Məhkəmə qərarları › İş №2(008)-6433/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6433/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6433/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qanunsuz hesab edilməsi və akta əsasən hesablanmış 1550 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yəni İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş və uzun zamandır ki, ailə üzvləri ilə birlikdə (abonent kodu **********10017 olan) Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yaşayır. Onun ailə üzvlərilə birlikdə yaşadığı mənzilin əvvəlki qaz sayğacı elektron sayğac deyildi. Buna görə də onun Cavabdehnə qazdan istifadəyə görə borcu yaranmışdı. Bu borcun məbləği 580 manat təşkil edirdi. Buna görə də o bu borcun sayğaca yüklədiyi məbləğlərdən tutulması üçün Cavabdehnə müraciət etmişdir. Bu müraciəti təmin edilmiş və hal-hazırda da sözügedən borca görə ondan pul tutulur. Həmçinin o, Cavabdehnə evdəki qaz sayğacının dəyişdirilərək elektron qaz sayğacının qoyulması ilə bağlı da müraciət etmişdir. Bu müraciəti də Cavabdeh tərəfindən təmin edilmiş və xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən onun yaşadığı mənzilin əvvəlki qaz sayğacı sökülərək yeni elektron qaz sayğacı ilə əvəz edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, xx.xx.2023-cü il tarixdə onun yaşadığı mənzilin əvvəlki qaz sayğacı dəyişdirilərək, elektron sayğac quraşdırılmışdır. Həmçinin burada onun həmin zamana qədərki borc məbləği də qeyd olunmuşdu. Bundan sonra isə yaşadığı mənzilin qaz sayğacına Cavabdeh işçiləri tərəfindən heç bir yoxlama həyata keçirilməmişdir. Həmçinin bu məsələlərdən sonra quraşdırılan elektron sayğacla bağlı hər hansı problemin olduğu da ona söylənilməmişdir. Lakin o, bu hadisədən təxminən 3 ay sonra öyrənib ki, qaz sayğacında problem aşkar edildiyinə görə ona cərimə yazılmışdır. Sonradan isə bu cərimənin 1550 manat məbləğində olduğunu öyrəndikdə çox təəccüblənmiş və regional idarəyə gedərək bu məsələ ilə maraqlanmışdır. Burada ona bildiriblər ki, yeni quraşdırılan elektron qaz sayğacı labaratoriyaya gedib və orada problem aşkar etdiklərinə görə ona cərimə yazılmışdır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta görə ona 1550 manat məbləğində cərimə yazılmışdır. Sözügedən bu aktdan xəbər tutduğundan sonra o bu aktın bir surətinin ona təqdim edilməsini istəsə də, bunu indiyədək əldə edə bilməmişdir. Bu aktın surətini o yeni əldə edib. Belə ki, sözügedən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt Cavabdeh işçiləri tərəfindən tərtib olunarkən və onların qeyd etdiyi pozuntu aşkar olunarkən onun iştirakı olmamışdır. Bu isə böyük qanunsuzluqdur. Çünki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən cərimə barədə akt tərtib edilərkən istehlakçının iştirakı mütləqdir. Lakin Cavabdeh işçiləri dedikləri “pozuntu” nu aşkar edərkən onu xəbərdar etməmişlər. Onlar onun və ailə üzvlərinin iştirakı olmadan elektron qaz sayğacına baxış keçirərək bu aktı tərtib etmişlər. Bu isə tamamilə qanunsuz bir əməldir. Bundan başqa qeyd edim ki, elektron qaz sayğacında indiyədək heç bir problem müşahidə edilməmişdir. Onlar həmin sayğaca heç bir dəyişiklik etməyiblər. Həmçinin 1550 manat məbləğində cərimənin yazılması da ağlasığan deyil. Heç bir pozuntu olmadan və onların xəbəri olmadan bu miqdarda cərimənin yazılması düzgün deyildir. Bütün bunlara görə də o Cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/2970 saylı “qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacının texniki qaydalara cavab verdiyi aşkar edilmişdir. -xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə dəymiş ziyanın həcmi 12960 m3 hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın hesablanma mexanizmi, qoruyucu şüşəsinin gövdədən aralandığı aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********10017 olan abonentin 2023-cü ilin ayun ayına 1983,65 manat məbləğində borcu var, Borcun 1555.20 manatı 2023-cü ilin aprel ayında akta əsasən yazılıb. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının istismara yararsız olunması əsası ilə akt tərtib edilmiş, akta əsasən 12960 m.3 qaza görə 1555.20 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya Cavabdeh İB tərəfindən hesablanmış 1550 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən evə (abonent kodu (**********10017 saylı) əsassız hesablanmış 1550 manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar