Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6489/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, anası 27 iyul 1961-ci il təvəllüdlü mərhum X2 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşayır. xx.xx.1961-ci il təvəllüdlü mərhum anası X3 “insult” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum anası onunla birlikdə ünvan 1 ünvanında yaşayaraq müalicələr alırdı. xx.xx.1961-ci il təvəllüdlü mərhum anası X3 xx.xx.2024-cü il tarixində yaşadığı ünvanındakı evdə vəfat etmişdir. O, dərhal X13 çağırdı. X13 gələnə kimi anası vəfat etmişdi. X10 həkimi anasının vəfatı barədə arayış vermişdir. Daha sonra həmin arayışla ərazi üzrə 2 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edərək anasının ölümü barədə həkim tibbi şəhadətnamə istəmişdir. Lakin mərhum anasının ərazi üzrə poliklinikaya xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün anasının ölümü barədə həkim tibbi şəhadətnamə vermədilər. Bundan sonra Bakı Şəhər 4 saylı Asan Xidmət X8ndə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölüm kağızı vermədilər və imtina etdilər və ona məhkəməyə müraciət etməli olduğumu bildirdilər. xx.xx.1961-ci il təvəllüdlü mərhum anası X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Rus qəbirstanlığında bastırılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/7-K-946/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və və ya şəxsin ölmüş elan edilmısi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölmün qeydiyyatı aparılır. Ölmü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X14 Bakı Baş Səhiyyə X11 Şəxs “2 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 197 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu X9 küçəsi ev 39 ünvanında yaşamış 27 iyul 1961ci il təvəllüdlü X3 31 iyul 2024-cü ildə vəfat etmişdir. Mərhum 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olsada son illər ərzində ölümə səbəb olna xəstəliklər ilə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə mümükün vermək mümnük olmadı. BŞT və TTYS Yardım Stansiyasının 12 saylı bölməsinin ölüm haqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 04:13-da Sabunçu Rayon, X12 Çobanzadə 39 ünvnında həkimə qədər olan qadın cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 30 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X3 31 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən rus qəbirstanlıqda dəfn olunub. AZE seriyalı 15098385 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 26 Bakı Komossarı rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş 27 oktyabr 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası X3dır. 65314184 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 ərizəçinin anası olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6489/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6489/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver