Məhkəmə qərarları › İş №2(008)-6509/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6509/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6509/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 4900,20 manat məbləğində zərər, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5230,20 manat məbləğində pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 09.03.2020-ci il tarixdə 04207 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən fotolar çəkilmişdir. Həmçinin, qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 11.05.2017-ci il tarixli ******* saylı akt əsasında 310,40 manat; - 16.06.2017-ci il tarixli ******* saylı akt əsasında 23 manat; - 04.08.2017-ci il tarixli ******* saylı akt əsasında 47 manat; - 03.12.2017-ci il tarixli ******* saylı akt əsasında 623,80 manat; - 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 789 manat; - 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 207,20 manat; - 28.03.2018-ci il tarixli ******* saylı akt əsasında 313 manat; - 16.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; - 11.05.2018-ci il tarixli ******* saylı akt əsasında 75,40 manat; - 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; - 27.08.2018-ci il tarixli ******* saylı akt əsasınaa 115,20 manat; - 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; - 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; - 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; - 28.022019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.05.2019-cu ilt arixli ******* sayfı akt əsasında 32,40 manat; - 21.28.06.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; - 31.07.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; - 30.08.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; - 30.09.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; - 30.10.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; - 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; - 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; - 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; - 09.03.2020-ci il tarixli ******* saylı akt əsasında 88,60 manat olmaqla, İddiaçınə ümumilikdə 4898,40 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur. AGİS və GASREP üzrə saldodan görünür ki, cavabdehin əvvəlki dövrdən 3044 manat məbləğində yaranmış borcu AGİS bazasından GASREP proqramına keçirilmiş, tutmalar da nəzərə alınmaqla ümumilikdə 3045,80 manat qalıq borc 2020-ci ilin Vİ ayında AGİS bazasına qaytarılmışdır. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində hazırkı vaxt üçün İddiaçınə borca görə tutulmalar da nəzərə alınmaqla, ümumilikdə 4900,20 manat məbləğində borcu qalmaqdadır (4898,40 manat aktlar üzrə + 1,80 manat cari borc = 4900.20 manat). İddiaçı nümayəndələri tərəfindən cavabdehə 4900.20 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvriciliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və birliyə vurulmuş olduğu maddi zərərdən əlavə, məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 09.03.2020-ci il tarixli, 04207 saylı müqaviləyə əsasən, sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış **********00000 saylı abonent saldosundan abonentin 2020-ci ilin iyul ayına aktlar üzrə 4898,40 manat, cari borc üzrə 1,80 manat olmaqla, cəmi 4900.20 manat məbləğində borcu yarandığı müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00000 olan Cavabdeh ünvan 2 ünvanına 11.05.2017-ci il tarixli ******* saylı akt əsasında 310,40 manat, 16.06.2017-ci il tarixli ******* saylı akt əsasında 23 manat; 04.08.2017-ci il tarixli ******* saylı akt əsasında 47 manat; 03.12.2017-ci il tarixli ******* saylı akt əsasında 623,80 manat; 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 789 manat; 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 207,20 manat; 28.03.2018-ci il tarixli ******* saylı akt əsasında 313 manat; 16.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 11.05.2018-ci il tarixli ******* saylı akt əsasında 75,40 manat; 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat; 27.08.2018-ci il tarixli ******* saylı akt əsasınaa 115,20 manat; 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 28.022019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu ilt arixli ******* sayfı akt əsasında 32,40 manat; 21.28.06.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu ilt arixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 09.03.2020-ci il tarixli ******* saylı akt əsasında 88,60 manat olmaqla, ümumilikdə 4898,40 manat məbləğində təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər hesablanmışdır. Məhkəmə qeyd edir ki, ilk dəfə 11.05.2017-ci il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilibedilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquqmühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə, hansı səbəblərə görə edilməməsi, edilmişdirsə, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Ona görə də məhkəmə abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə ilk dəfə tərtib edilmiş 11.05.2017-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə 310,40 manat məbləğində dəymiş ziyan, eləcə də, sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1,80 manat məbləğində borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə, 310,40 manat dəymiş ziyan və borca görə ödənilməmiş 1,80 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqından 150 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumundan 15 manat cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 310,40 (üç yüz on manat qırx qəpik) manat dəymiş ziyan, 1,80 (bir manat səksən qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 (on beş) manat, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat olmaqla, cəmi 477,20 (dörd yüz yetmiş yeddi manat iyirmi qəpik) məbləğində pul vəsaiti tutularaq, İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar