Məhkəmə qərarları › İş №2(008)-63/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-63/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-63/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı «müqavilə üzrə mənzilin ümumi dəyərinin müəyyən olunmasına dair» və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “borcun və həmin borca hesablanmış faizin ödənilməsinə dair» iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanılmış 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 120 manat vəkil üçün ödənilən haqq olmaqla cəmi 220 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli 107 nömrəli "xxxx" bağlanmışdır. Qeyd olunan "xxxx"yə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.46 m2olan 4 otaqlı 55 nömrəli mənzili “Kooperativ” "xxxx"ya verilməsini, "xxxx" isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Qeyd olunan mənzilə dair cəmi ödənilməsi nəzərdə tutulan 102.353,00 manatdan ödədiyi 92853,00 manat Cavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderinin qəbzləri ilə tam sübuta yetirilir. Təəssüflər olsun ki, yaxın vaxtda ona məlum olmuşdur ki, "xxxx" qismində onunla “Kooperativ” 'Qaraxan” MTK arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 107 nömrəli "xxxx"nin 1.2-ci bəndində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m:-dir. Bu səbəbdən haqlı olaraq hesab edir ki, müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq mənzilin ümumi dəyəri 95.169,37 manat məbləğində müəyyən olunmalıdır. Müqavilənin digər şərtlərinə gəldikdə isə qeyd olunmalıdır ki, müqavilənin 2.3-cü bəndi də Cavabdeh MTK tərəfindən pozulub. Çünki, küləkli gün olanda və blokun qapısı açıq olanda liftlərin qapıları bağlanmır və nəticədə liftlər mərtəbələrə qalxmırlar. Bina özü yeni olmasına baxmayaraq, yeni binaya istifadə edilmiş köhnə liftlər quraşdırılmış və hər dəfə müxtəlif vədlər verilməsinə baxmayaraq, həmin liftlər hazırki vaxta kimi yeniləri ilə əvəz edilməmişdir. Məlum olduğu kimi, Cavabdeh MTK tərəfindən ona “müqavilə öhdəliklərinin icra edilməməsinə görə Pretenziya göndərilmiş və həmin “Pretenziya” ilə ona dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hazırkı vaxtadək borcunu ödəməkdən qərəzli olaraq yayındığı, həmçinin onun xx.xx.2012- ci il tarixli, 112 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən mənzilin olan ümumi dəyəri 102.353,00 manatdan yerdə qalan 28.400,00 manat vəsaiti xx.xx.2019-cu il tarixədək tam olaraq ödəmək öhdəliyinin üzərinə götürməyi qeyd edilmişdir. Qeyd olunan fikirə münasibət bildirirək göstərmək istəyir ki, Cavabdeh MTK nədənsə həmin Pretetenziya”da öz öhdəliklərini unutmuş və yalnız müqavilə üzrə "xxxx" olaraq onun öhdəliklərindən bəhs etməyə üstünlük vermişdir. Cavabdeh MTK həmçinin onun qalıq qalan borcunu düzgün hesablamaqda belə maraqlı olmamış və artıq borc məbləği hesablayaraq oun guya MTK-ya 102.353,00 manatdan 28.400,00 manat borclu olmağı barədə əsassız fikir irəli sürmüşdür. Halbuki, onun müqavilədə göstərilən məlumatlar üzrə Cavabdeh MTK-ya 28.400,00 manat, 9.500,00 manat borcu qalmış olur, hansı ki, həmin məbləğin özü belə mübahisəlidir. Bununla bağlı ətraflı əsaslandırma onun tərəfindən Cavabdeh MTK-ya ayrıca “Pretenziya” şəklində göndərilmişdir. Gorünür, Cavabdeh MTK-nın bu kimi qanunsuz tələbləri digər sakinlərə qarşı da olmuş və bu MTKda artıq adət halını almışdır. Nəticədə MTK bu yolla əsassız varlanmaq niyyətindədir. Qeyd olunan mənzilə dair ödəməli olduğu 102.353,00 manatdan ödədiyi 92.853,00 manatCavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderinin qəbz”ləri ilə tam sübuta yetirilir. Belə olan halda, Cavabdeh MTK-nın ondan əsassız və qanunsuz şəkildə artıq məbləğdə ödəniş tələb etməsi tam şəkildə qəbuledilməzdir. Digər tərəfdən qeyd olunmalıdır ki, aralarında bağlanılan 107 nörməli, xx.xx.2012-ci il tarixli "xxxx"nin “Tikinti müddəti” adlı 4-cü maddəsində göstərilir ki: “Layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisi xx.xx.2007-ci il tarixdə başlanılır və xx.xx.2013-cü ildə başa catdırıması nəzərdə tutulub.” Qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verilmişdir və belə olan halda isə "xxxx"nin 5.3-cü bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmalıdır, hansı ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tərəfindən ödənişlərlə bağlı hər hansı gecikmələrə yol verilmədiyi, əksinə MTK tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi açıq-aşkar müəyyən olunur. Qeyd olunan “Pretenziya”da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir çox müddəalarına istinad edilməsini hardasa başa düşsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə istinad edilməsi hesab edir ki, tam yersiz olmuşdur. Çünki, həmin məcəllənin “Kreditor borclarını ödəməkdən qəsdən yayınma” adlı maddəsinin elə özündə qəsdən yayınmadan bəhs edildiyi müəyyən edilir və qeyd olunan maddənin dispozisiyasına diqqət yetirdikdə isə bu müəyyən olunur ki, göstərilən əmələ münasibətdə cinayət tərkibi “məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayındıqda” yaranır. Halbuki, bu məsələ ilə bağlı onun barəsində hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Əgər varsa o zaman həmin məhkəmə qərarının surətinin ona göndərilməsi vacibdir ki, bir o da həmin sənədlə tanış olardı. Digər tərəfdən Cavabdeh MTK-ya qalıq qalan borcunu qəsdən deyil, əsaslı səbəbləri olduğundan ödəmir. Eyni zamanda 92.853,00 manat tərəfindən Cavabdeh MTK-ya ödənildiyindən hazırkı vaxtda tərəfindən müvafiq qalıq borcunun qəsdən ödənilməməsindən söhbət belə gedə bilməz. Əksinə cavabdeh ona satdığı mənzilin həcmi ilə bağlı onu aldatdığı üçün onunla Cavabdeh MTK arasında bağlanılmış 107 nömrəli, xx.xx.2012-ci il tarixli "xxxx"yə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün xəzərdə tutulmuş həcmdə azaldılaraq 95.553,00 manat məbləğində müəyyən olunmasına dair qətnamənin qəbul edilməsi ədalətli və obyektiv olar. Xüsusilə qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə teyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,5; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandalann) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerdədir. Beləliklə, balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandalann) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Hazırkı iddia tələbi ilə bağlı isə hesablama bu qaydada aparılmalıdır: 1.102.353,00 AZN / 150.46 m2 = 680,26 AZN (1 m2-in qiyməti); 2.150,46 -139.9 m2= 10.56 m2 (əmsal tətbiq olunan ölçü);

3. 680.26 AZN x 10.56 m2 = 7.183,54 AZN;

4. 102353,00 AZN- 7.183,54 AZN

5. 95.169,46 AZN - 92.853,00 (ödənilmiş məbləğ) = 2.316,46 AZN (qalıq qalan ödənilməyən məbləğ). İddiaçı Cavabdeh MTK ayrı icraatda cavabdehlər X5, İddiaçı, X9, X14 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə hər bir cavabdeh arasında ayrı-ayrılıqda bağlanmış müqavilə üzrə müvafiq olaraq hər bir cavabdehin üzərinə düşən öhdəliklərin tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsindən yayınması) hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın İddiaçı, xx.xx.2005-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 4911 manat borcun və həmin borca hesablanmış 1566 manat faizin, cəmi 27066 manatın X3, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 57493 manat borcun və həmin borca hesablanmış 4456 manat faizin, cəmi 61949 manatın X14, xx.xx.2013-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 manat borcun və həmin borca hesablanmış 3258 manat faizin, cəmi 45301 manatın X6, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 14502 manat borcun və həmin borca hesablanmış 1124 manat faizin, cəmi 15626 manatın X1 tutulması və Cavabdeh MTK-ya ödənilməsi, məhkəmə məsrəfləri olan – ümumilikdə 18054 manat iddia qiymətinə görə 471 manat ödənilmiş dövlət rüsumunun və 1000 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məһkəməsinin 2(008)-2369/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X5, İddiaçı, X9, X14 və X2 qarşı tələbinin, cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın ödənilməsi barədə tələbdən ayrılması qərara alınmışdır. Sabunçu Rayon məһkəməsinin 2(008)-3782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın ödənilməsinə barədə iddiasına dair 2(008)-3782/2023 nömrəli mülki işlə İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı «pul tələbinə dair» hazırki mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məһkəmə baxışı dövründə Cavabdeh MTK iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh İddiaçı ilə MTK arasında baglanmış müqavilə üzrə cavabdeһin üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirilməsi (borcun ödənilməsindən yayınması) һərəkətlərinin qanunsuz һesab edilməsi, xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 15500 manat borcun və həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin), cəmi 29450 manatın ondan tutularaq MTK-ya ödənilməsi, məһkəmə məsrəfləri olan 373 manat ödənilmiş dövlət rüsumunun və 200 manat һüquqi xidmət һaqqının, toplam 573 manatın tutulmaqla MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xaһiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tələb olunan borc məbləğinin miqdarı hissəsində və tutulmalı borc məbləğinə hesablanmış faiz hissəsində dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı qismində "xxxx" MTK-a qarşı pul tələbinə dair iddia ərizəsində, MTK-ya 9500 manat borc məbləğindən 2316,46 manat borc İddiaçı tərəfindən açıq-aşkar qəbul və etiraf edilir. Deməli, cavabdeh İddiaçı MTK-ya 2316,46 manat borcu işin mübahisəsiz halıdır. Bununla yanaşı qeyd edilmişdir ki, həmin iş üzrə İddiaçı tərəfindən olunmuş ÇBÜ\1Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində əl xətti ilə yazıları- "Məbləğ" sözündən sonra "9000.00" rəqəminin "9" rəqəmində; bundan sonra mötərizənin içində sözlə yazılmış "doqquz min" sözünün hərflərində və "Kassaya mədaxil edilmişdir" sözündən sonra "9000.00" rəqəminin “9» rəqəmində açıq-aşkar pozuntuya yol verilmişdir. Odur ki, saxtalığı açıq-askar şübhə doğuran- ÇBÜ\1 Seriyalı, 000825 nömrəli kassa mədaxil orderində 3000.00 rəqəminin 9000.00 rəqəminə düzəldilməsi adi göz baxımı ilə müəyyən olunur. Deməli MTK-nın kassasına 3000 manat ödənildiyi halda, həmin məbləği 9000 manat göstərməklə, İddiaçı özü üçün açıq-aşkar qanunsuz və əsassız üstünlük yaratmış və 6000 manat məbləgi kassaya ödəmədiyi halda, həmin məbləği ödənilmiş kimi hesablanmasına cəhd etmişdir. MTK tərəfindən İddiaçı tələb olunan borc məbləğinin miqdarı hissəsinə aydınlıq gətirərək, həmin borc məbləğinin 15500 (102353-86853) manat olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən olundu ki, İddiaçı ümumilikdə tələb olunan 29450 (15500+13950) manat üçün -373 manat dövlət rüsum ödənilməlidir. Həmin məbləğ tam olaraq ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövdət qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışlarınından görünür ki, Nizamnamə kapitalının miqdarı 20000 manatdır. Təsisiçilərin Nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) X21 1 pay, X7 3 pay, X15 3 pay, X8 10 pay və X24 3 pay. Təsisiçilər və Nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırki) X10 5%, X22 15%, X7 15%, X8 50% və X24 15%. Cavabdeh MTK-nın əvvəlki qanuni nümayəndəsi X21, hazırda qanuni nümayəndəsi X16r. - «Qaraxan MTK» ilə İddiaçı Tofiqovuçlə bağlanmış 7.11.2012-ci il tarixli müqavilə şərtlərindən görünür ki, 1.1 bəndinə əsasən AR ƏN Dövlət Qeydiyyatı haqqında xx.xx.2005-ci il tarixli 0105-P 105-42481 saylı şəhadətnamə, Bakı şəhəri, İcra Hakimiyyətinin 116 saylı 29 mart 2007-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK şirkəti tərəfindən Sabunçu rayonu, ünvan 1 ünvanda 16 mərtələbi yaşayış binalarının tikintisi layihələndirilmişdir. 1.2 bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilənlərə əsaslanaraq Sabunçu rayonu, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra 1 C nömrəli binanın 8 mərtəbəsində yerləşən 55 №li ümumi sahəsi layihə üzrə 150,46 kv.m təşkil edən 4 otaqlı hol mənzil «Kooperativ» "xxxx"ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "xxxx" isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. 3.1 bəndinin d) hissəsinə əsasən "xxxx" pulu gecikdirdiyi vaxt «Kooperativ» payçıya 15 gün müddətində xəbərarlıq vaxtı verir.Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1,5%-i üstünə gəlir və həmin müddət 60 günü keçməmək şərti ilə. 5.1 bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150,46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353,00 manat təşkil edir. 5.2 bəndinə əsasən "xxxx" tikinti başlandığı tarixdən bu müqavilənin 1.2 bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 42753,00 manatını «Kooperativin» hesabına ödəməlidir. 5.3 bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini təşkil edən 59600,00 manat vəsaiti müqavilə imzalandığı andan "xxxx" 84 ay müddətində hər ay 709,52 manat vəsaiti «Kooperativin» hesabına ya da kassasına nəgd yolla pulla ödəməlidir. 6.1 bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır. (müqavilənin 3.1 bəndinin ç) bəndində göstərilənlər istisna olmaqla) - «Qaraxan MTK»-nın İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, müqaviləyə əsasən ödəniş planına uyğun olaraq əldə etdiyi mənzilə olan borcu ödəməsinə dair şirkət nümayəndəsi tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq hazırki vaxtadək borcu (28400 manat) ödəməkdən qərəzli olaraq yayınır. - İddiaçı Tofiqovuçin «Qaraxan MTK»-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, 107 nömrəli xx.xx.2012-ci il tarixli müqavilənin 7.2-ci bəndinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 m2 qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 m2 olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına dair 1 həftə müddətində onunla MTK arasında 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə yeni müqavilə bağlanması, qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verildiyi üçün Müqavilənin 5.3 bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmasına dair "xxxx" qismində onunla MTK arasında bağlanmış 107 nömrəli xx.xx.2012-ci il tarixli müqaviləyə 1 həftə müddətində yeni «Əlavə» müqavilə bağlanması və həmin müddətdə də binanın köhnə liftlərinin yeniləri ilə dəyişdirilməsini xahiş etmişdir. Beləliklə işin araşdırılmış hallarından məlum olur ki, İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107 nömrəli "xxxx"yə əsasən, İddiaçı payçı olduğu və MTK tərəfindən təhvil verilməli olan müvafiq binanın müvafiq mərtəbəsində yerləşən 150,46 kv.m. təşkil edən mənzil - təsdiq olunmuş layihəyə uyğun inşa edilməli və təhvil verilməlidir (Müqavilənin 1.1-ci və 1.2-ci bəndləri) və tikiləcək binanın və mənzillərin keyfiyyətini, layihəyə və tikinti normalarına uyğun tikilməsini təsdiq edən sənəd kimi müəyyən edilmiş qaydada təsdiq olunmuş, tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında Akt əsas götürülür.” (Müqavilənin 2.2-ci bəndi) Hazırda iddiaçı onunla “Kooperativ” «Qaraxan” MTK arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 107 nömrəli "xxxx"nin 1.2-ci bəndində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, İB nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150.46 m2qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139.9 m olduğu üçün müqavilə üzrə mənzilin ümumi dəyərinin 10.56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq mənzilin ümumi dəyəri 95.169,37 manat məbləğində müəyyən olunmalı olmasını iddia edir. İddiaçı iddiası üzrə cavabdeh "xxxx" MTK isə iddiaya etiraz edərək göstərmişdir ki, mənzilin ümumi sahəsi layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 150,46 kv.m. düzgün göstərilmiş və iddiaçı hazırki müraciəti ilə iddia müddətini buraxmışdır. Məhkəmə İddiaçı iddia dəlilləri ilə bağlı qeyd edir ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə, mənzil sahələrinin tikintisi ilə məşğul olan MTK ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid hüquq normaları tətbiq edilməli və MTK tərəfindən inşa olunan və təhvil verilən mənzilin ümumi ölçüləri layihə və istismar sənədləri əsasında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmçinin məhkəmə İddiaçı iddiası üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.3-ci maddəsinə əsasən Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. - 445.4-ci maddəsinə əsasən İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. - 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər - 467.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Məhkəmə daha sonra qeyd edir ki, həmin Məcəllənin - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X19 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; - 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. xx.xx.2012-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələrinin nəzərdən keçirilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bunun üçün mübahisəli hal olan cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmasını nəzərə alaraq Məhkəmə tərəfindən bu xüsusat yoxlamaq üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məһkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertiza qarşısında İddiaçı məxsus məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin faktiki real sahəsi müəyyən edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin faktiki real sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına əsasən neçə kv.m olmasına dair suallar qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş 19 fevral 2024-cü il tarixli ekspertiza rəyinin nəticəsi hissəsində 1-ci sual üzrə göstərilmişdir ki, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş yaşayış kompleksinin 1B 5 binasının 8-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadıqda) 146,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin rəyin nəticə hissəsində 2-ci sual üzrə göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş yaşayış kompleksinin İB saylı binasının 8-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin ümumi sahəsinin 139,8 kv.m təşkil etdiyi müəyyən olunur. Məһkəmənin digər xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məһkəmə tikintitexniki ekspertizası təyin edilərək ekspertiza qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində, yerləşən 55 nömrəli mənzilin faktiki (real) sahəsi 139,90 m² yoxsa 150,46 m², Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində, yerləşən 55 nömrəli mənzilin faktiki (real) sahəsi ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zamanı yəni xx.xx.2012-ci il tarixdə qüvvədə normativ sənədlərə uyğun hesablanmaqla neçə kv.metr təşkil etməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində, yerləşən 55 nömrəli mənzilin ümumi sahəsi arakəsmələrin altı ilə birlikdə nə qədər təşkil etməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1B nömrəli binanın, 8-ci mərtəbəsində, yerləşən 55 nömrəli mənzilin ümumi sahəsi oxdan-oxa hesablanmaqla nə qədər təşkil etməsi kimi suallar qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspertiza rəyinin nəticəsi hissəsində 1 və 2-ci suallar üzrə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş yaşayış kompleksinin 1B saylı binasının 8-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin faktiki (real) sahəsinin 146,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü sual üzrə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş yaşayış kompleksinin 1B saylı binasının 8-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin ümumi sahəsinin (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla) arakəsmələrin altı ilə birlikdə 142,2 kv.metr (138,8+3,4), həmin mənzilin ümumi sahəsinin (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmadan) arakəsmələrin altı ilə birlikdə 150,0 kv.metr (146,6+3,4) təşkil etdiyi müəyyən edilmişdir. 4-cü sual üzrə göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş yaşayış kompleksinin 1B saylı binasının 8-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin faktiki (real) sahəsinin 155,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPMnin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilməlidir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmuşdur. Məhkəmə iddiaçının mənzilinin faktiki sahəsi ilə müqavilədə göstərilən sahənin cüzi olaraq fərqlənməsi ilə bağlı olaraq qeyd edir ki, iddiaçının mənzili təmirlidir və iddiaçı 2012ci ildən orada yaşayır. Formalaşmış təcrübəyə əsasən mənzildə suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alınaraq, nəticə etibarı ilə həm işdə olan layihədə, həm də ekspert rəylərində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir. Məhkəmə daha sonra hesab edir ki, ekspert mənzilin ümumi sahəsini müəyyən edərkən qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə riayət etməkdə haqlı olmuşdur. Ona görə ki, mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı bu tələblərə riayət etmək onların vəzifəsi olmuşdur. Lakin sifarişçi ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzili (mənzilin yerləşdiyi yaşayış binasını) tikən iş üzrə Cavabdeh MTK-nın sifariş əsasında tikəcəyi mənzilin ümumi sahəsini müəyyən edərkən bu tələblərə riayət etmək kimi bir vəzifəsi olmamışdır. Belə ki, MTK podratçı kimi bu mənzili sifarişçi iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun tikmək vəzifəsi daşımışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə mənzilin ümumi sahəsinin tikinti başa çatdıqdan sonra faktiki sahəyə uyğun dəqiqləşdiriləcəyi müəyyən edilmişdir. Belə görünür ki, cavabdeh MTK mənzilin ümumi sahəsini hesablayarkən heç bir əmsal tətbiq etməmiş, ara divarların ölçülərini isə nəzərə almışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin mənzilin ümumi sahəsini bu cür hesablaması müqavilə azadlığı prinsipindən irəli gəlir və qanunla qadağan edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsinin birinci bəndinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə onu da qeyd edir ki, həmin maddənin ikinci bəndində müqavilənin onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları adlanır. Bu maddənin ilk üç bəndi yaşayış binalarında mənzillərin ümumi sahəsinin hesablanması qaydasını göstərir və bu qaydalar “müəyyən edilir”, “hesablanır” və “aid edilmir” sözləri ilə ifadə edilir. Son iki bənd isə yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər və mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyünü müəyyən edir və bu qaydalar “az olmamalıdır” imperativ tələbi ilə ifadə edilir. Məhkəmə hesab edir ki, hündürlüklə bağlı bu tələblər birbaşa inşaat norma və qaydaları ilə əlaqədar olduğundan bu tələblərə riayət edilməsinin imperativ şəkildə müəyyən edilməsi tikinti obyektinin təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlir. Tikinti obyektinin ümumi sahəsinin hesablanma qaydası ilə bağlı tələblər isə bu obyektlərin sahəsinin vahid hesablanma qaydasını müəyyən etməklə dövlət qeydiyyatı zamanı sahələrin hesablanması ilə bağlı pərakəndəliyin qarşısını almaq, vahid qayda və əmsallar tətbiq etmək yolu ilə müvafiq hesablamalarda qeyri-obyektivliyi minimuma endirmək zərurətindən irəli gəlir. Məhz bu baxımdan məhkəmə bu qaydaları nə tikinti obyektini tikənlər, nə də bu tikintini sifariş edənlər üçün yox, yalnız vəzifəsi bu hesablamaları aparmaq olan orqanlar üçün imperativ tələb kimi qiymətləndirir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh MTK İddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzilin ümumi sahəsini düzgün hesablamış, bu zaman mənzilin sahəsinin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş hansısa imperativ tələblərə riayət etmək vəzifəsi olmamışdır. Buna görə də müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 m2 üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95,169,46 manat məbləğində müəyyən olunmasına dair hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin keçibkeçməməsi barədə məsələni araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlak iddiaçıya təhvil verilmiş, o, mübahisəli mənzili təmir etməyə başlamışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 10 il müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Məhkəmə iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız bu yaxında xəbər tutmasına dair dəlil ilə əlaqədar qeyd edir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2012-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzillərin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin qeyd olunmalıdır ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı) Məhkəmə İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməli olmamasına dair mövqeyi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında podrat müqaviləsi olmaşda bu müqavilə üzrə öhdəlikləri də mövcuddur və mübahisə də həmin müqavilədən yaranıb. İddia müddətinin şamil edilməyi halları təsbit edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Göründüyü kimi qanunvericilik mülkiyyətçinin hansı tələbləri üzrə iddia müddətinin şamil edilmədiyi halı konkret müəyyən edib. İddiaçının tələbi isə mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədə yox, müqavilə öhdəliklərindən doğur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı pul tələbinə dair iddiası əsassızdır. Məhkəmə birləşdirilmiş digər iş, yəni, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iddia tələbləri üzrə qeyd edir ki, əvvəla İddiaçı Cavabdeh MTK-ya 2316,46 manat borcu olmasını öz iddiasında qeyd etmişdir. Lakin MTK onun hazırda 15500 manat borcu olmasını iddia edir və bunu mənzilin müqavilədə göstərilən 102353 manat məbləğindən hazırki vaxta kimi təqdim edilmiş qəbzlər əsasında yalnız cəmi olaraq 86853 manat ödəməsi ilə əsaslandırır. İşin materiallarından görünür ki, «Qaraxan MTK» xx.xx.2022-ci il tarixdə İddiaçı Tofiqovuçə pretenziya göndərərək yaranmış 28400 manat borcu ödəməsini tələb etmiş, İddiaçı Tofiqovuçin «Qaraxan MTK»-ya ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyaya cavab verərək müqavilə üzrə ödəməli olduğu 102353 manatdan 92853.00 manat ödəməsini və borcunu 28400 manat deyil 9500 manat olmasını göstərmişdir. İşin materiallarından daha sonra görünür ki, qeyd olunan mənzilə dair cəmi ödənilməsi nəzərdə tutulan 102.353,00 manatdan iddiaçının ödədiyi 86853 manat Cavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderinin qəbzlərinin məzmunu ilə təsdiqlənir. İddiaçı mənzilin dəyərindən 92853,00 manat ödənilmsini göstərsə də, bu faktı təsdiq edən sübutları təqdim etməmişdir. İşin materiallarından görünür ki, Cavabdeh MTK İddiaçı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə MTK-ya olan 28400 manat borcu olmasını iddia etsə də, sonradan özünün dəqiqləşdirilməsinə əsaslanaraq tələbində bu borcun 15500 manat olmasını göstərmiş və bu hal araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edən sübutlar təqdim etməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, İddiaçı onunla bağlanmış müqavilə üzrə mənzilin razılaşdırılmış 102353 manatı 84 ay ərzində yəni, 07.11.209-cu il tarixədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək hazırki vaxtda 15500 manat borcu qalmışdır. Ona borcu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasını əsas gətirərək ödəmə aparmamışdır. Mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasına dair İddiaçı tərəfindən qaldırılmış iddiaya isə yuxarıda hüquqi qiymət verilərək iddianın əsassız olması nəticəsinə gəlindiyi üçün məhkəmə hesab edir ki, onun müqavilə üzrə 150,46 kv.m mənzil üçün razılaşdırılmış məbləğdən 15500 manat borcu ödəməli olmasına dair MTK-nın iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda sadalanan müvafiq normaları baxımından əsaslıdır. Məhkəmə həmçinin MTK-nın iddiasının həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin) də cavabdehdən onun xeyrinə tutulmasına dair iddia tələblərinin əsaslandırılması ilə razılaşır və hesab edir ki, İddiaçı ilə MTK arasında baglanmış müqavilə üzrə cavabdeһin üzərinə düşən öһdətiklərinin tam olaraq yerinə yetirilməməklə borcun ödənilməsindən yayınması kimi һərəkətləri qanunsuz һesab edilməklə, xx.xx.2012ci il tarixli Müqavilə üzrə MTK-ya olan borcu və həmin borca hesablanmış faizin (dəbbənin), cəmi 29450 manatın ondan tutularaq MTK-ya ödənilməsi tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə bfaxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı hər iki iddia üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən 100 manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, onun iddiası təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin 120 manat vəkil üçün ödənilən haqq tutulmasına dair tələb də təmin edilməməlidir. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyləri mövcuddur və 10/8247 nömrəli rəy üçün 100 manat, 2-16-16/2-10/7934 nömrəli rəy üçün 50 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilmədiyindən müvafiq ekspertiza xərci ondan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçı cavabdeh "xxxx" MTK-a qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı iddiası təmin edilsin. İddiaçı xx.xx.2012-ci il tarixli Müqavilə üzrə üzərinə düşən öһdətiklərinin tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsindən yayınması) kimi һərəkətləri qanunsuz һesab edilsin. İddiaçı MTK-ya olan 15500 manat borc və həmin borca hesablanmış 13950 manat faiz (dəbbə), cəmi 29450 manat və 373 manat ödənilmiş dövlət rüsumu, 200 manat һüquqi xidmət һaqqı, cəmi 573 manat tutularaq MTK-ya ödənilsin. İddiaçı ekspertiza xərci 150 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar