Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-628/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, bina 60 mənzil 2 ünvanında yerləşən mənzilə (Abonent kodu **********00002) əsassız olaraq borc kimi yazılmış olan 7348.71 manatın silinməsi və məndən əlavə olaraq tutulmuş 330 manatın X1 tərəfindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00002 olmaqla cavabdeh X1 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2024-cü ilin sentyabr ayında təsadüf nəticəsində xəbər tutmuş ki, sayğacın borcu vardır. Bu borcun nədən, nə vaxtdan yarandığı, əsas səbəbinin nə olduğunu öyrənmək üçün cavabdehin idarəsinə yaxınlaşmış və öyrənməyə çalışmışdır. Lakin bu barədə məlumat ala bilməmişdir. Sadəcə sistem üzrindən baxdıqda borcun 7348.71 manat olduğunu bildim. Bu borcun nədən yarandığı bu günədək ona məlum deyil. Bu borcun hansı illərə aid olduğu barədə məlumatı yox idi. Çıxarışı əldə etdikdən sonra borcun köhnə illərə aid olduğu, lakin hansı səbəbədən yaranması məlum deyil. Borcun keçmiş illərə aid olduğu olsa belə iddia müddəti ötmüş olmuşdur. Onun heç bir xəbəri yoxdur bu nə borcdur yaranıb. Heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 7348.71 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, ünvan 3 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 7348.71 manatın X1 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Eyni zamanda o, aylardır karta pul vurduqda ondan borca görə pullar qanunsuz və əsassız silinib. Bu 330 manat təşkil edir. Bu pulun da ona geri ödənilməsi hüquqlarının bərpa edilməsi olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar 15 mm rezin boru ilə qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən 4950 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsaəsn 666 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsaəsn 599 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsaəsn 522 kub metr qaz sərfi müəyyən edilmişdir İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsaəsn 799 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar 15 mm rezin boru ilə qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsaəsn 4050 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 2664 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 1332 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 1332 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 1332 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 1008 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 2520 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən 11880 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən 5832 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 12960 kub metr qaz sərfi müəyyən edilmişdir. **********00002 nömrəli abonet kimi qeydiyyata olan İddiaçı məxsus saldonun surətindən görünür ki, istehlakçının 2018-ci il üçün 1912,20 manat, 2019-cu uil üçün 1213,20 manat, 2020-ci il üçün 1094,40 manat, 2021-ci il üçün 1771,20 manat, 2023-cü il üçün 1555,20 manat qalıq və aktlar üzrə borc hesablanmışdır. **********00002 nömrəli abonet kimi qeydiyyata olan İddiaçı məxsus saldonun surətindən görünür ki, istehlakçı, 2018-ci ilin oktyabr ayında 1507.20 manat, 2019-cu ilin fevral ayı üçün 671.40 manat, 2022-ci il yanvar ayı üçün 3812.4 manat, 2024-cü ilin iyun ayında isə 1555.20 manat ödənişi olmuşdur. Hal hazırda cavabdehin qalıq və aktlar üzrə borcu ödənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında cavabdeh iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İddiaçı üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent İddiaçı təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində 2018-cu ilin yanvar ayında tərtib edilmiş akt üzrə cərimə istisna olmaqla, 2018-cu ilin fevral ayından 2023-cü ilin dekabr ayınadək qeyri qanuni qoşulmaya görə hesablanmış cərimə borcları əsaslı hesab edilmədiyindən silinməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir iddiaçıya sözügedən aktlar üzrə 2018-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayınadək cəmi 7546.20 qəpik borc yazılsada iddiaçı ümumilikdə 7348.71 manat borcun silinməsini isdədiyindən məhkəmə hesab edir ki, ilk akt üzrə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə yazılmış cərimə iddiaçının silinməsini tələb etdiyi ümumu borcdan çıxılmalı yerdə qalan məbləğ silinməlidir. Lakin məhkəmə ilk akt üzrə yəni xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə yazılmış olan cərimənidə şişirdilmiş hesab edir. Belə ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 4950 kubmetr olduğu müəyyyən olunmuşdur. 4950 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 495 manat edir. Beləliklə məhkəmə hesab edir ki, sözügedən aktlar üzrə yazılmış 7546.20 manatın iddia tələbi üzrə olan 7348.71 manat olan hissəsindən ilk akt üzrə borc çıxılmalı yerdəö qalan məbləğ isə silinməlidir. (7348.71-495=6853.71manat). Bundan başqa məhkəmə iddia tələbinin 330 manat ödənmiş pulun geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş matriallarına əlavə edilmiş saldodan görünür ki, Azəriqaz İB tərəfindən iddiaçıya aktlar üzrə 2018-ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayınadək hesablanmış hesablanmış 7546.20 manat borc tam şəkildə iddiaçı tərəfindən ödənmişdir. İddiaçı isə qeyd edilən borcu tam şəkildəı ödəmiş vəı hazırda ödəmiş olduğu pulun 330 manat hissəsini geri tələb edir. Məhkəmə qeyd edir ki, sözügedən borcun 7546.20 manat borcun 495 manatı istisna olmaqla yerdə qalan hissəsi əsassız olduğdan iddia tələbi bu hissədə də təmin edilsin. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən 2018-ci ilin fevral ayından 2023-cü ilin dekabr ayınadək tərtib edilmiş aktlar üzrə edilmiş **********00002 nömrəli abonent İddiaçı hesablanmış 7546.20 manat borcdan 6853.71 manat olan hissəsi silinsin. İdddiaçı İddiaçı tərəfindən 2018-ci ilin fevral ayından 2023-cü ilin dekabr ayınadək tərtib edilmiş aktlar üzrə hesablanmış cərimədən etmiş olduğu ödənişin 330 manat olan hissəsi Azəriqaz İB-dən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-628/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-628/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver