Məhkəmə qərarları › İş №2(008)-6317/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6317/2024

27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6317/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 cəlb edilməklə, “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 cəlb edilməklə, “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1975-ci il təvəllüdlü Bünyatzadə (Cəfərova) Sədaqət Cəfər qızının X24na məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-dən ibarət miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi və bu faktın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Bünyatzadə (Cəfərova) Sədaqət Cəfər qızı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X23 onun atasıdır. xx.xx.1982-ci il tarixdə vəfat etmiş Teyfə Əmir qızı atasının anası, xx.xx.1943-cü il tarixdə vəfat etmiş Cəfərov Xan-Buta Cəfər oğlu atasının atasıdır. O, doğulduğu gündən ailəsi ilə birlikdə X24na məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-də yaşamış və hal-hazırda da yaşayır. X24 və atası X23 dünyasını dəyişdikdən sonra o, nənəsindən ona miras qalan Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-yə sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. O, hal-hazırda evin kommunal xərclərini ödəyir, təmir və bərpa işləri görür. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-ni öz adına sənədləşdirmək üçün 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinə müraciət etmişdir. Notariusun xx.xx.2023-cü il tarixli imtina məktubunda ona bildirildi ki, X24ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-ni qəbul etmə faktı müəyyənləşdirilmədiyinə görə miras əmlakla bağlı notariat hərəkətlərinin aparılması mümkün deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün onun miras əmlakı faktiki qəbul etmə faktı məhkəmə qətnaməsi ilə müəyyən olunmalıdır. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, onun - xx.xx.1975-ci il təvəllüdlü Bünyatzadə (Cəfərova) Sədaqət Cəfər qızının X24na məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-dən ibarət miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil Ərizəçi izahatındakı xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisinin nümayəndəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisinin nümayəndəsinin, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirdi ki, Sədaqətin nənəsi Teyfə atasının xalasıdır, həm də Sədaqətlə qonşudurlar. Evləri bir az aralıdır. Sözügedən evdə Sədaqətin atası, ondan da əvvəl Sədaqətin nənəsi yaşayırdı. Teyfəni sağlığında görmüşdür. Teyfənin 3 övladı - bir qızı və iki oğlu var. Teyfə öləndən sonra o evdə kiçik oğu Cəfər yaşayıb. Rəhimə adlı övladı isə Teyfənin sağlığında ərə gedib. O biri oğu da ev alıb köçüb gedib. Cəfərin də 3 övladı olub. Bir oğlu şəhid olub. Sədaqət və Mətanət adlı iki qızı da var. Cəfərin arvadı da ölüb. Birinci Ceyran, sonra Cəfər ölüb. Cəfər öləndən sonra o evdə Sədaqət yaşayıb, çünki Mətanət gəlin köçüb. Sədaqət hazırda da orada yaşayır. O evdə hazırda başqa heç kim yoxdur. O evdə Sədaqət həyat yoldaşı Anar və oğlu ilə birgə yaşayır. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdi ki, o, Balaxanı qəsəbəsi Şəfqət küçəsi 25, döngə 1 ünvanında yaşayır, Sədaqət xanımla qonşudur. Evlərinin arasında hasar var. Sədaqət doğulandan orada yaşayır, əvvəllər orada atası, nənəsi yaşayıb. Nənəsi Teyfəni görmüşdür, əri Xanbuta idi, adını eşitmiş, amma görməmişdir. Xanbuta çoxdan öldüyü üçün onu görməmişdir. Teyfənin üç uşağı var idi: Bibqulu, Rəhimə, Cəfər. Rəhimə ondan çox əvvəl evlənib o evdən köçüb. Bibqulunun o evdə yaşadığını görməmişdir. Cəfər Teyfə öləndən sonra orada yaşamışdır. Cəfərin Ceyran adlı arvadı, şəhid olan Müzafət adlı oğlu, Sədaqət və Mətanət adlı qızları var idi. Mətanət Cəfərin sağlığında ərə getdi. Cəfər öləndən sonra Mətanətin oraya köçüb yaşamasını görməmişdir. Cəfər atasından bir il sonra, yəni 2019-cu ildə ölüb. O evdə ancaq Sədaqət yaşayıb. Orada hazırda Sədaqət, həyat yoldaşı Anar və adını bilmədiyi övladları yaşayır. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirdi ki, o, Balaxanı qəsəbəsi Şəfqət küçəsi 27 ünvanında yaşayır, ərizəçi ilə qonşudur. Ərizəçinin yaşadığı evdə nənəsi Teyfə yaşayırdı. Teyfə 1982-ci ildə ölmüşdür. Teyfənin ərini isə görməmişdir, onun 2 oğlu və bir qızı olub. O, hazırda yaşadığı evə köçəndə artıq Teyfəgil orada yaşayırdılar. Teyfənin uşaqları Bibqulu, Rəhimə, Cəfərdir. Bibqulu ev alıb köçüb getmişdi, amma o, təxminən 5-6 il olar ki, ölüb. Cəfər də ölüb. Bibqulunun arvadının sağ olmasını və ya ölməsini bilmir. Rəhimə də ölüb. Rəhimə Teyfənin sağlığında o evdən gəlin köçüb gedib. Sonradan Bibqulunun və ya Rəhimənin o evə köçdüyünü görməmişdir. Teyfə öləndən sonra Cəfər qaldı həmin evdə, onu evləndirmişdilər. Cəfərin bir şəhid olmuş oğlu və iki qızı var. Oğlunun adı Müzafət, qızlarının adı Sədaqət və Mətanət, arvadının da adı Ceyran idi. Ceyran Cəfərdən əvvəl ölüb. Bu adlarını sadaladıqları şəxslərin hamısı Teyfənin evində yaşayıb. İndi həmin evdə Sədaqət yaşayır. Mətanət gəlin köçmüşdür, yəni o, artıq sözügedən Balaxanı qəsəbəsi Şəfqət küçəsi döngə 1 ev 27-də yaşamır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, bacısı Bünyatzadə (Cəfərova) Sədaqət Cəfər qızı tərəfindən X24na məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-dən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktını təsdiqləyir və buna heç bir etirazı yoxdur. Həqiqətən də Ərizəçi X24na məxsus Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-dən ibarət miras əmlakı faktiki qəbul etmiş, ona sahiblik edir və orada yaşayır. Ərizəçi yuxarıda qeyd etdiyi miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - İİİ-ЖГ seriyalı 466877 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X23, anası X2r. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1937-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 13 oktyabr 1937-ci ildə doğulan X15 təvəllüdü qeyd olunur. Atası: X30, anası: (soyadı qeyd olunmayıb) Töfə Əmir qızı. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X34 qızı Bakı şəhəri ünvan 2 ünvanında vəfat edən günə 7 noyabr 1982-ci ilə kimi yaşamışdır. Əsas ölüm haqqında şəhadətnamə İİ-ЖГ № 346205 verilib 16.Xİ-1982-ci il Bakı Balaxanı qəsəbə soveti tərəfindən. 1) oğlu X23 - xx.xx.2017-ci ilə kimi qeyd olunan ünvanda qeydiyyatda olub. 2) gəlini - X3 vəfat edən günə kimi xx.xx.2017-ci il qeyd olunan ünvanda qeydiyyatda olub və yaşayıb. Əsas ölüm haqqında şəhadətnamə AZ-İ № 859162 verilib 16 fevral 2017-ci il 5 saylı Asan xidmət mərkəzi tərəfindən. 3) nəvəsi - X11 - 10.Xİ-1972 təv.-doğulduğu gündən vəfat edən günə kimi qeyd olunan ünvanda qeydiyyatda olub. Əsas ölüm haqqında şəhadətnamə İİ- ЖГ № 435398 verilib xx.xx.1994-cü il Balaxanı qəsəbə nümayəndəliyi tərəfindən. X16 hal-hazırda aşağıda göstərilən ailə tərkibi qeyd olunan ünvanda qeydiyyatdadır: 1) nəvəsi Bünyatzadə (Cəfərova) Sədaqət Cəfər qızı xx.xx.1975 təv. 2) nəvəsi Xəlilova (Cəfərova) Mətanət Cəfər qızı xx.xx.1974 təv. 3)nəticəsi X6 -xx.xx.2012 təv. 4) nəticə X4 - xx.xx.2002 təv. 5) nəticə Maraqlı şəxs4 - xx.xx.2003 6) nəticəsi - Maraqlı şəxs5 - xx.xx.2006 təv.7) nəticəsi X7 - xx.xx.2010 təv. - 1946 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Xan- Buta Cəfər oğlu xx.xx.1943-cü il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı 037632 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - İİ-ЖГ seriyalı 346205 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Teyfa Əmir qızı xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Teyfə Əmir qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. - 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisinin ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə müraciətiniz əsasında xx.xx.1982-ci il tarixdə vəfat etmiş nənəniz Teyfa Amir qızının adına V-408/2023 saylı vərəsəlik işi açılmışdır. Miras qoyanın öldüyü məqamda qüvvədə olan xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş atanız X15 miras qoyan anası Teyfa Amir qızından qalmış mirası qəbul etmə faktı və Sizin atanızdan qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən nənəniz Teyfa Amir qızının miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün deyil. - Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi doğulduğu gündən Balaxanı qəsəbəsi Şəfqət küçəsi döngə 1 ev 27 ünvanında qeydiyyatdadır və yaşayır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Balaxanı qəsəbəsi Çaykovski küçəsi döngə 1 ev 27-nin sahibləri Teyfə Əmir qızı, X5r. - 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X23 xx.xx.1937-ci ildə doğulmuş, xx.xx.2019-cu il tarixdə ölmüşdür; arvadı X3 xx.xx.1943-cü il tarixdə doğulmuşdur, ölüb; oğlu X12 xx.xx.1972-ci il tarixdə doğulmuşdur, ölüb; qızı Maraqlı şəxs2 xx.xx.1974-cü il tarixdə doğulmuşdur,evlidir; qızı Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuşdur, evlidir. - İİ-ЖГ seriyalı 435398 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda ölmüşdür. - İİ-ЖГ seriyalı 250299 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - AZ-İ seriyalı 859162 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X1 yoxlama aparılmış, xx.xx.1982-ci il tarixdə vəfat etmiş Teyfə Əmir qızının ailə tərkibi, övladları haqqında məlumat aşkar edilmədi. - AZ-T seriyalı 766332 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Bünyatzadə soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi nənəsi (atasının anası) Teyfə Əmir qızı xx.xx.1982-ci il tarixdə ölmüşdür. Mərhumdan ünvan 1 miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbə vərəsəsi - ərizəçinin atası X23 vərəsəlik açıldıqdan (xx.xx.1982) sonra mirası qəbul etməmiş, xx.xx.2019-cu il tarixdə ölmüşdür. X15 vərəsəsi - Ərizəçi doğulduğu vaxtdan hal-hazıra kimi miras əmlakda qeydiyyatda olmaqla yaşayır və miras əmlaka sahiblik edərək evi miras kimi qəbul etdiyini şəksiz nümayiş etdirir. Ərizəçi 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisinə müraciət edərək mərhum nənəsindən qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X15 miras qoyan anası Teyfa Amir qızından qalmış mirası qəbul etmə faktı və ərizəçinin atasından qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən ərizəçinin nənəsi Teyfa Amir qızının miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin yuxarıda qeyd olunan fərdi yaşayış evinə dair mirası qəbul etməsi məhkəmə prosesində təqdim edilmiş sənədlərlə, şahid ifadələri ilə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Hazırkı hüquq münasibətlərinin yarandığı zaman, yəni vərəsəliyin açıldığı xx.xx.1982ci il tarixdə qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıdıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1982-ci il tarixdə ölmüş Teyfa Amir qızından (Teyfə Əmir qızı) miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-dən ibarət əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə ölmüş Teyfa Amir qızından (Teyfə Əmir qızı) miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Şəfqət (keçmiş Çaykovski) küçəsi döngə 1 ev 27-də yerləşən evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar