Məhkəmə qərarları › İş №2(008)-6365/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6365/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6365/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı X1, onun nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh numayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış borcu üzrə 27200 manat, telefonların imei kodlarının aktivləşdirilməsi və vergi sanksiyasına görə ödənilən 5006 manat pulu, dövlət rüsumu 172 manat, ümumilikdə 32378 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021 ci il tarixində ünvan 1 ünvanında yaşayan xx.xx.1985-ci il doğumlu, Cavabdeh etibar edərək 27200 manat dəyərində 44 ədəd “İphone” markalı müxtəlif modelli mobil telefonlarını vermişdir. Həmin mobil telefonlarını Lənkəran rayonu Gərmətük qəsəbə sakini Ramin adlı vətəndaşın iştirakı ilə etibar edərək pulunu satdıqdan sonra verilməsi şərti ilə vermişdir. Borclu Cavabdeh hər dəfə 27200 manat borc pulunu ödəməsini vəd versə də, bu günə kimi həmin borcu ödəməmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb Bakı şəhəri prokurorluğuna ərizə vasitəsilə müraciət etmişdir. Ərizə üzrə Bakı şəhəri Nərimanov RPİnin İstintaq Bölməsində müstəntiq polis mayoru X7 tərəfindən araşdırma aparmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul etmişdir. Qərarda mübahisələri mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh polis bölməsində izahatında da Ramin adlı şəxsin yanında Bakı şəhəri Nərimanov rayonu ərazisində telefonları ondan qəbul etdiyini ,lakin Ramindən alınmalı olduğu telefonları adı ilə qeyd etmişdir. Lənkəran rayonu Gərmətük qəsəbə sakini Ramin adlı şəxs də izahatında iddiaçının ona 44 ədəd İPHONE telefonu verdiyini və buna görə borclu qaldığını bildirmişdir. İndi cavabdeh ayrı izahat verməklə borcdan yaxasını qurtarmaq istəyir. Ona dəfələrlə etdiyi şifahi xəbardarlıqlar, özünə etdiyi zənglər və mobil nömrəsindəki vatsap sistemindəki nömrəsinə yazdığı mesajların dəymiş borcun qaytarmasında heç bir irəlləyiş olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində həmin borcun qaytarılması barədə bildirş də göndərmişdir. Göndərilən bildirişi və poçt qəbzini iddia ərizəsin əlavə edir. Lakin borclu yenə də həmin borcu qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahat verərək qeyd etmişdirdir ki, Ramin adlı şəxs onu həmyerlisidir və aralarında normal münasibətlər vardır. Təxminən 1 il yarım bundan əvvəl Ramin ona bildirmişdir ki, Moskva şəhərindən ölkə ərazisinə “İphone” markalı mobil telefonlar gətizdirmiş, lakin Xaçmaz gömrüyündən keçirdə bilməmişdir. Ondan xahiş etmişdir ki, rüsum pulunu ödəsin, telefonları çıxardıb satsınlar və ödədiyi rüsum pullarını götürər. Raminlə qonşu olduğu üçün razılaşmış və o, 103420 manat gömrüyə, 2200 manat telefonların imei kodlarını açdırmaq üçün və 20000 manat da sürücüyə pul ödəmişdir. Telefonları gömrükdən buraxdıqdan sonra o, telefonları evə gətirmişdir. Sonra xx.xx.2021-ci il tarixdə Ramin ona bildirmişdir ki, həmin telefonlardan 44 ədədini Namiq adlı öz tanışına vermək lazımdır. Ramin ona Namiqin nömrəsini vermiş və Namiqə zəng edib bildirmişdir ki, telefonlar onundur, çünki gömrük rüsumunu o, ödəyib çıxartmışdır. 44 ədəd “İphone” markalı mobil telefonun rüsum pulu da 27.00 manat etmişdir. Namiq bunu bildikdən sonra, razılaşmış və o, ünvan 2 ünvanın həyətində Namiqlə görüşüb 44 ədəd telefonu vermişdir. Namiq telefonları ondan görütən zaman rüsum barədə heçnə deməmişdir. Sonra o, telefonda Namiqə rüsumları ödəməsini dedikdə, Namiq ödəyəcəyini bildirmişdir. Lakin, Namiq bugünədək heç bir məbləğdə pul ödəməmişdir. Belə olduqda o da bu barədə polisə şikayət etmişdir. Namiq adlı şəxs barədə qanuni tədbir görülməsini və 27200 manat pulunun qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçınin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin numayəndəsi (vəkili) Nümayəndə1 izahat verərək qeyd etdi ki, hazırki iddianın nə faktiki, nə hüquqi əsası yoxdur, iddiaçı ilə cavabdehin arasında hər-hansı bir münasibəitlər mövcud olmamışdır. Xahiş edir ki, iddia rədd edilsin. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadə verərək qeyd etmişdir ki, o, telefonların qeyri-rəsmi şəkildə ölkəyə gətirilməsi ilə məşğul olmuşdur. Gətirdiyi 217 ədəd telefonun 44 ədədi Namiqə çatasıydi, lakin telefonlar Azərbaycana gətirilərkən saxlanılmışdır. 1 ildən çox məhkəmə prosesi davam etmiş, məhkəmə yekun qərarını qəbul etdikdən sonra o, iddiaçı ilə birlikdə telefonların ölkəyə gətirilməsi üçün nəzərdə tutulan rüsumu ödədikdən sonra telefonları götürmüşdür. İddiaçı telefonları Namiqə vermək istəməsə də, onun (şahidin) xahişi ilə telefonları ona vermiş, Namiq isə verilən cihazları satdıqdan sonra borcunu qaytaracağına dair söz vermişdir. Eyni zamanda iddiaçı telefonları Namiqə təqdim edərkən, onları yeznəsinə görə verdiyini qeyd etmiş, belə ki, Namiq ilə iddiaçının yeznəsi yaxın dost olmuşlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidin ifadəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Mübahisə predmeti olan 44 ədəd telefonun gömrük rəsmiləşdirilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçının ərizəsi üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Bölməsində müstəntiq polis mayoru X7 tərəfindən araşdırma aparmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə heç bir alış-verişi olmayıbdır. Sadəcə olaraq, Ramin adlı tanışı uzun müddətdir ki, telefon alış verişi ilə məşğuldur və adətən telefonları Moskva şəhərindən gətizdirmişdir. Təxminən 2020-ci ilin iyun ayında tanışı Ramın ona bildirmişdir ki, Rusiya Respublikasının Moskva şəhərindən Xaçmaz gömrüyündən ölkə ərazisinə “İphone” markalı mobil telefon keçirmək istəyir. Həmin telefonlar onun Moskva şəhərindən Raminə verdiyi telefonlar olmuşdur. Hər telefona görə o, Raminə 10 ABŞ dolları daşıma pulu vermişdir. Təxminən 2021-ci ilin avqust ayında Mahir adlı əvvəllər tanımadığı bir nəfər şəxs ona zəng vurub bildirmişdir ki, 44 ədəd İphon markalı mobil telefonu gömrükdən keçirmiş və Raminin ona verməli olduğ telefonlar Mahirdədir, 2-3 günə görüşüb ona verəcəkdir. O, razılaşmış və xx.xx.2021-c il tarixdə Raminlə ünvan 3 ünvanda görüşmüşdür. Həmin vaxtı Raminin yanında ilk dəfə orada gördüyü Mahir adlı şəxs də gəlmişdir. Həmin vaxtı onun Mahirlə heç bir danışığı və ya sövdələşməsi olmamışdır. Çünki, o, alış-verişi Raminlə etmişdir. Telefonları Ramindən alıb çıxıb getmişdir. Hətta indi ona məlum olmuşdur ki, Mahir guya həmin 44 ədəd telefonlara görə gömrüyə 27200 manat pul ödəmişdir. Lakin, o, xx.xx.2021-ci il tarixdə Ramindən telefonları alan zaman nə Ramin, nə Mahir bu barədə ona heç nə deməmişlər. O, bilsəydi ki, Mahir telefona 27200 manat pul ödəmişdir, həmin telefonları qəbul etməzdi və öz telefonlarını Ramindən tələb edərdi. Çünki, onun alış verişi və bütün danışıqları Raminlə olmuşdur. Bu hadisədən təxminən 3-4 gün sonra Mahirin oğlu Pərviz ona səs ataraq atasının 44 ədəd telefona görə gömrüyə 27200 manat pul ödədiyini demişdir. Bunun isə ona heç bir aidiyyətı yoxdur. Onun Mahirlə heç bir alış-verişi və sövdələşməsi olmayıbdır. Onun Mahirə heç bir borcu da yoxdur. İddiaçı tərəfindən cavabdehlə aralarında olan hər-hansı münasibətə dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, münasibətlər iddiaçı ilə şahidin və cavabdehlə şahidin arasında olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübutlar təqdim edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar