Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6364/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın” müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 və İstismarı Birliyi tərəfindən X6 0.12 ha torpaq sahəsindən ibarət olan 2660 saylı bağ sahəsinin icarəyə verilməsinə dair 05.03.1991-ci il tarixli, 13720 saylı icarə müqaviləsinin X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş X5 və İstismarı Birliyi tərəfindən 2660 saylı bağ sahəsinə dair mərhum atası X11 ilə sonuncu dəfə 05.03.1991-ci il tarixdə 13720 saylı icarə müqaviləsi bağlanmışdır. Atası 16.01.2015-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra o, torpaq sahəsinə sahiblik və istifadə edir. Hal-hazırda o, həmin bağ sahəsində ev tikdirib ailəsi ilə birgə yaşayır. Atasının adına olan bağ sahəsini dövlət qeydiyyatından keçirmək istəyir. Bununla bağlı o, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Orada vərəsəlik işi açılmış və o, atasının vərəsəsi hesab edilmişdir. Notariat ofisinin 17.06.2021-ci il tarixli, 1003 saylı məktubunu 30.06.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edib mərhum atasının adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin həmin orqandan ona verilmiş imtina cavabında bildirilmişdir ki, onun atasının adı Əliyar olduğu halda, bağ sahəsinin ayrılmasına dair 05.03.1991-ci il tarixli, 13720 saylı icarə müqaviləsinin birinci və üçüncü vərəqələrində atasının adı Ağayar kimi qeyd olunmuşdur. Müqavilədə uyğunsuzluğun aradan qaldırılması ilə bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, icarə müqaviləsində onun atasının atasının adı səhv qeyd olunduğundan, həmin sənədin atasına məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-1941-ci illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 14.01.1939-cu ildə doğulan Qasımov Şah-Bala (sənəddə olduğu kimi) Əliyar oğlunun təvəllüdü qeyd olunur. Atası: Qasımov Əliyar (sənəddə olduğu kimi) Qasımoviç (sənəddə olduğu kimi), anası: X20-Bala (sənəddə olduğu kimi) qızı. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2660 saylı bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X12 arasında bağlanılmış 05.03.1991-ci il tarixli, 13720 saylı müqavilə idarənin arxivində mövcuddur. Həmçinin bildirilir ki, icarədarın adına bağlanılmış 03.06.1983-cü il və 18.05.1973-cü il tarixli, 13720 saylı müqavilədə X15 kimi, 14.01.1967-ci il tarixli müqavilədə isə, X17 kimi göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki, bağ sahəsinin ayrılmasına dair 05.03.1991-ci il tarixli, 3720 saylı müqavilədə hüquq sahibinin ata adı “Ağayar” kimi qeyd olunsa da, digər sənədlərdə “Əliyar” kimi qeyd olunmuşdur. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli arayışdan görünür ki, X11 16.01.2015-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 15.07.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X8 10.09.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan keçmiş X5 və İstismarı Birliyinin direktoru T.T.X1 arasında bağlanmış 05.03.1991-ci il tarixli, 13720 saylı icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 2660 saylı bağ sahəsi üzərindəki tikililərlə X7 və onun ailə üzvlərinə icarəyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, hazırkı hüquqi faktın müəyyən edilməsi ərizəçiyə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün tələb olunur və həmin faktı təsdiq edən sənədin başqa yolla alınması mümkün deyil. Beləliklə, iş materiallarında keçmiş X5 və İstismarı Birliyi tərəfindən X6 0.12 ha torpaq sahəsindən ibarət olan 2660 saylı bağ sahəsinin icarəyə verilməsinə dair 05.03.1991-ci il tarixli, 13720 saylı icarə müqaviləsinin X7 məxsus olması barədə kifayət qədər sübutlar toplandığından, məhkəmə ərizənin təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Keçmiş X5 və İstismarı Birliyi tərəfindən X6 0.12 ha torpaq sahəsindən ibarət olan 2660 saylı bağ sahəsinin icarəyə verilməsinə dair 05.03.1991-ci il tarixli, 13720 saylı icarə müqaviləsinin X7 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6364/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6364/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver