Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6460/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona ünvan 2 fərdi yaşayış evinə aid (abonent kodu:**********6001B) hesablanmış 2318,04 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 onun əridir. Onlar Ağdam rayonundan məcburi köçkün düşüb, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi ünvanında yerləşən həyət evində yaşayırlar. İşıq sayğacı və **********6001B nömrəli abonent kodu əri X1 adınadır. X5 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. 2019-cu ilin yanvar ayından 2021-ci ilin oktyabr ayına kimi həmin evdə yaşayış olmayıb. Evə işıq sayğacı quraşdırılarkən "xxxx" ASC-nin işçiləri sayğacı həyət divarının içəri tərəfinə bərkidiblər. Dəfələrlə "xxxx" ASC-yə müraciət edərək sayğacın yerinin dəyişdirilərək, evin həyət divarının çöl tərəfinə quraşdırılması xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları həyətdə yerləşən işıq sayğacına baxış keçirib, həmin sayğacın yaşayış evinin həyətindən çıxararaq, çöl divarına quraşdırılması barədə 027020 saylı akt tərtib etmişlər. Həmçinin həmin aktda sayğacın alt qapaq möhürünün siminin kəsildiyini də qeyd ediblər. Bu hadisədən bir müddət sonra abonent hesabına 2318,04 manat borc yazıldığı müəyyən edilib. Elektrik enerjisinə görə 2318,04 manat borcun yaranma səbəbini aydınlaşdırmaq üçün cavabdeh orqana müraciət etmişdir. Müraciətə cavab olaraq, “Azərişıq" ASC tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda ona bildirilib ki, sayğacın alt qapaq möhürünün qırıq olması aşkarlandığına görə 027020 nömrəli akt tərtib edilmiş, 22236 kVt.s - 2318,04 manat dəyərində hesabat verilmişdir. O, yazılmış borc məbləği ilə razı deyil. Bu məbləğ tam olaraq əsassız yazılmışdır. İşıq sayğacının həyət divarının içəri tərəfinə quraşdırılmasına görə də o məsuliyyət daşımır. "xxxx" ASC-nin aktında sayğacda aşkarlanan qüsur kimi sayğacın alt qapaq möhürünün siminin qırıq olması qeyd olunub. Sayğacın alt qapaq möhürünün siminin qırıq olması onun təqsiri və ya müdaxiləsi səbəbindən baş verməyib. Onun həmin simi qırmağına heç bir əsas, sübut da yoxdur. Bundan əlavə sayğacda simin qırıq olmasından başqa heç bir qüsur da aşkarlanmayıb. Qeyd edilənlərə əsasən hesab edir ki, istifadə edilməyən elektrik enerjisinə görə əsassız yazılmış borc məbləği məhkəmə qaydasında silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı izahatında göstərmişdir ki, sayğac onun həyətinin işində, yəni darvazanın daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatından bildirmişdir ki, borcun silinməsi ilə bağlı müraciət edilib və ona cavab verilib. Sayğacın alt qapaq hissəsi qırıq olduğundan akt tərtib edilib. Köhnə akt olduğundan akt əldə edə bilməyiblər. Ona görə də iddianı rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan **********6001B saylı abonentin abunə haqqında saldosundan görünür ki, Dayandur Hüseynovun enerji istifadəsinə görə 1362.67 manat məbləğində borcu mövcuddur. - xx.xx.2021-ci il tarixli 027020 saylı aktın surətindən görünür ki, ünvan 2 istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacın həyətdə yerləşdiyi və sayğacın alt qapaq möhürünün siminin kəsik olması müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli 13-13/2-2/18-H-741-5/2023 saylı İddiaçı ünvanlanan məktubun surətindən görünür ki, İddiaçı müraciəti araşdırılmış və bildirilmişdir ki, fərdi yaşayış evinə yeni smart tipli sayğac quraşdırılmış və elektrik enerji sərfiyyatına görə yaranmış borcun hissə-hissə ödənilməsi üçün şərait yaradılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdir ki, ünvan 2 ünvan üzrə Azərişıq ASC ilə müqqvilə bağlayan şəxs X5 olsa da, həmin şəxs vəfat edib, iddiaçı mərhumun həyat yoldaşıdır və həmin ünvanda yaşadığına görə faktiki istehlakçıdır. Qeyd olunan ünvanda "xxxx" Asc-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacda olan nasazlıqlar səbəbindən akt tərtib olunmuş və Hüseynov Dayandura vurulmuş maddi ziyana görə borc hesablanmışdır. Həmçinin məhkəmə iclasında təsdiq olunur ki, elektrik sayğacı iddiaçının yaşadığı həyətin daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X2 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə işin hallarını araşdıraraq belə nəticəyə gəlir ki, «X2 Qaydaları»na əsasən elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi o zaman cavabdehlik daşıyır ki, həmin sayğaclar yaşayış evlərinin hasarı xaricində olsun. Lakin, hazırki iş üzrə müəyyən olunmuşdur ki, qeyd olunan sayğac elə hasasrın daxilində yerləşib və iddiaçının özünün də sayğaca müdaxilə etmək ehtimalı olub. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktın əsasız hesablanmasına və hesablanmış 2318,04 manat məbləğində borcun silinməsinə dair mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq, belə qənaətə gəlir ki, Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən ünvan 2 fərdi yaşayış evinə aid (abonent kodu:**********6001B) hesablanmış 2318,04 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-6460/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6460/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver