Məhkəmə qərarları › İş №2(008)-6377/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6377/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6377/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisinə olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994cü il tarixdə vəfat etmiş nənəsi X7 X12 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsi, ev 6- ,yeni qaydalarla AZ 1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mikayıl Abdullayev küçəsi, giriş 13-ə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cii il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, həmin evin A hissəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində adına qeydə alınmışdır. İstinad edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pııblik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cii il tarixli çıxarışdan görünür ki, həmin evin 4/2 hissəsi ata xətti ilə nənəsi X5 mülkiyyətindədir. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, nənəsi X12 xx.xx.1994-cii ildə, babası X18 xx.xx.1973-cü ildə,atası xx.xx.2019-ci ildə vəfat etmişlər. X1 vəfatından sonra ondan miras qalmış əmlak payı atası X18 tərəfindən, axırıncının vəfatından sonra isə X1 miras əmlakdakı 2/4 miras pay onun tərəfindən faktiki qəbul edilərək bu günədək idarə olunur. Ərizəyə əlavə edilmiş atası X13 adına xx.xx.1961ci il tarixli və əmisi X14 adına 21.01,2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrində və DƏDRX-nin xx.xx.2023-cii il tarixli çıxarışda nənəsinin sənəd üzrə adının X12 olması qeyd edilmişdir. 2025-ci ilin avqust ayında faktiki sahibliyimdə olan X1 miras əmlakdakı miras paya dair vərəsəlik şəhadətnaməni almaq üçün Bakı şəhəri 17 saylı dövlət notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 17 saylı dövlət notariat ofisin notariusu Süleyman Məmmədovun xx.xx.2025-ci il tarixli məktubu ilə notariusa təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə nənəsi X5 adı X3 yazıldığı göstərilməklə ona vərəsəlik işi üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bununla əlaqədar məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, xx.xx.1994-cü ildə vəfat etmiş nənəsi X5 rəsmi sənədlərində adı “Starə” kimi yazılmış olsa da, faktiki olaraq göbək adı “Sara” olduğuna görə ailədə onu hamı ona “Sara ”adı ilə müraciət etmiş, xx.xx.1994-cü ildə nənəsi vəfat etdikdə hadisə yerinə çağırılmış Təci və X11 Mərkəzin həkimləri nənəsinin ölüm faktının qeyd edilməsi haqda arayışda adını atamın sözü ilə ”X16 ”kimi göstərmiş, həmin arayış əsasında da Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə nənəsi X5 adı X3 göstərilmişdir. Əslində nənəsinin rəsmi adının X12 olması, göbək adının isə X16 olması,ailədə onu hamı Sara kimi tanıması faktı yaxın qonşular və qohumlar məhkəmə iclasında təstiq edə bilərlər. 29 noyabr 2025-ci il tarixdə Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 2659 qeydiyyat nöməsi ilə verilmiş öülm haqqında şəhadətnamənin xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X5 eyni şəxs olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsada maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ seriyalı 050371 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1944-cü ildə Bakı şəhərində anadan olmuş, atası X18, anası X8r. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15-105/2025 nömrəli arayışdan görünür ki, X20 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuş, atası X18, anası Sitarə Ağababa qızıdır. Bu barədə Sabunçu rayon Zabrat qəsəbə icra nümyəndəliyi tərəfindən 60 nömrəli doğum hqqında şəhadətnamə tərtib edilmişdir. xx.xx.1981-ci ildə verilmiş Vİİİ-ЖГ seriyalı 285358 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, atası X19 anası hüseynova Səadət Hacıbala qızıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin X30 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Çkalov küçəsi, ev 6, (yeni qaydalarla AZ 1104, ünvan 1 ünvanının mülkiyətçisi X10 olmaqla 0,01511 ha torpaq sahəsi və evdən ¼ hissəsinin mülkiyyətçisi Ərizəçi Vaqof oğlu, 0.04462 ha torpaq sahəsi və evdən 2/4 hissənin mülkiyyətçisi X12, 0.0072 ha mülkiyyətçisi X17 və 0.02231 ha torpaq sahəsi və evdən 1/4 hissənin mülkiyyətçisi X6r. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2659 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1994-cü ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2001-ci ildə 73 nömrə ilə akt qeydi tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, X7, adı hüquq müəyyənedici sənətdə və oğlunun doğum haqqında şəhadətnaməsində X2 yazıldığından vərəsəlik işi üzrə vərəsəlik hüuqu haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 030994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2019-cu ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü xx.xx.2019-cu ildə 1579 nömrə ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan **********31 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin nənəsinin adı X3 qeyd edilib, lakin iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-105/2025 nömrəli arayışda, АЗ seriyalı 050371 nömrəli doğum haqqında şəhadətnaməsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin X30 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından görünür ki, ərizəçinin nənəsinin adı X8r. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 73 nömrəli akt qeydi ilə xx.xx.2001-ci il tarixdə qeyd edilmiş xx.xx.1994-cü il tarixdə vəfat etmiş X16 barəsində verilmiş ölüm haqqında şəhadətnamənin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar