Məhkəmə qərarları › İş №2(008)-640/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-640/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-640/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsində yerləşən 7 №-li fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mərhum anası, X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq (keçmiş Kuybışev) küçəsində yerləşən 7 saylı evin 1/4 hissəsi İddiaçı, 3/16 hissəsi X2, 1/4 hissəsi (açıq qalaraq) X12, 1/4 hissəsi miras qoyanın nəvəsi, X11 və 1/16 hissəsi isə (acıq qalaraq) X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının mərhun qardaşı, X12 həyat yoldaşı olub. İddiaçı bir müddət başqa ünvanda yaşadığı üçün cavabdeh X17 onun yoxluğundan istifadə edərək iddiaçıya məxsus hissədə yerləşən evin qapısının kilidini sındırmış, iddiaçıya məxsus əşyaları mənimsəmiş, qapının açarını dəyişmiş, iddiaçının evini kirayə vermiş və İddiaçı öz evinə buraxmamışdır. İddiaçı hal-hazırda müvəqqəti olaraq bacısı, X2 evində yaşayır. Cavabdehin X9 miras qalmış evin 1/4 hissəsinə dair heç bir hüququ yoxdur. Onun qeydiyyatı ünvan 1 ünvanına olsa da, faktiki olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 1712 №-li bağ evində yaşayır. Cavabdeh tərəfindən İddiaçı, X2 və X11 payları zəbt edilmişdir. Cavabdeh həmin payçılara məxsus mənzilin boşaldılması, kirayəşinlərin oradan çıxarılması barədə dəfələrlə müraciət edilsə də, edilən müraciətlərə əhəmiyyət verməmişdir. Cavabdeh həmin evdən əlavə gəlir mənbəyi kimi istifadə edir. Məhkəmə X6 və X16 mübahisə predmeti barsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. X6 məhkəmə iclasında iştirak etmirdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X10 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 iddiaçının evə köçürülməsini, cavabdehin isə evdən çıxarılmamasını ədalətli hesab etdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehin baldızıdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ümumi sahəsi 186,30 kv metr olan 7 №-li evin (sonradan – mübahisəli ev) 1/4 hissəsi İddiaçı, 3/16 hissəsi X2, 1/4 hissəsi X12, 1/4 hissəsi miras qoyanın nəvəsi, X11 və 1/16 hissəsi isə (acıq qalaraq) X7 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatın alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, iddiaçının qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). 1/4 hissənin mülkiyyətçisi X20 və Cavabdeh xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışdılar (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayış). X1 Kamran Fəttah oğlu və Cavabdeh qızıdır (XV-JQ seriyalı 486557 №-li doğum haqqında şəhadətnamə). X20 xx.xx.2011-ci il tarixdə ölmüşdür (AZ-İ seriyalı 473690 №-li ölüm haqqında şəhadətnamə). xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X7 payı tam hissədə X12 qızı Abdullayeva (Vəliyeva) Anaxanım Kamran qızına keçmişdir (reyestrdə 2V-154 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir). xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X12 payı tam hissədə Cavabdeh keçmişdir (reyestrdə 2V-155 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir). Cavabdeh nikahı bağlandığı gündən mübahisəli evdə yaşayır və iddiaçının həmin evə köçürülməsinə icazə vermir. Belə ki, məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qeyd etmişdir ki, o, mübahisəli evə gəlin köçmüş, həmişə orada yaşamışdır, hazırda da yaşayır, iddiaçı onun bütün həyatını zəhərləyib, o, həmin evə onun köçürülməsinə heç bir zaman icazə verməz. Hazırda iddiaçı mübahisəli evə köçürülməsini və cavabdehin həmin evdən çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbini qismən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Beləliklə, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisidir, payçılar arasında payların naturada bölünməsi həyata keçirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin evə köçürülməlidir. Lakin, cavabdeh payçılardan birinin vərəsəsi olduğundan həmin evdən çıxarıla bilməz. Belə ki. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsində yerləşən 7 №-li fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar