Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6437/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “vergi borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vergi borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında Seriya RX N° ******* nömrəli, 27.04.2013-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında borclu Cavabdeh mülkiyyətində olan 419 kvadrat metr əmlaka görə və istifadəsində olan 450 kvadrat metr torpaq sahəsinə görə hesablanmış 546 manat 45 qəpik məbləğində vergi borcunun 12031xxxxxxx YVÖK əsasında Qala bələdiyyəsinin büdcəsinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən fiziki şəxslərin əmlak və torpaq vergisi yerli vergilərə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203-208-ci maddələrinə görə Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Vergi Məcəlləsinin 208-ci maddəsinə görə fiziki şəxsələrin torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə müvafiq olaraq mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və əmlakın sənədlərini aldıqdan 30 gün müddətində vergi orqanında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən vergi orqanına ərizə verilir. Qala bələdiyyəsinin vergi xidməti orqanının vəzifəli şəxsi tərəfindən ünvan 1 ünvanında Seriya RX N° ******* nömrəli, 27.04.2013-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında borclu Cavabdeh mülkiyyətində olan 419 kvadrat metr əmlaka görə və istifadəsində olan 450 kvadrat metr torpaq sahəsinə görə 04.03.2021-ci il tarixdə 546 manat 45 qəpik vergi borcu hesablanmışdır. Zirə bələdiyyəsinin vergi xidməti orqanının vəzifəli şəxsləri tərəfindən 10 mart 2021-ci il tarixdə borclu Cavabdeh tərəfindən vergi borcunun ödənilmədiyi barədə akt tərtib olunmuşdur. Borclu Cavabdeh tərəfindən vergi borcu ödənilmədiyinə görə Qala bələdiyyəsinin iclasında həmin akta baxılmış və ödəyiciyə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6437/2021 nömrəli, 19.08.2021-ci il tarixli məhkəmə əmri ilə ünvan 1 ünvanında Seriya RX N° ******* nömrəli, 27.04.2013-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında borclu Cavabdeh mülkiyyətində olan 419 kvadrat metr əmlaka görə və istifadəsində olan 450 kvadrat metr torpaq sahəsinə görə hesablanmış 546 manat 45 qəpik məbləğində vergi borcunun 12031xxxxxxx YVÖK əsasında Qala bələdiyyəsinin büdcəsinə ödənilməsi barədə əmr çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6437/2021 nömrəli, 19.08.2021-ci il tarixli məhkəmə əmrindən narazı qalan Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6437/2021 nömrəli, 19.08.2021-ci il tarixli məhkəmə əmrin ləğv edilməsini və iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6437/2021 nömrəli, 04.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6437/2021 nömrəli, 19.08.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək 2013-cü il tarixədək vergi ödənişlərini etdiyini lakin həmin dövrədək yalnızca torpaq vergisinin ödədiyini, əvvələr heç vaxt əmlak vergisi ödəmədiyi, hansı səbəbdən torpaq vergisi ilə yanaşı ondan əmlak vergisi ödənilməsini tələb edildiyini ona məlum olmadığı və eyni zamanda onunla yaxın ərazidə yaşayan digər şəxslərdən hər hansı bir vergi ödənişi tələb edilmədiyi bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İddiaçı 10 mart 2021-ci il tarixli aktından görünür ki, ünvan 2 ünvanında yerləşən bağ massivinin mülkiyyətçisi Cavabdeh həyətyanı sahənin bağ sahəsi olduğunu bildirərək vergi ödəməkdən imtina etmişdir. - Bakı şəhər İddiaçı tərəfindən tərtib edilmiş tədiyyə bildirişinin kötüyünün surətindən görünür ki, Cavabdeh 2021-ci il üçün 109.14 manat əmlak vergisi, 2.7 manat torpaq vergisi, ötən dövrlər üçün 335.52 manat, faiz məbləği 99.09 manat olmaqla, cəmi 546.45 manat məbləğində hesablanmış əmlak və torpaq vergisinə aid tədiyə bildirişini almışdır. 12.03.2021-ci il tarixli 1 saylı X9 görünür ki, X3 mülkiyyətində olan torpaq vergisin görə bir il üçün 2.70 (iki manat, yetmiş qəpik) manat, əmlak vergisinə görə isə 109.14 (bir yüz on doqquz manat, on dört qəpik) manat vergi borcu olmqla, ödənilməmiş son 3 il üzrə isə cəmi torpaq və əmlak vergi borcu 335.52 manat, ödənilməmiş illərə görə isə hesablanmış 99.09 (doksan doqqua manat, doqquz ) qəpik faiz borcu olmaqla cəmi 546.45 manat məbləğində pul ödəməlidir. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən bağ evi Cavabdeh, X1, X2, X6 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən fiziki şəxslərin əmlak vergisi oların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödənilir. Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi Məcəlləsinin 200.2-ci maddəsinə əsasən Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır. Vergi Məcəlləsinin 200.4-ci maddəsinə əsasən Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Vergi Məcəlləsinin 200.6-ci maddəsinə əsasən Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 205-ci maddəsinə əsasən Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə bu qanunla müəyyən edilmiş cədvəldə göstərilən dərəcələr tətbiq olunur: “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergi və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən akt tərtib edilir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iclası zamanında müəyyən olunur ki, cavabdeh X3 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 513B ünvanında yerləşən torpaqına və əmlakına dair 2013-cü il bu tarixədək torpaq və əmlak vergisi ödəməmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehdən son üç ilin torpaq və əmlak vergi borcu tələb edilir. Odur ki, cavabdehin Qala Bələdiyyəsinə ödəməli olan vergi borcu torpaq vergisinə görə 1 il üçün 2.70 (2.7*3=8.1) manat, əmlak vergisinə görə bir il üçün 109.14 (109.14*3=327.42) manat olmaqla cəmi 335.52 manat məbləğində borcu mövcud olması mülki işə əlavə edilmiş sənədlərlə sübuta yetirildiyindən, məhkəmə hesab edir iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ödənilməmiş illərə görə isə hesablanmış 99.09 (doksan doqquz manat, doqquz qəpik) manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, faiz borcunun hansı illər üzrə hansı əsaslarla hesablanmasını təsdiq edəcək möhtəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 335.53 (üç yüz otuz beş manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq 12031xxxxxxx YVÖK əsasında İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6437/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6437/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver