Məhkəmə qərarları › İş №2(008)-6230/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6230/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6230/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Cavabdehnə olmaqla “doğum faktının bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı “doğum faktının bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Ermənistan Masis rayonu, Dostluq kəndində doğulmasının və doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X11”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X6", atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X8 xx.xx.1984-cü il tarixində Ermənistan Masis rayonu, Dostluq kəndində anadan olub. Anası xx.xx.1964-cü il tarixdə Ermənistan Masis rayonu Qaraqışlaq kəndində doğulmuş X11, atası xx.xx.1962-ci il tarixdə Ermənistan Masis rayonu, Dostluq kəndində doğulmuş X3r. Hər iki valideyinin milliyyəti azərbaycanlıdır. Cavabdehndə qeydə alınmış xx.xx.2005-ci il tarixdə nikaha girdikdən sonra “Kərimova” soyadına keçib. 1988-ci il məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin onun doğum haqqında şəhadətnaməsi itdiyindən Cavabdehnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etsə də, Qeydiyyat Şöbəsi Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını ona bildirilib. Hazırda doğum haqqında şəhadətnamənin anası ilə qohumluq faktının təsdiq edilməsi üçün notariat işi ilə əlaqədar ondan tələb olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində Ərizəçi dayısının qızı olduğunu, ərizəçinin ondan 4-5 yaş balaca olduğunu, Bakıya Ermənistan Masis rayonundan gəldiklərini və hazırda Nazim İsmayılov küçəsində yaşadığını dedi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində Ərizəçi xalası qızı olduğunu, Ermənistan Masis rayonunda doğulduğunu, ərizəçinin bir qardaşı olduğunu və hazırda Bakıxanovda yaşadığını dedi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 167609 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında 16 iyul 2005-ci ildə 765 nömrəli akt qeydi ilə nikah bağlamış, Ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş AZ-İV seriyalı, 777979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1964cü il tarixdə Ermənistan Respublikası Masis rayonu Qaraqışlaq kəndində doğulmuşdur. X5, anası X9r. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 13 dekabr 2022-ci il 2919-05/15 nömrəli aktdan görünür ki, X6 ilə X15 xx.xx.1984-cü ildə Ermənistan Masis rayonu Dostluq kənd sovetində nikahları bağlamış və bu barədə Bakı şəhəri Cavabdehndə xx.xx.2022-ci ildə 06-B nömrəli nikah bərpa akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş AZ 035396 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə ölmüş və Cavabdehndə 02.02.2***-ci il tarixli 80 nömrəli akt qeydi ilə ölüm qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən verilən AZ-İV 825454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1985-ci ildə Ermənistan Respublikası Masis rayonu Dostluq kəndində doğulmuşdur. X1, anası X7r. Bakı şəhəri Cavabdeh 3-16-5/7-1166/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir, doğum akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacağı barədə məlumatlandırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Masis rayonu, Dostluq kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, düzgün olaraq məhkəməyə müraciət etmiş və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1984-cü ildə tarixdə Ermənistan Masis rayonu, Dostluq kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxx 1984-cü il, doğulduğu yer Ermənistan Respublikası Masis rayonu, ata qrafasında X6, ana qrafasında X2 məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar