Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6448/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası xx.xx.1924-cü il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 19 saylı evdə qəfildən halı pisləmiş və təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları sözügedən ünvana çatanadək, anası vəfat etmişdir. Umuxanım Quliyeva həmin gün Sabunçu rayonunun “Sabunçu Müsəlman” qəbiristanlığında dəfn olunmuşdur. Hüzr mərasimi təşkil edilmiş, lakin həmin vaxt işlərin çox olması səbəbindən mərhumun ölümü haqqında tibbi şəhadətnamənin alınması unudulmuşdur. Umuxanım Quliyevanın ölümünün dövlət qeydiyyatına alınması və bu barədə şəhadətnamənin əldə olunması üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin orqandan xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə istinad edilərək, ölüm faktının bu barədə tibb müəssisəsinin şəhadətnaməsi ilə təsdiq edildiyi, müvafiq tibbi şəhadətnamə olmadıqda isə ölüm faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. X8 vəfat etməsi Sabunçu rayonunun “Sabunçu Müsəlman” qəbiristanlığında dəfn olunması barədə Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş arayış və mərhumun məzarının fotoşəkilləri ilə də sübut olunur. Hazırkı faktın müəyyən edilməsi Sabunçu qəsəbəsində Aydınbəyov küçəsində yerləşən evin sənədləşdirilməsi məqsədilə tələb olunur. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X9 ərizəni qəbul edərək, X3 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısı oğlu, mərhumun isə nəvəsidir. Təsdiq edir ki, nənəsi X5 xx.xx.1992-ci il tarixdə - Xocalı faciəsindən iki gün sonra vəfat etmişdir. Həmin vaxt 25 yaşı olmuşdur. Mərhum yaşlı idi, təxminən 70-ə yaxın yaşı olardı, sağlığında insult keçirmişdir. Mərhum Sabunçu rayonunda “Sabunçu Müsəlman” qəbirstanlığında dəfn olunmuş və keçirilmiş yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, həm ərizəçinin qonşusu, həm də ailənin sürücüsü olmuşdur. X2 aptekdə işləmişdir. Yaşlı qadın idi, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sabunçu rayonunda “Sabunçu Müsəlman” qəbirstanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qapı qonşusu olmuşdur. X2 xx.xx.1992-ci il tarixdə - Xocalı faciəsindən iki gün keçdikdən sonra vəfat etmişdir. O vaxt 15-16 yaşı olardı. Həmin gün mərhum yaşadığı evdən gələn səs-küydən anlamışdır ki, Umuxanım Quliyeva dünyasını dəyişmişdir. Bu səbəbdən, həyətə təcili tibbi yardım briqadasının gəldiyini də xatırlayır. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını (həmçinin fotoşəkili) araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş, İ-ИЕ 922180 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 X14 anasıdır. - “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023cü il tarixli məktubundan aydın olur ki, xx.xx.1924-cü il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Lakin mərhumun yaxınları ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etmədikləri üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. -Bakı şəhəri Sabunçu RİH başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, X5 vəfat edən günə qədər Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. -Bakı şəhəri Sabunçu Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.1992-ci il tarixdə “Sabunçu Müsəlman” qəbirstanlığında dəfn edilmişdir. -İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ölüm akt qeydinin bərpa məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi anası xx.xx.1924-cü il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə yaşadığı Sabunçu qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Yaxınları mərhumun ölümü haqqında tibbi şəhadətnamənin alınmasını unutduqlarından, ölümün qeydiyyata alınması mümkün olmamışdır. Hazırda ərizəçinin yaşadığı evin sənədləşdirilməsi ilə bağlı tələb olunduğundan, onun mərhum anasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1924-cü il təvəllüdlü X3 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6448/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6448/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver