Məhkəmə qərarları › İş №2(008)-6321/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6321/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6321/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1908-ci il təvəllüdlü nənəsi X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum nənəsi X6 XX.XX.1908-ci il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində doğulmuş, xx.xx.1997-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin təcili tibbi yardım çağırmadıqlarına görə, bu günə qədər ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Nənəsinin vəfatına dair şəhadətnamə almadığından, anasının adına olan Bakı şəhərində yerləşən əmlakı vərəsəlik qaydasında qəbulu edə bilmir. Müvafiq şəhadətnamənin alınması üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. O, nənəsinin vəfatı barədə sənədi başqa qaydada ala bilmir. Həmçinin bildirir ki, nənəsi ürək çatışmazlığı səbəbindən, Nizami rayonunda oğluna məxsus evdə vəfat etmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun anası olmuşdur, ərizəçi isə bacısının qızıdır. X12 Əliyeva xəstə olduğundan, müalicələr almış, lakin xx.xx.1997-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Xətai rayonu ərazisində yerləşən Əhmədli qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Mərhumu tanımışdır, Qubadlı rayonu, Xanlıq kəndində qonşu olmuşlar. Ürəyində deşik olmuşdur. xx.xx.1997-ci ildə Bakı şəhərində vəfat etmişdir. Əhmədli qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin, onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli № 3-16-5/8- 828/69/25 saylı arayışından görünür ki, XX.XX.1908-ci il təvəllüdlü Azərbaycan Respublikasının Qubadlı rayonu Xınalıq kəndində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli № 03/137 saylı arayışından görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X1 qəsəbə qəbristanlığında dəfn olunmuşdur. - Məzarın üzərində yerləşdirilmiş daş lövhənin üzərində «X6 1908-xx.xx.1997» yazıları qeyd edilmişdir. - Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli № 316-5/7- 1410/15 saylı məktubundan görünür ki, X6 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Xİ-ЖГ № 727952 seriya nömrəli vətəndaşın pasportunun surətindən görünür ki, X6 XX.XX.1908-ci ildə Qubadlı rayonu Xınalıq kəndində anadan olmuşdur. - İ-ИE № 129526 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X2 Mülayim Dadaş qızının qızıdır. - İ-ИE № 922013 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi X4 qızıdır. - AZ-İİ № 511169 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2025ci ildə ölmüşdür. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi nənəsi X6 xx.xx.1997-ci tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin onun ölümünün Azərbayan Respublikasının müvafiq dövlət qeydiyyat orqanı tərəfindən qeydə alınması mümkün olmamışdır. Ərizəçinin mərhum anasının adına olan, Azərbayan Respublikasında yerləşən əmlakı vərəsəlik qaydasında qəbul edə bilməsi üçün nənəsinin ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi müəssisənin müvafiq sənədi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1908-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar