Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6441/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd geyim dolab, 1 ədəd termo, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 2 ədəd slikon yorğan, 4 ədəd slikon yastıq, 2 ədəd adyal, 1 ədəd elektrik ət çəkən maşın, 1 ədəd çaydan, Conus bıçaq dəsti, 1 ədəd soğan doğrayan, 3 ədəd tavadan ibarət dəst, 3 dəmir qazan, 1 ədəd çaydan, 1 ədəd ayna çaynik, 8 ədəd aş qaşığı, 12 ədəd dolma qaşığı, 12 ədəd tutma nimçəsi, 1 ədəd sakura meyvə qabı, 1 ədəd duz qabı, 6 ədəd nəlbəki, 2 ədəd qənd qabı və 2 ədəd sini (padnos), 6 ədəd balaca kasa, 1 ədəd kül qabı, 6 ədəd stəkan, 3 ədəd qənd qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd balaca ağzı qapaqlı tunc qab, 2 ədəd kalşuk ləyən, 12 ədəd qaşıq, 12 ədəd çəngəl və 12 ədəd meyvə bıçağı, 2 ədəd çörək qabı, 1 ədəd saxsı balıq qabı, 4 ədəd əl-üz dəsmalı, 2 ədəd yastıq üzü, 9 ədəd çay dəsmalı, 1 ədəd yataq dəsti, 2 ədəd süfrə, 2 ədəd döşək üzlüyündən ibarət əşyaların ünvan 3-dan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ona məxsusdur. Uzun illərdir ki, o həmin evdə yaşayır, həmin evə sahiblik edir. Azərbaycan Respublikası "Bakı Torpaq" Layihə Smeta Bürosu tərəfindən ona həmin evə və evinin yerləşdiyi torpaq sahəsinə dair layihə verilmişdir. X2 Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə qeyri-rəsmi nikah münasibətinə girərək birgə yaşamaq qərarına gəlmişlər. Oğlunun evi olmadığı üçün ondan xahiş etmişdir ki, ona və Cavabdeh bir müddət onun evində yaşamağa izin versin. O da oğlunun xahişini qəbul edib, onlara ünvan 1 ünvanda yerləşən evində yaşamağa razılıq vermişdir. Cavabdeh 8 ay onun evində yaşadıqdan sonra oğluyla münasibətləri pisləşdiyinə görə ünvan 1-dan getmişdir. Cavabdeh 2024-ci ilin iyul ayından ona məxsus ünvan 1-dan getməsinə və orada yaşamamasına baxmayaraq, ona məxsus əşyaları bu günə kimi iddiaçının evində qalır. Həmin əşyaların evdən çıxarılması ilə bağlı dəfələrlə Cavabdeh müraciət etməyinə baxmayaraq, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hal-hazırda Cavabdeh ona məxsus evdə heç bir hüquqi əsası olmadığı halda özünə məxsus əşyaları saxlamaqla onun yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməyini məhdudlaşdırır və bununla da mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməyinə mane olur. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yaşayış yeri haqqında ******* №-li arayışdan İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası "Bakı Torpaq" Layihə Smeta Bürosu tərəfindən xx.xx.2016cı il tarixsə İddiaçı ünvan 3-a dair layihə verilmişdir. İşə əlavə edilmiş Fotoşəkillərdən görünür ki, otaqda çoxlu sayda əşyaların olması görünür. X1 (iddiaçının qızı, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış) evdə iddiada göstərilən cavabdehin əşyalarının yerləşdirildiyini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının istifadəsindədir. Eyni zamanda, tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin evə bir sıra ev əşyaları və digər daşınar əmlaklar gətirilmiş və bu əşyalar indiyədək orada saxlanılır. Cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə qalması tərəflər arasında mübahisəsiz hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, cavabdehin əşyalarının iddiaçının istifadəsində olan evdə qalması iddiaçının evdən sərbəst istifadə etməsinə maneə yaradır və onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh tərəfindən bu əşyaların uzun müddət ərzində götürülməməsi, iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq problemin həll edilməməsi, eləcə də həmin əşyaların orada saxlanmasının iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni, əsaslı və sübutlarla təsdiq olunduğundan təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus əşyalar: 1 ədəd geyim dolabı, 1 ədəd termo, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 2 ədəd slikon yorğan, 4 ədəd slikon yastıq, 2 ədəd adyal, 1 ədəd elektrik ət çəkən maşın, 1 ədəd çaydan, Conus bıçaq dəsti, 1 ədəd soğan doğrayan, 3 ədəd tavadan ibarət dəst, 3 dəmir qazan, 1 ədəd çaydan, 1 ədəd ayna çaynik, 8 ədəd aş qaşığı, 12 ədəd dolma qaşığı, 12 ədəd tutma nimçəsi, 1 ədəd sakura meyvə qabı, 1 ədəd duz qabı, 6 ədəd nəlbəki, 2 ədəd qənd qabı və 2 ədəd sini (padnos), 6 ədəd balaca kasa, 1 ədəd kül qabı, 6 ədəd stəkan, 3 ədəd qənd qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd balaca ağzı qapaqlı tunc qab, 2 ədəd kalşuk (kauçuk) ləyən, 12 ədəd qaşıq, 12 ədəd çəngəl və 12 ədəd meyvə bıçağı, 2 ədəd çörək qabı, 1 ədəd saxsı balıq qabı, 4 ədəd əl-üz dəsmalı, 2 ədəd yastıq üzü, 9 ədəd çay dəsmalı, 1 ədəd yataq dəsti, 2 ədəd süfrə, 2 ədəd döşək üzü çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-6441/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6441/2025
12.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver