Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6350/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədəl qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehlə birgə nikahlarından olan xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Səməd-Mənsur küçəsi, ev 44b-yə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birgə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Səməd-Mənsur küçəsi, ev 44b saylı evdə yaşayıb, birgə təsərrüfat aparmış, həmin evdə xx.xx.2006-cı il tarixdə X3 doğulmuş, cavabdehlə olan nikahları hüquqi qaydada xx.xx.2007-ci il tarixdə rəsmiləşdirmiş, həmin evdə xx.xx.2009-cu il tarixdə X4, xx.xx.2016-cı il tarixdə isə X2 doğulmuşdular. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-3754/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqların üçü də iddiaçının yanında saxlanılmışdır. X3 ilə nikahları pozulandan sonra da onun əvvəlcədən təkidi ilə ondan uşaqlara görə aliment tələb etmədiyinə görə iddiaçı uşaqları ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsindəki 44b saylı evdə yaşadılar. 2022-ci ilin iyul ayında X3 iddiaçını həmin evdə döyməyə başladı və onu öldürmək istəyirdi. Gecə saat 03-də oğlu X4 102 polis xidmətinə zəng vurdu, oradan polis əməkdaşları gəlib onu Ruslanın əlindən aldılar. Bununla əlaqədar o, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12 saylı Polis Bölməsinə ərizə ilə müraciət etdi, oradan onu məhkəmə-tibb ekspertizasına göndərdilər və ekspert aldığı xəsarətlə əlaqədar qeyd etdiyi Bölməyə müvafiq rəy verdi. 2022-ci ilin iyul ayında cavabdeh onu döydüyünə və uşaqları ilə birlikdə birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Səməd-Mənsur küçəsi, ev 44b-dən qovub çıxardığına görə o, uşaqları ilə birlikdə anasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsindəki 115 saylı evə gəlmiş və hazırda uşaqları ilə birlikdə həmin evdə qalırlar, həmin ev isə iki balaca otaqdan ibarətdəir və 11 nəfər ailə tərkibində həmin evdə yaşamaq onlara olduqca böyük çətinlik yaradır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəmədə iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını və onun iştirakının təmin edilməsini xahiş etmiş, lakin gəlməməyinin səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədəl qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, hazırda aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdehin üç yşaqları var: xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 (893394, 313804 və 642299 №-li doğum haqqında şəhadətnamələr). Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-3754/2021 №-li iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin aralarında olan nikah pozulmuş, uşaqların üçü də iddiaçının yanında saxlanılmışdır. Həmin işdə aliment tələbi olmamışdır. İddiaçı və oğlu X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin anası, uşaqların üçü və arvadı Aynurə ilə bilikdə Balaxanı qəsəbəsi, Səməd-Mənsur küçəsi, ev 44b-də yaşamaları, oğlu Tofiqin və arvadı Aynurənin həmin evə qeydiyyatları olmaması barədə Bakı şəhəri, Sabunçu rayonu İcra Hakmiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1552 №-li, xx.xx.29022-ci il tarixli arayış. Hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməyini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, tərəflər arasında olan razılığa əsasən iddiaçı aliment tələbindən imtina etdiyi üçün cavabdeh həmin evdə onlara yaşamağa razılıq vermişdir. Hazırda iddiaçı həmin razılığı pozub aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iki uşağın mübahisəli evdə qeydiyyatlarının olması onları həmin evə köçmələrinə əsasə vermir. Belə ki, nikah pozularkən uşaqların üçü də analarının yanında saxlanılmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, tərəflərin münaqişəli olduqları əsasından da onlar bir evdə yaşaya bilməzlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6350/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6350/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver