Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6244/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası X9 1941-ci ildə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində ölümünə dair ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, onun babası X15 1941-ci il tarixdə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində vəfat etmişdir. 1988-ci ildə qaçqın düşərkən bir çox sənədləri, həmçinin babasının ölümü haqqında şəhadətnaməsini itirdiyindən, Maraqlı şəxsnə müraciət edərək, ölüm akt qeydi bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə Ermənistan sənədlərinin arxivinin olmadığına görə ölüm akt qeydinin bərpa edilməsinin mümkün olmadığını bildirmişdir. X2 1934-cü il tarixdə Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində doğulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək məqsədilə müraciət etmiş, anasının valideynlərinin ölüm haqqında şəhadətnaməsi notarius tərəfindən tələb edilmişdir. X3 Ermənistandan qaçqın düşdükdən sonra Gəncə şəhərinə gəlmiş, xx.xx.1991-ci il tarixdə orada vəfat etmişdir. Onun ölümü Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, X4 onun həmkəndlisi olmuşdur. Onunla yaxın dost olmuşlar. 1941-ci ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçi ilə ana bir, ata ayrı bacı-qardaşdır. X4 onun babası olmuşdur və 1941-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. X4 isə babası olmuşdur. Sağlığında nənəsi özü ona bildirmişdir ki, babası 1941-ci ildə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İ-ЗЖ № 107192 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 anası X1r. - Vİİ-ЖГ № 370839 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə X12 xx.xx.1999-cu il tarixində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. - AZ-İİ № 459237 saylı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü ildə ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X17 1934cü ildə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində anadan olmuşdur. X5, anası X10r. - İ-ЗЖ № 106265 seriya nömrəli nikah haqqından şəhadətnamədən görünür ki, X18 ilə X17 xx.xx.1962-ci ildə nikaha daxil olmuş, arvada “Abdullayeva” soyadı verilmişdir. - Vİ-ЖГ № 280882 saylı Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci ildə ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/815-740/25 saylı məktubundan görünür ki, X9 1941-ci il tarixdə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində ölməsi və ölüm akt qeydinin bərpa edilməsi haqqında ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından ölüm akt qeydinin bərpa edilməsi mümkünsüzdür. Məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi babası X15 1941ci il tarixdə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində vəfat etmişdir. Onun ölümü müvafiq qaydada qeydə alınsa da, 1988-ci ildə deportasiya zamanı ölüm haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, mərhumun ölümü barədə doğum akt qeydinin bərpa edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 1941-ci ildə Ermənistan SSR, Amasiya (Ağbaba) rayonu, Təpəkənd kəndində ölməsinə dair ölümün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6244/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6244/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver