Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6342/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Vəkil Südeyüb oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Maraqlı şəxs Notariat Ofisini cəlb etdiyi “mirasın qəbul faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Maraqlı şəxs Notariat Ofisini cəlb etdiyi “mirasın qəbul faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpa” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 27 nömrəli mənzilinin və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzilinin vərəsə kimi tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək, mərhum atası X2 miras qalmış Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 27 nömrəli mənzilinin və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzilinin vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 27 nömrəli mənzil xx.xx.2000-ci il tarixində və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzil xx.xx.2024-cü il tarixində mərhum atası X3 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində hüquqi qeydiyyata alınmışdır. Atası xx.xx.2014-ci ildə və anası X14 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Ərizəçi atasının vəfatından sonra qanun üzrə vərəsə kimi həmin mənzilləri miras kimi faktiki olaraq qəbul edərək idarə etmişdir. Qanun üzrə birinci növbə vərəsə kimi atasının vəfatından sonra miras qalmış əmlakı faktiki qəbul edərək, istifadə etdiyindən, göstərilən maddələrin tələbinə görə onun tərəfindən miras qəbul edilmiş sayılır. O, atasından miras qalmış həmin mənzillərə vərəsəlik şəhadətnaməsi almaq üçün 4 saylı Maraqlı şəxsndə Notariat Ofisinə xx.xx.2024cü il larixində müraciət etsə də, müraciəti təmin edilməmişdir. Belə ki, Notariat Ofisi cavabında, xx.xx.2015- ci ildə vəfat etmiş anası X10 adına V-364/2024 nömrəli vərəsəlik işi açıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində Ərizəçi ilə qonşu olduğunu, Ərizəçi orada yaşamasa da, tez-tez evə baş çəkdiyini, evin kommunal xidmətlərini ödədiyini, əvvəldən qohumlarının orada yaşadığını, hal-hazırda orada yaşayan olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 031350 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, verilmiş vətəndaş X4 ondan ötrü ki, o Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 45,97 yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 453 nömrəli reyestr kitabında xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri. Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzil X3 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən verilmiş AZ-İ seriyalı 662364 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 03 ayının 01 günündə 62 nömrəli qeyd edilmişdir. 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 738282 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 03 ayının 07 günündə 296 nömrə ilə qeyd edilmişdir. Vİ-ЖГ seriyalı 299674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, atası X6, anası X12r. 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən tərtib edilmiş 23 avqust 2024-cü il tarixli 2583 nömrəli sorğuya cavab məktubunda Ərizəçi, xx.xx.2015-ci ilsə vəfat etmiş X10 adına V-364/2024 nömrəli vərəsəlik işi açılması bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin miras qoyanın öldüyü məqamda qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi 05 oktyabr 2024-cü il tarixli 3090 nömrəli sorğuya cavab məktubunda xx.xx.2024-cü il tarixli, 2V-208 reyestr nömrəli notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2014-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin sərətindən görünür ki, 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 18 fevral 2014-cü ildə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında yaşayanlar arvadı - X14, oğlu - Ərizəçi, qızı - X11 və qızı - X7r və onlardan hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı Şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 30/2939 qeydiyyat nömrəli "Qeydiyyat Vəsiqəsi" nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, 10A4/378 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yerləşən iki otaqlı, yaşayış sahəsi - 30.14 kv.m., ümumi sahəsi-48.24 kv.m. olan mənzildən ibarətdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 067950 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, verilmiş vətəndaş X4 ondan ötrü ki, o Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, b.67 v, m 34 X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 694 nömrəli reyestr kitabında xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmışdır. "xxxx" QSC İnfrakstruktur Departamentinin 2 nömrəli müəssisəsindən 16 sentyabr 2014-cü il tarixli 184 nömrəli arayışdan görünür ki, X6 həqiqətən də 1973-cü ildən xx.xx.2014-cü ilə qədər Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev PÇ-4 ailəyataqxanasında qeydiyyatda olmuş və orada yaşamışdır. Yaşadığı ailə-yataqxanası mərhumun özünə məxsus olmuşdur. Onun ailə üzvləri aşağıdakilardır: X14, X8, Ərizəçi və X7r. X13 xx.xx.2024-cü il tarixdə ərizə ilə Notariat ofisinə müraciət edərək, xx.xx.2014-cü ildə ölmüş atası X2 irs qalmış ev, mənzil, otaq, qeyri-yaşayış sahəsi və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etmədiyini, etmək niyyətində omadığını bildirmişdir. X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə Notariat ofisinə müraciət edərək, xx.xx.2014-cü ildə ölmüş atası X2 irs qalmış ev, mənzil, otaq, qeyri-yaşayış sahəsi və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etmədiyini, etmək niyyətində omadığını bildirmişdir. 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi 01 noyabr 2024-cü il tarixli 3388 nömrəli sorğuya cavab məktubunda xx.xx.2024-cü il tarixli, 2V-208 reyestr nömrəli notariat işinin surəti məhkəməyə təqdim edilmişdir. Ərizəçi ərizə iə müraciət edərək,xx.xx.2015-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmuş anası X14 ölmüşdür. Miras əmlak: Abşeronu rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 4 ünvanında yerləşən miras əmlak irs qalmışdır. Mirasın tərkibinə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 4 ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. X11 ərizə ilə Notariat ofisinə müraciət edərək bildirmişdir ki, 18 fevral 2015-ci il tarixdə anası – X14 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirmişdir ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil. X13 ərizə ilə Notariat ofisinə müraciət edərək bildirmişdir ki, 18 fevral 2015-ci il tarixdə anası – X14 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar, ondan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində deyil. 25 fevral 2009-cu il tarixli 9397 nömrəli müqaviləyə “A” əlavəsindən görünür ki, satıcı “X21” ASC öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa edilən bina 1, blok 39, 1-ci mərtəbə, 2 nömrəli mənzili “alıcı” X1 təmirli şəkildə təhvil vərəcək. “X23” MMC-nin 4142 nömrəli 01 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən "xxxx" ASC –nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən ünvan 6ır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 418 nömrəli, xx.xx.2024cü il tarixli arayışdan görünür ki, C.Naxçıvanski 3, mənzil 27-nin bütün kommunal ödənişlərini X3 vəfatından sonra oğlu, Ərizəçi ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu və 307.2.11-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». Göründüyü kimi qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu nəzərdə tutulub. Qanuna görə mirasın qəbul edilməsi vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi yolu ilə mümkündür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qalmış əmlaka ərizəçinin atası X3 2014-cü il tarixdə anası X14 miras əmlakı faktiki idarəçiliklə qəbul etmiş, 2015-ci ildə onun vəfatından sonra digər vərəsələri mirası nə faktiki idarə etməklə qəbul etməmələri barədə ərizə verdiklərini və miras əmlaka Ərizəçi tərəfindən sahiblik, əmlakı idarə etməsi faktı və bunu ətrafdakılara şəksiz nümayiş etdirməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilir. Odur ki, ərizə təmin edilməli, X2 miras qalmış Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 27 nömrəli mənzili və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 3 nömrəli evin 27 nömrəli mənzili və Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 19, 2 nömrəli mənzillərin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6342/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6342/2024
06.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver