Məhkəmə qərarları › İş №2(008)-6322/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6322/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6322/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (kod **********01002) hesab koduna əsassız hesablanmış 2159.91 manat (iki min yüz əlli doqquz manat doxsan bir qəpik) məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1 ünvanına müqavilə bağlanmış qaz xətti üzərinə G-4 markalı **********708 zavod nömrəli qaz sayğacı quraşdırılmış və **********01002 saylı abonent kodu verilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanında yerləşən evin qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı sayğacın təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna dəymiş ziyan hesablanmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyriqanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 464.40 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 64.80 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 32.40 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyriqanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 142.20 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Cavabdeh İBnin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 259.20 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə “Azəriqaz" İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 18.36 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 2159.91 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Belə ki, akt tərtib olunarkən Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məlumat verilməmiş, onun iştirakı və imzası olmadan tərtib olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğacı gətirib qoyduqdan sonra 1 ayın içində 3 dəfə aktla cərimə yazdılar, 1 ay ərzində o qədər məbləğdə sərfiyyat ola bilməz, o, heç bir müdaxilə etməmiş, plomb qırmamış, heç bir şey etmədiyi halda ona cərimə yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək bildirdi ki, təqdim edilmiş eyni şəkildə əks olunan yer onların evinin yan hissəsidir, sayğacları o tərəfdə yerləşmir, şəkildəki sayğac onlara məxsus deyil, bununla bağlı qazın əməkdaşları ilə mübahisə də etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar əsasında 2019-cu ilin iyul-dekabr ayları ərzində cəmi 703.80 manat, 2020-ci ilin aprel ayında 259.20 manat, 2022-ci ilin noyabr ayında isə 18.36 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi halları aşkar edilmişdir. Buna görə cavabdeh iddiaçının abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 2019-cu ilin iyul-dekabr ayları ərzində cəmi 703.80 manat, 2020-ci ilin aprel ayında 259.20 manat, 2022-ci ilin noyabr ayında isə 18.36 manat məbləğində vurulmuş ziyan hesablamışdır. Hazırda iddiaçı abonent koduna əsassız olaraq hesablanmış 2159.91 manat borcun silinməsini xahiş edir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli 0236235, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilsə də, cavabdeh həmin aktlar əsasında hesablanmış borcun iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçı şəkilin onun evinə və sayğacına aid olmadığını bildirir. Təqsir müəyyən edilmir. Bundan başqa, iddiaçının abonent koduna qalıq və aktlar bölməsində 2019-cu ilin iyul ayında 464.40 manat, sentyabr ayında 64.80 manat, oktyabr ayında 32.40 manat, noyabr ayında 142.20 manat, 2020-ci ilin aprel ayında 259.20 manat, 2022-ci ilin noyabr ayında 18.36 manat borc hesablansa da, məhkəməyə yalnız 2019-cu ilin iyul, sentyabr, oktyabr, noyabr və 2020-ci ilin aprel ayında tərtib edilmiş aktlar təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent koduna 2019-cu ilin iyul-dekabr ayları ərzində hesablanmış cəmi 703.80 manat və 2020-ci ilin aprel ayında hesablanmış 259.20 manat borc əsassızdır və həmin borc silinməlidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının abonent koduna 2022-ci ilin noyabr ayında 18.36 manat borc hesablansa da, həmin borcun yaranmasına əsas olmuş sübutlar (təbii qazdan istifadə qaydalarının pozulması barədə akt, dəymiş ziyanın hesablanmasına dair tələbnamə və s.) məhkəməyə təqdim edilməmiş, digər tərəfdən həmin borc “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra hesablanmışdır. Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa akt əsasında (akt məhkəməyə təqdim edilməyib) onun abonent hesabına 18.36 manat borc hesablamış, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının abonent koduna 2022-ci ilin noyabr ayında hesablanmış 18.36 manat borc əsassızdır və silinməlidir. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia tələbi iddiaçının abonent koduna 2019-cu ilin iyul-dekabr ayları ərzində hesablanmış cəmi 703.80 manat, 2020-ci ilin aprel ayında hesablanmış 259.20 manat, 2022-ci ilin noyabr ayında hesablanmış 18.36 manat olmaqla, cəmi 981.36 manat məbləğində borcun silinməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbini 1178.55 (2159.91-981.36) məbləğində borcun silinməsi hissəsində əsassız hesab edir. Belə ki, iş materiallarından və abonent saldosundan görünür ki, 1178.55 manat borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış debitor borcdur və həmin borc cavabdehə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********01002 saylı abunə koduna hesablanmış 981.36 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01002 saylı abunə koduna 2019-cu ilin iyuldekabr ayları, 2020-ci ilin aprel ayında və 2022-ci ilin noyabr ayında aktlar əsasında hesablanmış cəmi 981,36 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar