Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6554/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma, evin iddiaçıya təhvil verilməsi və həmin evə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma, evin iddiaçıya təhvil verilməsi və həmin evə mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun müdafiəsi, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı evindən məcburi qaydada çıxarılması, evin iddiaçıya təhvil verilməklə, həmin evə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 3-nın mülkiyyətçisidir. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, həmin evi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qanunsuz olaraq zəbt etmişdir. O dəfələrlə cavabdehə ona məxsus evdən çıxarılması barədə tələb etməyinə baxmayaraq o indiyənədək buna məhəl qoymur. Bu səbəbdən onun evinə mülkiyyət hüquqlarım pozulur və o evindən istifadə edə bilmir. Yaşayış yeri qeydiyyat haqqında arayışa əsasən Cavabdeh başqa bir ünvanda ünvan 2 Lakin buna baxmayaraq cavabdeh ünvan 3 -da qanunsuz olaraq yaşayır. Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı evindən məcburi qaydada çıxarılması, evin iddiaçıya təhvil verilməklə, həmin evə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edib, cavabdehin onun qardaşı olduğunu, lakin qardaşının o üzrə hər hansı ir hüququnun olmadığını bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək başqa yaşayış yeri olmadığını, ordan çıxdığı təqdirdə gedəcək yerinin olmadığını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X4 ünvan 3 ünvanında yerləşən 0.017 ha torpaq sahəsini və ümumi sahəsi 82.9 kv.m köməkçi sahəsi 29.5 kv.m yaşayış sahəsi 53.4 kv.m olan 3 oataqlı fərdi yaşayış evini qızı X2 bağışlamışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışın surətindən görünür ki, ünvan 3 ünvanında X9 X8, X5 və İddiaçı qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.017 ha torpaq sahəsinin və yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Daşınmaz əmlak dövlət reyestrində 126 nömrəli reyestr kitabının 11516 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı cavabdehin məhkəmə iclasında vermiş olduğu etirafedici izahatlar əsas götürülmə, iddia tələbinin cavabdehin mübahisəli evdən çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən-sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırılması zamanı məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı ev iddiaçının mülkiyyətindədir, cavabdeh iddiaçının qardaşı olsa da onun həmin evdən istifadə etməsinə icazə verən qanuni halın olmamasına baxmayaraq, mülkiyyətçinin iradəsi əlehinə həmin evdə yaşayır, iddiaçı onun evdən çıxmasını tələb etsədə o bundan könüllü şəkil imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evində yaşaması iddiaçının mülkiyyətində olduğu fərdi yaşayış evindən maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdeh qeyd edilən evdən çıxarılmalı, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı ev iddiaçı X2 təhvil verilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının həmin evə mülkiyyət hüququnun bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mücərrət xarakterli olduğundan təmin edilə bilməz Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının dövlət rüsumunun ödənilməsi ilə bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı evdən çıxarılsın. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67 A saylı ev İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6554/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6554/2022
02.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver