Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-634/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "cavabdeh tərəfindən **********203X1 nömrəli abonent koduna hesablanmış 2792 manat borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "cavabdeh tərəfindən **********203X1 nömrəli abonent koduna hesablanmış 2792 manat borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, X2 atasıdır, xx.xx.1997-ci ildə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsində yerləşən həyət evi mərhum atasının adına qeydə alınmaqla **********203X1 abonent kodu üzrə işıq sayğacı quraşdırılmışdır. "xxxx" ASCnin əməkdaşları bildirmişlər ki, abonentin 2792 manat borcu var. "xxxx" ASC xx.xx.2019-cu ildə ondan 220 manat ödəniş aldıqdan sonra "Razılışma protokolu" tərtib etmiş, həmin razılaşmada 2572 manat ödəniləcək məbləğ xx.xx.2019-cu ildən etibarən hər ayın 25-də, 10 manat aylıq sayğac sərfiyyatından əlavə ödənilməli olduğu qeyd edilmişdir. O, savadsızlığından həmin razılaşmanı imzalamışdır. Borcun yaranma səbəbini və borc barədə tərtib edilən aktları tələb etsə də, ona heç bir rəsmi məlumat verilməmişdir. Sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, sayğacın olmadığı vaxtdan borcunu ödəyir. Ümumi borcu 3300 manat olmuşdur, ödənişlər edildikdən sonra cəmi 1416 manat borcu qalmışdır. xx.xx.2013-cü il tarixli akt barədə heç bir məlumatı yoxdur. Cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi. Əvvəlki məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, borc 2005-2013-cü illərdə yaranmış borcdur. Həmin müddətdə evdə sayğac olmamış, 2019-cu ildə quraşdırılmışdır. Sayğacın quraşdırılması zamanı iddiaçı borcu etiraf etmişdir. Həmin vaxt müqavilənin bağlandığı şəxsin vəfat etməsi barədə cavabdehin məlumatı olmamışdır. Akt əsasında hesablanmış borc 418,26 manat təşkil edir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, ünvan 1 ünvan üzrə olan **********203X1 nömrəli abonent kodu iddiaçının atası X1 adınadır. O, xx.xx.2014-cü ildə vəfat etmişdir. Sözügedən ünvan üzrə enerji hesabatı sayğac quraşdırılanadək orta aylıq sərfiyyata əsasən aparılmışdır. Cavabdehlə **********203X1 nömrəli abonent kodunun istehlakçı xx.xx.2019-cu il tarixli "Razılışma protokolu" ilə 2792 manat məbləğdən 220 manat ödəniş nəzərə alınaraq 2592 manat borcun hissə-hissə ödəniləcəyi razılaşmışlar. İddiaçının silinməsini istədiyi 2792 manat borcdan 418,26 manat borc xx.xx.2013-cü il tarixli SN006409 nömrəli akt əsasında hesablanmışdır. Akt məhkəməyə təqdim olunmamış, 5 ildən artıq müddət keçdiyindən araşdırılması mümkün olmamışdır. İşdə olan AZ-İ seriyalı 662353 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli "xxxx" ASC ilə Əzimov Mirabdulla arasında olan "Razılışma protokolu"ndan görünür ki, istehlakçı xx.xx.2019-cu il sayğacın 332 göstəricisinə qədər ödəniləcək 2792 manat məbləğdən 220 manat ödənişi nəzərə alaraq qalan 2572 manat məbləği aylıq sayğac sərfiyyatdan əlavə hissə-hissə ödəmək şərti ilə razılaşmışdır. İşdə olan "Abunə haqqında"n görünür ki, Mirabdulla Əzimovun adına olan **********203X1 nömrəli abonent kodu üzrə borc 1356,97 manat təşkil edir, həmin məbləğdən 418,28 manat borc xx.xx.2013-cü il tarixli SN006409 nömrəli akt əsasında hesablanmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-Ə-15170- 5/2024 nömrəli məktubundan görünür ki, 2005-ci ildən 2013-cü ilə qədər, yəni yeni sayağac quraşdırılana kimi mənzilin elektrik enerji hesabatı işlədicilərin gücünə görə orta aylıq sərfiyyata əsasən aparıldığı, xx.xx.2013-cü il tarixli SN006409 nömrəli aktın tərtib olunmasından 5 ildən artıq müddət keçdiyindən araşdırılması mümkün olmadığı müəyyən olmamışdır. İşdə olan "Abonentin hərəkət cədvəli"ndən görünür ki, Əzimov Mirabdullanın adına olan **********203X1 nömrəli abonent kodu üzrə hesablanmış borc 2024-cü il üçün 1356,97 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın aşağıdakı bəndlərinə istinad edir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) "Elektroenergetika haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırkı işdə iddiaçı 2792 manat borcun silinməsini tələb edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, **********203X1 nömrəli abonent kodu üzrə xx.xx.2019-cu ilə sayğacın göstəricisinə görə hesablanmış 2792 manat borcdan 220 manat ödənilmişdir. Daha sonra təqdim edilmiş "Abunə haqqında"n həmin borcdan cəmi 1356,97 manat qaldığı aşkar olunur. Beləliklə, silinməsi tələb olunan məbləğdən 1435,03 (2792– 1356,97=1435,03) manat borc artıq ödənilmiş, ona görə də bu məbləğə məhkəmə tərəfindən "borcun silinməsi" iddia tələbi çərçivəsində münasibət bildirilə bilməz. İddiaçı həmin məbəğin ondan tutulmasını qanunsuz hesab edirsə, məhkəməyə məbləğin ona qaytarılması barədə iddia verə bilər. Bundan başqa, cavabdeh "xxxx" ASC 2792 manat borcun 418,26 manat hissəsinin xx.xx.2013-cü il tarixli SN006409 nömrəli akt əsasında hesablandığını bildirsə də, həmin aktı məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, borcun qeyd olunan hissəsi əsaslı sayıla bilməz, bu səbəbdən də abonent hesabından silinməlidir. Borcun 1356,97 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə borcun həmin hissəsinin qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, **********203X1 nömrəli abonent koduna xx.xx.2013-cü il tarixli SN006409 nömrəli akt əsasında hesablanmış 418,26 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı işdə İddiaçı 2792 manat borcun silinməsini tələb edir. Bu iddiaya görə (30 manat + 1792 manat : 100 x 1 %) 47,92 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 2792 manat məbləğində iddianın 418,26 manat hissəsi (14,98 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 14,98 faizi, yəni 7,17 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 40,75 manat məbləğ ondan alınmamalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mərhum atası X1 adına olan **********203X1 nömrəli abonent hesabına xx.xx.2013-cü il tarixli SN006409 nömrəli akt əsasında hesablanaraq yazılmış 418,26 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 7,17 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X9.
Məhkəmə qərarları › İş №2(008)-634/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-634/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver