Məhkəmə qərarları › İş №2(008)-6372/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6372/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6372/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aperl ayında Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ona təqdim edilmiş Bakı şəhəri 17 nömrəli Dövlət Notariat ofisin xüsusi notariusu X2 xx.xx.2023-cü il tarixli, 8i-739 reyestr nömrəli icra qeydindən məlum olmuşdur ki, direktoru olduğu İddiaçı MMC-nin "xxxx" MMC-yə tərəfələr aralarında bağlanmış ********* nömrəli müqaviləyə əsasən 4264 manat 48 qəpik və 25 manat dövlət rüsumu olmaqla cəmi 4289 manat 48 qəpik pulun tutulmasına dair icra qeydi aparılmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, AZF/GR-12197/23 nömrəli məktub və həmin məktuba əlavə edilmiş İddiaçı MMC ilə "xxxx" MMC-in aralarında bağlanmış xx.xx.2015-ci il tarixli abunə müqaviləsi və həmin müqaviləyə əlvə olaraq həmin tarixli 1 nömrəli əlavənin notariat qaydasında başlanmamış və təstiq edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 8İ-739 reyestr nömrəli icra qeydindən görünür ki, cavabdeh tələbkarın borcun mübahisəsiz olduğunu təsdiq edən sənədin və həmin borcun yaranmasına əsas olmuş sənədlərin təqdim etməməsinə əhəmiyyət verməmiş, əksinə tələbkarın notariat icra qeydi haqqında elektron qaydada göndərdiyi ərizədə borcun yaranmasına əsas tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış abunə müqaviləsi olduğu və öhdəliyin yaranması müddəti 1 il nəzərdə tutulduğu halda tələbkarın həmin öhdəliyin yaranma tarixin məqsədli şəkildə xx.xx.2022-ci il olması göstərilməsinə diqqət yetirməmişdir. Mübahisə edilən icra qeydindən görünür ki, cavabdeh tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməməsinə də diqqət yetirməmişdir. xx.xx.2015 ümümiyyətlə istinad edilmiş icra qeydi ona təqdim olunanadək direktoru olduğu "X12"MMC-ti ilə "xxxx" MMC-in aralarında belə bir müqavilənin mövcud olması barədə məlumatım və xəbəri olmamışdır. Belə ki, direktoru olduğu xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış (VÖEN **********), "X12"MMC-ti dövlət qeydiyyatına alınan gündən cəmi 4 ay fəaliyyət göstərmiş və xx.xx.2008-ci ildən fəaliyyətin və tutulan vergi əməliyyatların dayandırılmasına dair ərizə ilə müvafiq vergi departamentinə müraciət edilmişdir. Qeyd edilmiş icra qeydin icraya göndərilməsi barədə məlumatı aldıqdan sonra vəkili sorğusu əsasında "xxxx" MMC-yə edilmiş sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, AZF/GR-12197/23 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.2015-ci il tarixli abunə müqaviləsi və həmin müqaviləyə əlavə əsas olmuş sənədlərdən məlum olmuşdur ki, "X12"MMC ilə "xxxx" MMC-in aralarında xx.xx.2015-ci il tarixli abunə müqaviləsi və həmin müqaviləyə tərəflər arasında 1 nömrəli əlavə bağlanmış, həm müqaviləyə, həm də müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən "X12"MMCtin direktor müavini olaraq X7 imza etmişdir. Məktuba əlavə edilmiş digər sənədlərdən ona məlum olmuşdur ki, o, tarix və qeydiyyat nömrəsi olmayan məktublarla X4 "X12"MMC-nin direktor müavini vəzifəsinə təyin etmişdir, axırıncı da "X12"MMC-tin direktoru müavini olaraq "xxxx" MMC-yə müraciət edərək tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən şirkət rəhbəri olaraq NAR nömrələri ilə əlaqədar istənilən əməliyyatın şirkətin direktor vəzifəsində çalışan X5 həvalə etmişdir. Halbuki cəmi 4 ay müddətində fəaliyyət göstərmiş "X12"MMC-nin X7 adında müavini olmamış, həmin şəxsi "X12"MMCnin direktor müavini təyin etməmişdir və yuxarıda qeyd edilmiş “Azərfon" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/GR-12197/23 nömrəli məktuba əlavə edilmiş sənədlərdə adının və soyadının qarşısında icra edilmiş imza onun tərəfindən icra edilməmişdir. Odur ki, cavabdeh tərəfindən "Notariat haqqında" Azərbaycan Respublikas Qanunun 76-cı maddənin tələbləri kobud surətdə pozulmaqla verilmiş xx.xx.2023-cü il tarixli,8İ-739 reyestr nömrəli icra qeydi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. "Notariat haqqında"Azərbaycan Respublikası Qanunun 76-cı maddənin maddənin tələblərinə zidd olaraq verilmiş Bakı şəhəri 17 nömrəli Dövlət Notariat ofisin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-739 reyestr nömrəli icra qeydinin ləğv edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 17 nömrəli Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarıdan görünür ki, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə “8İ-739” nömrə ilə qeyd edilmiş icra qeydi aparılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2***-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli Qanunun maddəsindən də göründüyü kimi icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda tətbiq edilir. Həmçinin mülki işin araşdırılması zamanı, icra qeydi verilən zaman İddiaçı MMC-nə lazımi qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin çatmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, 17 nömrəli Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən həmin icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2023cü il tarixdə aparılmış və reyestrdə “8İ-739” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisindən tutularaq İddiaçı-na qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar