Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-641/2020 19.02.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Talıbov Samir Şahin oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, 56640981 saylı aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 557 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailə ilə birlikdə yaşayır. Ona qazdan istifadəyə görə **********90000 abonent kodu verilmişdir xx xxxxx 2019-cu il tarixdə yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları onun yaşadığı ünvanında olan sayğaca qanunsuz və əsassız akt tərtib ediblər. Aktın tərtib edilməsi üçün əsas kimi dəyəri ödənilməmiş qaz sərfi göstərilir. Bu yaxınlarda qaz limiti bitdiyinə görə karta pul yükləmək istədikdə qaz yüklənməsi mümkünsüz olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etdikdə isə dəyəri ödənilməmiş qaz sərfinə görə 557 manat məbləğində borcunun olduğunu bildirmişlər. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıbdır. Qaz sayğacının düz işləməməsinə görə məsuliyyəti cavabdeh daşıyır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı yaşadığı evə quraşdırılmış sağaca görə Cavabdeh İB tərəfindən hər hansı akt tərtib edilərək borc hesablanmamışdır. Cavabdeh İB İddiaçı yalnız istifadə etdiyi qazın dəyəri tələb olunur. Belə iddiaçı tərəfindən istifadə edilmiş qazın dəyəri 2018-ci il sentyabr ayından may ayına qədər ödənilməmişdir. İddiaçı tərəfindən həmin müddətlərdə istifadə etdiyi qazın dəyərinin ödənilməməsi abonentin saldosundanda açıq aşkar görünür. Cavabdeh İddiaçı Cavabdeh İB-nə 557 manat ziyan vurmuşdur. Hal-hazırda İddiaçı istifadə etdiyi təbii qazın dəyərinə görə 557 manat debutor borcu qalmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, abonent kodu **********90000 olan X2 yaşadığı ünvana yeni İTRON G-4 markalı, 1202AQ**********5 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan görünür ki, ünvan 1 (abonent kodu **********90000) ünvanında quraşdırılmış sayğaca hesablanmış borc 557.80 manat təşkil edir. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçıdan tələb edlən 557 manat borc məbləğinin silinməsinə dair iddiasını məhkəmədə əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı həmin borc məbləğinin ona əsassız olaraq hesablanmasına yeganə sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli akt ilə əsaslandırır ki, məhkəmə bunu məhkəmə mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, iddiaçının məhkəmə təqdim etdiyi akt ona əsassız hesablanmış borca görə deyil, yeni sayğac quraşdırılmasına görə tərtib edilmişdir. Digər tərəfdən Cavabdeh İB-nin nümayəndəsi İddiaçı yaşadığı ünvana quraşdırılmış sayğaca görə (abonent kodu **********90000) abonentin saldosu təqdim edərək cavabdehdən tələb olunan məbləği yalnız cavabdeh tərəfindən istifadə edərək ödənilməmiş borc məbləğinin olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda isə məhkəmə İddiaçı Cavabdeh İB tərəfindən əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə, rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı xx xxxxx 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 557 manat məbləğində borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Talıbov
Məhkəmə qərarları › İş №2(008)-641/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-641/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver