Məhkəmə qərarları › İş №2(008)-6327/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6327/2025

06.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6327/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəb və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3591527Cavabdeh2nə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəb və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3591527Cavabdeh2nə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən tərəfindən qəbul edilmiş işdənçıxarma əmrinin ləğv edilməsi, işə bərpa olunma və işburaxma dövrü üçün nəzərdə tutulmuş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2005-ci il tarixində 71 saylı orta məktəbdə “İngilis dili müəllimi” vəzifəsinə qəbul olunmuşdur. Həmin tarixdən 30 iyun 2025-ci il tarixinədək qeyd olunan vəzifədə çalışmışdır. Bu müddət ərzində işində məsuliyyətli olmuş və barəsində hər hansı intizam tənbeh tədbiri həyata keçirilməmişdir. 2024-cü il tarixində keçirilən sertifikatlaşdırma imtahanında nəticə yaxşı olmadığı üçün təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ yaranmışdır. 2025-ci il tarixində keçirilən sertifikatlaşdırma imtahanında isə 27 bal toplamışdır. Bununla əlaqədar olaraq bildirir ki, həmin imtahanda verilən suallar ümumtəhsil proqramı çərçivəsində olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.8-ci bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. İmtahan təşkil olunmamışdan əvvəl təlimlər təşkil edilmiş və həmin təlimlərdə müəyyən ədəbiyyat siyahıları təqdim edilmişdir. Lakin təşkil olunan imtahan ümumtəhsil proqramları çərçivəsindən tamamilə kənar daha yüksək səviyyədə hazırlanmışdır. İmtahan ərzində müəllimlərə əvvəlcədən yer müəyyənləşdirilməmişdir. İmtahana girdikdən sonra onlar istədikləri kimi müəllimləri yerləşdirirdilər. İmtahan girdikdə istədiyi yerdə oturmaq istəyəndə ona “burda oturmaq olmaz” dedilər, lakin bir müddət sonra həmin yerə başqa müəllimi yerləşdirdilər. İmtahan prosesi şəffaflıq çərçivəsində deyildi. Yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş qaydaya əsasən proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Düşünür ki, həmin variantlar bəziləri üçün asan tipli test tapşırıqları, bəziləri üçün isə çətin test tapşırığı olaraq müəyyən edir. MÜTDA-ya imtahanda verilmiş sualların ona təqdim edilməsi və hansı sualların yanlış olduğunu bildirməsi ilə bağlı müraciət etmişdir. Lakin müraciəti icrasız qalmışdır. Hal-hazırda o, imtahanda hansı sualları doğru hansı sualları yanlış yazdığın bilmir. Onlarla tanış olmaq onun hüququdur. Ancaq bu hüququ təmin edilməmişdir. Həmçinin imtahan nəticəsindən tərəfindən apellyasiya şurasına müraciət edilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixində işdən azad olunmuş, xx.xx.2025-ci il tarixində isə apellyasiya şurasının nəticəsi elan olunmuşdur. Düşünür ki, digər müəllimlərlə müqayisədə bərabərlik hüququ pozulmuş, ona qarşı fərqli davranış göstərilmişdir. Qeyd olunan hallar üzrə hazırki cavabdehlər ilə bağlı mediasiya prosesi həyata keçirilmişdir. Lakin mediasiya prosesində iştirak edilməməsi ilə arayış verilmişdir. İşin məhkəmə araşdırması zamanı digər təhsilverənlərə və ona verilmiş suallar cavabdehlərdən tələb edilməklə müqayisəli şəkildə araşdırma aparılmasını, bununla bağlı ekspertiza keçirilməsini, bərabərlik prinsipi pozulduğu təqdirdə sertifikatlaşdırma imtahanın nəticəsi ləğv edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2nə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə dövlət ümumi təhsil müəssilərində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbin inglis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanından 27 bal toplamış və bununla da keçid balını toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırılmada iştirak etməyən və ya sertifikatlaşdırılmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırılmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırılmada iştirak etməyən şəxslər sertifikatlaşdırılmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ( ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırılmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırılmadan keçməmiş hesab olunurlar. İddiaçı 2024-ci ilin iyun ayında keçirilən imtahanda iştirak edib, keçid balını yığmamışdır və ona təkrar imtahanda iştirak etməsi üçün qanunvericiliyə əsasən imkan yaradılmışdır, lakin iddiaçı təkrar imtahandan cəmi 27 bal yığmışdır. Bundan əlavə qeyd edilir ki, Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 3-29-69\3-2-29F/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyinin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi təmin edilməsi tapşırılmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir göstərən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir. Əgər bilik səviyyəsi aşağı olan və sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqlarını – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur. Burada artıq iki münasibət arasında müqayisə aparmaq zərurəti meydana gəlir. Nəzərə alınsa ki, bir müəllim tədris ilində ən azı 50-60 şagirdə təhsil verir, belə olan halda, çoxsaylı təhsilalaların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs də bilavasitə “sertifikatlaşdırmadan keçməmiş” hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericiliklə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyət yönümlü məqsədlərinə tam uyğundur. Digər tərəfdən, sertifikatlaşmadan keçmədiyinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslər öz bilik və peşə səviyyələrini artırmaqla, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yenidən pedaqoji fəaliyyətə başlaya bilərlər. Bu, onların konstitusion əmək hüququnu məhdudlaşdırmır, əksinə, qanunvericinin müəyyən etdiyi bərabər imkanlar çərçivəsində öz bilik səviyyəsini artırmaq və yenidən təhsil sisteminə qayıtmaq üçün qanuni imkan yaradır. Əks halda, yəni təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin bülletendə olması və s. səbəblərlə məhkəmə qaydasında yenidən işə bərpa edilməsi presedent halına çevrilsə, bu, qanunun məqsədinə və məntiqinə zidd olaraq həmin şəxslərə qanunla nəzərdə tutulmamış “üçüncü”, “dördüncü” və s. dəfə sertifikatlaşdırma imkanı yaradar. Bu isə sertifikatlaşdırma institutunun mahiyyətini pozar, onun tətbiqində qeyri-bərabərlik və düzgün olmayan təcrübə formalaşdırar. Buna görə hesab edir ki, 30 iyun 2025-ci il tarixli əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbi tamamilə əsassızdır. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etiraz ərizəsi də var, onu müdafiə edir. Həmçinin birinci dəfə imtahandan kəsilən müəllimlər üçün bir il şans verilir, təlimlər keçirilir, ikinci imtahan keçirilir. Təəssüf ki, Pərvanə müəllimə bu dəfə də keçə bilməyib. İşəgötürən Bakı şəhəri Təhsil İdarəsi olsa da, xitam səlahiyyətini özü icra etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, suallar bütün müəllimlər üçün eyni təşkil edilir, təhsil alanların da hüquqlarını düşünmək lazımdır. Odur ki, iİddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, imtahanın keçirilməsində şəffaflıq olmamışdır, imtahanın təşkilatçılığının düzgün qaydada olmadığını düşünür. Həmçinin iyun ayının 30-da işdən çıxarılmış, iyul ayının 2-də isə apellyasiya şikayətinin nəticələri çıxmışdır. Düşünür ki, bu qanun pozuntusudur. Çünki təxminən iyunun 22-i apellyasiya şikayəti vermişdir. Müəllim uşaq deyil, böyük varlıqdır, oranın videoları da var, gərək dəmirdən olasan ki, insanın hisləri olmaya, hamı həyəcan içində olur, ağlayanlar olur, ürəyi gedən olur, istər-istəməz adama təsir edir. Otağa daxil olanda orda oturma, burda otur deyirdilər. Həm də ki, sualları akademik səviyyədə qoymurlar. Müəllimlərə mart-aprel aylarında təlim keçdilər. Ancaq DİM kitabından işləmişdilər. İkinci imtahana düşən suallar birinciyə düşənlərdən nisbətən asan olmalı idi. Amma heç də asan deyildi, böyük həcmli mətnlər qoyulmuşdu, oxuyub anlamaq çətin idi, çox vaxt aparan suallar idi, oxşar cavablar qoyulmuşdu, mediada da bu haqda deyilənləri oxumuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, toplanmış sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. - əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 71 nömrəli tam orta məktəbdə aylıq əmək haqqı 740 manat olmaqla, ingilis-dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Sabunçu rayonu, E.Misirxanov adına 71 nömrəli orta məktəbdə ingilis dili müəllimi vəzifəsinə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə məktəbin ingilis dili müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu 71 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, OU**********7/e nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 xx.xx.2025-ci il tarixli 3-29-69/3- 2-29F/2025 nömrəli əmri olmuşdur. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01470 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X4 və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsi:

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsi: Aşağıdakı işçilərin attestasiyası keçirilmir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin:

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Elxan Misirxanov 71 nömrəli tam orta məktəbin OU**********47/e nömrəli xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hazırkı mübahisə üzrə iddiaçının işdən çıxarılmasına əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. İddiaçının (işçi) bilik səviyyəsi əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uyğun olmamışdır. İddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 30 baldan 27 bal toplamışdır. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Elxan Misirxanov 71 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, OU**********47/e nömrəli əmri qanunidir. İşçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu qurum təhsil baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək. İşçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Bu halın baş verməsi və sübut olması vəziyyətində işçinin hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulan peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3591527Cavabdeh2 bu iddiaya görə cavabdeh olmalı şəxs deyildir. Belə ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli, OU**********7/e nömrəli əmr Bakı şəhəri Sabunçu rayonu 71 nömrəli tam orta məktəb tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, mübahisə predmeti olan əmr qanunidir və əsaslıdır, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilməli olan 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Bakı şəhəri Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəb və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3591527Cavabdeh2nə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh2 Bakı Şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair dair iddiası rədd edilsin. Ödənilməli olan 100 manat dövlət rüsumu isə dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar