Məhkəmə qərarları › İş №2(008)-6385/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6385/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6385/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1976-ci ildən 1988-ci ilin dekabr ayına kimi Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozda sıravi kolxozçu vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ¡İdlə Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kəndində anadan olmuş və 1976-cı ildə həmin kənddə yerləşən orta məktəbin 8-ci sinfini bitirib həmin kəndə yerləşən Şirazlı kənd kolxozunda sıravi kolxozçu işinə qəbul olunmuşdur. O zaman həmin kolxozda kəndçisi X12 da sıravi kolxozçu işləyirdi. O onunla birlikdə həmin kolxozda sıravi kolxozçu vəzifəsində işləmiş, sonra isə onunla orada 1980-ci il tarixdə ailə qumuş, xx.xx.1981-ci ildə isə nikahını rəsmi qeyd etdirmişlər. Birgə ailə həyatından onların 3 uşaqları olmuşdur. O, həmin kolxozda 1988-ci ilin dekabr ayınadək işləmişdir. Lakin sonra ermənilər onları oradan qovmuşlar, 1988-ci ildə onlar Ermənistan Respublikasından qaçqın düşərək ilk dəfə Goranboy rayonunda məskunlaşmışlar, bir ildən sonra isə Bakı şəhərinə köçüb gəlmiş və yuxarıda göstərin evdə məskunlaşıb bu günə qədər orada yaşayırlar. Onunla həmin kolxozda başqa həmkəndliləri də işləmişdir. X5, Şahid. Həmin həmkəndliləri məhkəmə iclasına gəlib onun kolxozda işləməyini təsdiqləyə bilərlər. 1988-ci ildə o, Ermənistandan qaçqın düşərək Azərbaycan Respublikasına gələndə onun əmək kitabçası kolxozda qaldı. O, əmək kitabçasını çatdırıb götürə bilməmişdir. Ermənistanda onları qovub evdən çıxartdılar, ona görə də o, çatdırıb əmək kitabçasını gedib kolxozdan götürə bilməmiş, bəzi kolxoçular əmək kitabçalarını götürə bilsələr də o bunu edə bilməmişdir. Hal-hazırda ona həmin əmək kitabçası lazımdır, ona görə ki, o, hal- hazırda pensiyaya çıxmaq istəyir və onun iş stajı çatmır. Ona pensiya təyin edilməsi ilə bağlı o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına ərizə ilə müraciət etmişdir. Orada o, onlara bildirmişdir ki, o, 1976-1988-ci il tarixədək Ermənistan Respublikasında, kolxozda işləmiş, lakin əmək kitabçası orada qalmışdır. Lakin oradan ona bildirilmişdir ki, Ermənistan Respublikasında işlədiyi əmək stajının təsdiq olunmaması səbəbindən ona pensiya təyin etmək mümkün deyildir, bununla əlaqədar olaraq ona məsləhət bilindi ki, sosial sığorta stajının təsdiq olunması üçün o, məhkəməyə müraciət etməlidir. Onun iş stajının məhkəmədə təsdiq olunması ona pensiyaya çıxmaqdan ötrü lazımdır,çünki onun pensiyaya çıxmaq üçün iş stajı çatmır, onun əmək kitabçası Ermənistan Respublikasında qaldığı üçün o, həmin əmək kitabçasını məlum hadisələrlə bağlı gedib oradan götürə bilmir, həmin əmək kitaçasını bərpa etmək də mümkün deyildir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, bu faktın məhkəmə yolu ilə təsdiq edilməsinin zəruri olduğunu bildirdikləri üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Ərizə tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi yazılı etirazını məhkəyə təqdim edərək bildirdi ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2(008)-6385/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edərək ərizəçi xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi 1976-cı il tarixdən 1988-ci il dekabr ayınadək Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kəndində yerləşən Şirazlı kənd kolxozunda sıravi kolxozçu vəzifəsində işləməyi barədə faktı təsdiq edən əmək kitabçasını Ermənistan Respublikasından qaçqın düşdüyünə görə götürə bilmədiyini və həmin faktları təsdiq edən sənədlərin əldə edə bilməməsini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Eyni zamanda, əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Ərizəyə əlavə olunmuş şahidlərin əmək kitabçalarının surətlərindən görünür ki, X8, X1 və Şahid əmək kitabçalarında qeyd olunmuş 1976-1988ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrlərində işə qəbul və işdən azad olma əmr tarixləri və nömrələri qeyd olunmamışdır. Həmçinin həmin əmək fəaliyyəti dövrləri möhürlə təsdiq olunmamışdır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin kolxozda işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları işçilərin əmək kitabçasının forma və qaydalarına uyğun tərtib edilməmişdir. Bu da həmin əmək kitabçasının sübut qismində tanınmasına imkan vermir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən əsaslı sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair 2(008)-6385/2024 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş matriallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Ərizəçi ümumi sığorta stajını qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən qanunla nəzərdə tutulan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 0017441 nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi ilk dəfə Bakı şəhəri 4 saylı X7 Rentgen kabineti üzrə xadimə vəzəfəsinə xx.xx.2008-ci il tarixdə işə qəbul edilmişdir. - Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid öz izahatında bildirdi ki, o əriəçi ilə iş yoldaşı olmuşdur. Onlar 1978-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozda işləmişdir. Elmira xanım siravi işçi olmuşdur. Onların biriqaderi Süleyman olmuşdur. O 1988-ci ilin may ayınadək bir yerdə işləmişdirlər. Onlar Ermənistan Respublikasından gedənədək birgə işləmişsir. O 1976-ci il tarixdə ərizəçi ilə Ararat rayonunda Şirazlı kənd kolxozunda işləmişlər. Kolxoz briqaderi Süleyman müəllim olmuşdur. 1976-cı ildən 1988-ci ilədək işlədiyini bildirmişdir. O, pensiya almır. Xəstəliklə bağlı 2021-ci ildək pensiya almışdır. Onlar 1988 ci ilin sonunadək birlikdə işləmişlər. - X2 məhkəməyə təqdim etdiyi ona əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X6 1978-ci il tarixdən Ermənistan Respublikasın Ararat rayonu, Şirazlı kənd Kolxozunda kolxozçu vəzifəsinə götürülmüş, xx.xx.1988-ci il tarixdə isə ərizəsi əsasında işdən azad edilmişdir. - Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 öz izahatında bildirdi ki, o əriəçi ilə kənçi olduğunu bildirmiş eyni zamanda 1976-cui il tarixdə bir yeridə işləmişdir. Ərizəçi adi kalxozçu vəzifəsində işləmişdir. Onun atası Süleyman biriqadr olmuşdur. - X3 məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1976-cı il tarixdən Ararat rayonu, Şirazlı kənd Kolxozunda kolxozçu vəzifəsinə götürülmüş, xx.xx.1988-ci il tarixdə isə işdən azad edilmişdir. - Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X12 öz izahatında bildirdi ki, ərizəçi onun əridir. Şirazlı kəndində həm qonşu olmuş, həm də bir yerdə işləmişlər. Onlar 1976-1988-ci ilin 15 may tarixinədək Ermənistan Respublikasın Ararat rayonu, Şirazlı kənd Kolxozunda kolxozçu vəzifəsində işləmişlər. Lakin ərizəçi Qaçqın düşən zaman əmək kitabşçasını götürməmişdir. - X9 məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X13 1976-cı il tarixdən Ararat rayonu, Şirazlı kənd Kolxozunda kolxozçu vəzifəsinə götürülmüş, xx.xx.1988-ci il tarixdə isə ərizəsi əsasında işdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə iclası zamanı məlum olur ki, şahid X5 xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, şahid Şölə Məmmədova 1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, şahid X12 isə 1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Ararat rayonu Şirazlı kənd kolxozunda kolxozçu vəzifəsində işləmişdir. Şahidlərin vermiş olduğları izahtından görünür ki, onlar işlədiyi tarixdə ərizəçidə Ararat rayonu Şirazlı kənd kolxozunda kolxozçu vəzifəsində işləmişdir. Belə olan halda məhkəmə hesab edir ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikasının Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilsin. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası, Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar