köç ediblər. Onun Yazgül xanımın 1962-ci ilin payız aylarında Göyçə mahalında doğulması haqqında məlumatı var. Atası İkram, anası isə X1r. Hər iki valideyni milliyətcə azərbaycanlı olub. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X14 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Ramana qəsəbəsində yaşayır, Yazgül xanım da onunla qonşudur. Artıq neçə ildir ki, onlar tanışdırlar. Ailəvi dostuq edib, qohumluq münasibətləri var. Yazgül xanımın ailəsini, valideynlərini də yaxından tanıyır. Atasının adı İkram, anasının adı Xətai olub, onlar artıq dünyasını dəyişiblər. Yazgül xanımın və ailəsinin Bakıya köçüb məskünlaşmaqları barəsində məlumatı var. Yazgül xanımdan 4 yaş böyükdür. Yazgül xanım Göycə mahalında dünyaya gəlmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Vardenis rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - AZ-İ seriyalı 882119 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, X9 şəhid ailəsi statusuna malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi üzvüdür. - V-ЖГ seriyalı 262999 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 xx.xx.1991-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir. X9 xx.xx.1965-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonu Əzizli kəndində doğulmuşdur. - AZ-T seriyalı 052005 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 xx.xx.1991-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir. X9 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayon Əzizli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin SB/281 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 aprel 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi büiöviüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısında” doğum tarixi xx.xx.1968-ci il kimi, ölüm tarixi xx.xx.1994-cü il kimi qeyd olunan şəhid hərbi qulluqçu AZ-İ № 955443 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən qeyd olunmuş X6 X10 (unikal dəyər 28286) olmasına inanılsın. - AZ-İ seriyalı 955443 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə Tərtər rayonunda ölmüşdür (şəhid olmuşdur). - Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-870/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. - İ-ЗЖ 103461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (ərizəçinin ögey qardaşı) xx.xx.1971-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunda doğulmuşdur, atası X12, anası X2r. - İ-ЗЖ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (ərizəçinin ögey qardaşı) xx.xx.1969-cu il tarixdə doğulmuşdur, atası X12, anası X2r. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda Əzizli kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən, doğum haqqında akt qeydini bərpa etmək, həmin sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Əzizli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, X5 təvəllüdü xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan Respublikası Vardenis rayonunun Əzizli kəndi, X27, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi şəhid ailəsi olduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Əzizli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan SSR Vardenis rayonunun Əzizli kəndi, X27, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə X5 doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6213/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6213/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver