Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-631/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən hesablanmış 4132,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Həmin ev ona məxsusdur. Abonent kodu mərhum həyat yoldaşı X1 adınadır və xx.xx.2018-ci ildə vəfat etmişdir. Həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə" imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən mexaniki tipli sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı cərimə yazılmışdır. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində həmin akt və şəkili tələb etsə də aktı verdilər, lakin şəkilləri vermədilər. Ona məlum olmuşdur ki, 4132,2 manat cərimə yazılmışdır. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasını üzürlü səbəbdən iştirak edə bilməyəcəyindən iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, ilk akt xx.xx.2017-ci ildə sayğaca müdaxiləyə görə tərtib edilmiş, 619,20 manat hesablanmışdır. Eyni zamanda kənar qoşulmalara görə də aktlar tərtib edilib. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - 15.11.2021-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan Quliyev Rüstəm adına 2017-ci ilin sentyabr ayı üzrə 619,20 manat, 2018-ci ilin fevral ayı üzrə 519 manat, 2018-ci ilin mart ayı üzrə 133,80 manat, 2018-ci ilin iyul ayı üzrə 345,60 manat, 2018ci ilin avqust ayı üzrə 115,20 manat, 2018-ci ilin sentyabr ayı üzrə 115,20 manat, 2018-ci ilin oktyabr ayı üzrə 57,60 manat, 2018-ci ilin noyabr ayı üzrə 109,80 manat, 2018-ci ilin dekabr ayı üzrə 57,60 manat, 2019-cu ilin yanvar ayı üzrə 133,20 manat, 2019-cu ilin fevral ayı üzrə 142,20 manat, 2019-cu ilin mart ayı üzrə 133,20 manat, 2019-cu ilin aprel ayı üzrə 142,20 manat, 2019-cu ilin may ayı üzrə 32,40 manat, 2019-cu ilin iyun ayı üzrə 32,40 manat, 2019-cu ilin iyul ayı üzrə 32,40 manat, 2019-cu ilin avqust ayı üzrə 32,40 manat, 2019-cu ilin sentyabr ayı üzrə 32,40 manat, 2019-cu ilin oktyabr ayı üzrə 32,40 manat, 2019 yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat, 2020-ci ilin mart ayı üzrə 295,20 manat qalıq və aktlara görə borcu mövcuddur. - Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 967059 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X2 xx.xx.2018-ci ildə ölmüşdür. - Nizami Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 586925 nömrəli "Nikah haqqında şəhadətnamə"dən görünür ki, X2 və X5 ildə nikaha daxil olmuşlar. Məhkəmə "Azəriqaz" İB-nin iddiaçı barəsində tərtib etdiyi aktlarla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan tərtib olunmuş ilkin akt sayğacda qüsur olduğuna görə tərtib olunub. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən həmin akta görə hesablanmış 619.20 manat borc silinməlidir. Qalan aktlar isə qaz xəttinə qanunsuz müdaxilə əsası ilə tərtib olunub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən qeyd edir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə borc istisna olmaqla qalan aktlar üzrə borc (4132,20- 619,20=3513,20) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 61,32 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 4132,20 manat məbləğində iddianın 3513 manat hissəsi (85,01 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 85,01 faizi, yəni 52,12 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçının isə dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınmalı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) əsassız hesablanmış 3513 manat məbləğində borc silinsin. Hazırki iddiaya ödənilməli olan 61,32 manat məbləğində dövlət rüsumunun 52,12 hissəsi manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-631/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-631/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver