Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6455/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. Mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X4 ünvan 2 ünvanında yaşamışdır. Mərhum qardaşı xx.xx.2023-cü il tarixində qəflətən yaşadığı mənzildə vəfat etmişdir. O, dərhal təcili yardım çağırsa da, növbətçi həkim gələnə kimi qardaşı vəfat etmişdir. Həmin vaxt mərhum qardaşının ölümü barədə tibbi arayışı yaşadığı 44 saylı şəhər Poliklinikasından istəmiş, lakin poliklinikadan bildirmişlər ki, mərhum qardaşının poliklinikaya müraciət etməməsi səbəbindən, ölümü barədə müvafiq arayışın verilməsi mümkün deyil. O, daha sonra qardaşının ölümü barədə şəhadətnamənin alınması üçün qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunaraq, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mərhum qardaşı Ağsu rayonu, Ərəbmehdibəy kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırkı ərizəni verməkdə məqsədi mərhumun adına olan daşınmaz əmlakın uşaqlarının adına sənədləşdirilməsidir. Qeyd olunanlara əsasən, ərizəçi xx.xx.2023-cü il tarixində vəfat etmiş mərhum qardaşı xx.xx.1957-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nizami rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynıdır. Digər qaynı X4 xx.xx.2023-cü il tarixdə Nizami rayonunda yaşadığı evdə vəfat etmişdir. Onun vəziyyəti ağırlaşmış, 3 dəfə təcili tibbi yardım çağrılmışdır. Təcili yardım 3-cü dəfə gələndə mərhum artıq vəfat etmişdir. Təcili tibbi yardım həkimləri mərhumun tüberklyoz (vərəm) xəstəsi olduğunu demişdilər. Mərhum ölümündən bir gün sonra Ağsu rayonunun Ərəbmehdibəy kənd qəbirstanlığında dəfn olunmuşdur. Keçirilmiş dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X4 ilə qonşu olmuşlar. Onun xx.xx.2023-cü il tarixdə vəfat etdiyini səs-küydən başa düşmüşdür. Mərhumun vəziyyəti ağır olmuş, vəziyyəti ilə bağlı bir neçə dəfə təcili tibbi yardım çağırılmışdır. Təcili yardım 3-cü dəfə gələndə onun artıq vəfat etdiyini bildirmişlər. Gələn həkim onun tüberklyoz xəstəsi olduğunu demişdir. O, vəfat edəndə yanında qohumları olmuşdur. Mərhum ölümündən bir gün sonra Ağsu rayonunun Ərəbmehdibəy kənd qəbirstanlığında dəfn olundu. Təşkil edilmiş dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi və mərhum X4 onun dayılarıdır. Mərhum dayısının vəfat etməsindən 3-4 gün əvvəl vəziyyəti ağırlaşmışdır, bununla bağlı 1-2 dəfə təcili tibbi yardım çağırılmışdır. Mərhum xx.xx.2023-cü il tarixdə Nizami rayonunda yaşadığı evdə vəfat etmişdir. Dayısı tüberklyoz xəstəsi olmuşdur. Həmin gün 3 dəfə təcili yardım briqadası çağırmışdılar. Lakin sonuncu çağırış zamanı onun artıq vəfat etdiyini bildirmişlər. Mərhum dayısı Ağsu rayonunun Ərəbmehdibəy kənd qəbirstanlığında dəfn edilmiş, təşkil edilmiş dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - AZE 14098680 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi atası X6r. - “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 44 nömrəli şəhər poliklinikasının xx.xx.2023cü il tarixli məktubundan məlum olur ki, X3 poliklinikaya müraciəti olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 1 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - Ağsu RİHB-nın Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, X4 xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Ərəbmehdibəy kənd qəbiristanlığında dəfn edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi və X4 qardaşdırlar. X4 tüberklyoz (vərəm) xəstəliyindən əziyyətdən çəkmiş və vəziyyəti xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında pisləşmişdir. Bununla bağlı təcili tibbi yardım briqadası çağırsalar da, həkimlər gələnədək vəfat etmişdir. Tibb müəssisəsinin ölüm faktını təsdiq edən müvafiq arayışı olmadığından, X3 ölümü haqqında şəhadətnamə əldə edilməmişdir. X1 miras qalmış daşınmaz əmlakla bağlı hüquqi hərəkətlərin aparılması ilə əlaqədar, onun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6455/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6455/2023
29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver