Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6360/2022 13.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs2, Üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi X1 məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs Maraqlı şəxs2, üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti qeyd edilməklə uzunmüddətli mühafizə orderinin verilməsi və digər tələblərə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X3 məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs Maraqlı şəxs2, üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs2 ərizəçiyə qarşı məişət zorakılığının təkrar törədilməsini və narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edən, eyni zamanda Maraqlı şəxs2 ərizəçiyə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evinə daxil olmağı qadağan etməklə ərizəçiyə münasibətdə həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi haqqında 180 günlük uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 29 avqust 2022-ci il tarixində səhər saatlarında şəxsi işlərilə əlaqədar yaşadığı və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxmışdır. Həmin gün axşam saat 19:00 radələrində evə qayıdarkən qapını öz açarıyla açmaq istəmiş, lakin qapı içəridən bağlandığından aça bilməmişdir. Qapını döydü və evə ərizəçinin icazəsi olmadan daxil olan qızı Maraqlı şəxs2 qışqırdı ki, “Gəlmə, bura sənin evin deyil”. 1 saat ərzində içəri daxil olmaq cəhdləri baş tutmadıqda məcbur olub 102-yə zəng edib şikayət etdi. 102-dən sonra polis əməkdaşları gəldilər və nə qədər çalışsalar da qızı onu içəri buraxmadı. Polis sahə müvəkkili ona gecəni polis bölməsində gözləməyi dəvət etdi ki, səhər saat 9-da evə daxil olmağını təmin edəcək. Növbəti gün həmin sahə müvəkkili heç bir hərəkət etmədi. Məcbur olub günorta saat 14:00-da yaxınlaşdı onun kabinetinə ki, onu evə yerləşdirsin, lakin o laqeyid şəkildə bildirdi ki, qız problem yaratdığından bunu bacarmayacaq. Ərizəçi də məcbur olub getdi Sabunçu RPİnin rəisi Fazil müəllimin qəbuluna. Lakin polisdə ona köməklik gösərmədilər. Məcbur qalaraq qonşunun həyətindən öz həyətinə daxil oldu. Bu zaman qızı əlində belin sapı tərəfi (lopatka) ilə üzərinə hücüm edərək başına, qollarına zərbələr endirdi, başından hicabını qopardaraq saçlarını yolmağa başladı və eyni anda ona zərbələr endirirdi, üzərindəki paltarları da cırdı. Bu an qapı yenidən döyüldü və qız polislərin gəldiyini görüb evin qabağına qaçıb əlindəki bıçaqı pilləkənə qoydu. Bunu hətta sahə müvəkkili və qonşular da gördü. Daha sonra 103 gəldi onu müəyinə etdi. 4 dəfə 102-yə zəng etdikdən sonra gecə saat 23:00 radələrində sahə müvəkkili ilə təhqiqatçı gəlib ərizəçidən izahat aldılar. Sonra qızın yanına evə daxil olub ondan izahat aldılar. Polislər ərizəçini itələyərək bayıra atdılar və qıza dedilər ki qapını bağlasın. Bu halların davam etməsi böyük bir faciə ilə nəticələnə bilər. Çünki bu artıq birinci dəfə deyil. Oğlu Reyal və keçmiş əri də onu oxşar vəziyyətə salmışdılar. Hazırda oğlu barəsində məhkəmədə cinayət işi gedir. Balaca oğlu Vəli də bacısının təsiri altındadır və ondan da real təhlükə gözləyir. Çünki o, da anasını küçə sözləri ilə təhqir edərək hədə-qorxular gəlir. 14 iyun 2022-ci il tarixdə artıq bir dəfə Sabunçu Rayon İcra Hakimiyyəti ərizəçiyə qısamüddətli mühafizə orderi vermişdir. Amma nə orderin verilməsindən özləri onu xəbərdar etmiş, nə də ki, onlardan bu haqda məlumat ala bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 qeyd etdi ki, Ərizəçi münaqişəli ailədir. Onun müraciəti əsasında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qısa müddətli mühafizə orderi verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin, ərizəçi tərəfindən ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Məhkəmə ərizəçiyə dövlət rüsumunun ödənilməsini təklif edir, lakin, ərizəçi hazırda evə girib pul götürə bilmədiyi üçün dövlət rüsumunu ödəyə bilmədiyini bildirdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizənin məzmunundan görünür ki, X3 ərizədə özünü ərizəçi kimi göstərsə də, Maraqlı şəxs2 məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs, Sabunçu rayon İcra Hakimiyyətini isə üçüncü şəxs kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. Lakin, ərizəçi tərəfindən həmin maddələrin tələblərinə riayət edilməmiş, tələb dəqiq göstərilməmiş, sənədlərin siyahısı ərizədə qeyd edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır; Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs Maraqlı şəxs2, üçüncü şəxs Sabunçu rayon İcra Hakimiyyəti qeyd edilməklə məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6360/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6360/2022
13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver