Məhkəmə qərarları › İş №2(008)-6554/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6554/2025

26.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6554/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh “ASG Helicopter Services» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “ASG Helicopter Services» MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “ASG Helicopter Services» MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin 74/K nömrəli və xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də vəzifəyə təyin olunması və ödənilməli olan əmək haqqlarının, eyni zamanda ödənilməli olan digər ödənişlərin (premya, bonuslar və s.) ödənilməsi haqda qətnamə qəbul edilməsi, cavabdeh "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 ildir ki, Hava nəqliyyatı sistemində işləyir, 2001-ci ildən 2003-cü ilə qədər Bakı "Azalhelikopter" şirkəti İTX-nin yükdaşıma vəzifəsində işləmişdir. 2003-cü ilin may ayından "X5" X2 Xidmət sahəsinin aviadaşımaların təşkili qrupuna yükdaşıyan vəzifəsində çalışmış, 2003-cü ilin iyun ayından Bakı "Azalhelikopter" aviasiya şirkəti Yerüstü qurğuların istismarı sahəsinin aerodrama xidmət üzrə texniki VTC-5-ci dərəcəsinə əsasən vəzifəyə təyin edilmişdir. "xxxx" QSC X4 Aeroportu Aerodrom xidməti X7 aerodromların istismarı sahəsinə 5-ci dərəcəli aerodrom xidmətinin texniki vəzifəsində fəaliyyət göstərmişdir. 2009-cu ilin 24 noyabrında Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsi ştatın ixtisar olunması ilə əlaqədar ləğv edilib. 2010-cu ilin 3 mayında yenidən "xxxx" QSC X4 Aeroportu Aerodrom xidməti X7 aerodromların istismarı sahəsinə 5-ci dərəcəli aerodrom xidmətinin texniki vəzifəsinə qəbul edilmişdir. Həmin ilin 16 dekabrında X4 Aeroportunun struktur dəyişikliyi ilə əlaqədar olaraq Aerodrom Təminatı İdarəsində həmin vəzifədə hesab edilmişdir. 2020-ci ilin 15 dekabrında həmin İdarədə 6-cı dərəcə ilə texniki vəzifəsinə təyin edilmişdir. 2023-cü ilin 17 fevralında həmin sahənin "Pirallahı" adasındakı vertolyot meydançasının rəisi vəzifəsinə 7-ci dərəcə ilə keçirilmişdir. Həmin ilin 31 oktyabrında Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləm öz xahişi ilə ləğv edilmişdir. Həmin ilin İ noyabrında "xxxx" MMC Aviadaşınmaların təşkili və müşahidəsi xidmətinin Pirallahı sahəsində MG meydançasının istismarı üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. 2024-cü ilin 10 yanvarında Yerüstü qurğuların, kommunikasiyaların İstismarı və təsərrüfat təminatı xidmətində MG meydançasının istismarı üzrə mühəndis (Neft Daşları) vəzifəsində hesab edilmişdir. Həmin ilin 23 iyulunda həmin xidmətin müvafiq istismarı üzrə mühəndis vəzifəsi Pirallahıda hesab edilmişdir. 2025-ci ilin 1 avqustunda Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işçilərin ştatları ixtisar edildiyindən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ümümilikdə 24 ildə əmək fəaliyyətinə malik olması və təcrübəli kadr olması ilə yanaşı, "xxxx" MMC-də fəaliyyət göstərdiyi dövrdə işlədiyi dövr ərzində əmək fəaliyyətində heç bir nöqsana rastlanmamış, vəzifəsini layiqincə yerinə yetirmiş, barəsində heç bir intizam və inzibati tədbir seçilməmişdir. Belə ki, 2001-ci ildən qüsursuz xidmət göstərmişdir. Bu illər ərzində vicdanla və məsuliyyətlə işləyərək müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, işində səmərəlilik və intizam nümayiş etdirmiş, xidmətlərinə görə dəfələrlə təşəkkürnamə və mükafatlarla təltif olunmuşdur. İşlədiyi müddətdə vəzifə yüksəlişləri əldə etmiş və peşəkar kadr kimi formalaşmışdır. Lakin ona "xxxx" MMC tərəfindən 15 may 2025-ci il tarixli 22/565-GS/ASGHS/İR saylı xəbərdarlıq göndərilmişdir, 29 iyul 2025-ci il tarixli, 74/k N-li əmr imzalanmış və həmin əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin 74/K nömrəli və xx.xx.2025-ci il tarixli əmi əsasında əmək müqaviləmə xx.xx.2025-ci ildə xitam verilmişdir. Xitama əsas olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (işçilərin sayı və ya statları İxtisar edildikdə) göstərilmişdir. Hesab edir ki, bu əmr qanunsuzdur. İxtisar proseduru əsassız aparılmış, onun ailə vəziyyəti və uzunmüddətli əmək stajı nəzərə alınmamışdır. Həmçinin işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Fəaliyyəti zamanı yüksək səviyyədə peşəkarlıq göstərdiyi üçün xx.xx.2024 və 23.07.24-cü il tarixlərində vəzifəsində yüksəliş almışdır, bunlarla yanaşı 20 ildən çox təcrübəsi mövcuddur. Sözügedən müəssisədə təcrübə və fəaliyyət baxımından iddiaçıdan aşağı səvivvədə olan xeyli işçi mövcud olduğu halda, Rasad Əlivevin ixtisara düşməsi tamamilə əsassız və mənasızdır. Kifayət qədər peşəkar kadr olmasına baxmayaraq vəzifəsindən xaric olunması Əmək Məcəlləsinin 78.1-ci maddəsini pozmuşdur. İddiaçının 3 azyaşlı övladı mövcuddur. Onlara layiqli həyat şəraiti təmin etmək üçün gəlir mənbəyinə malik olmalı olduğu halda, tutduğu vəzifədən əsassız şəkildə azad olunmuşdur. "xxxx" MMC əmək müqaviləsinə əsassız xitam verməklə Əmək Məcəlləsinin 78.2-ci maddəsini pozmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının adamı olan işçilər işdə saxlanılmışdır mövqeyi əsassızdır. Bela ki, ayrı-seçkiliyin meyarları ƏM 16-cı maddəsinin tələbləri ilə tənzimlənir. Milli əmək qanunvericiliyin tələblərinə asasən işçinin vətəndaşlığı, cinsi, irgi, dini, millyyeti, dili, yaşayış yeri, əmlak vaziyyat, ictimai-sosial mənşəyi, yaşı, ailə vəziyyəti əqidəsi ve bu kimi sayır qeyd edilen meyarlara aiddir. Sadalanan meyalardan biri ve ya bir neçesi əsası ilə əmək müqaviləsinə xitam verilmasi ƏM 16-cı maddəsinin tələbinin pozuntusunu yaradır. İşinin irəli sürdüyü irad hemin meyarların təsiri altına düşmür. Qanunverici tərəfindən müəyyən edimiş bir sıra digər meyarlar işçinin səhhəti ilə bağlıdır ki, cavabdeh hamin xəstəliklərə düçar deyil (insanın immunçalışmazlığı, dağınıq skleroz, əlillik) Qeyd edilən meyarlar Azerbaycan Respublikasının qoşulduğu BƏT emek va maşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 N-li Konvensiyanın (xx.xx.1960) 1-c maddəsində öz əksini tapıb. Avropa məhkəmə tacrübəsi və bu sahada qanunvericiliyi eyni meyarlara istinad edir. Bele ki, Case 1B, v. Greece ((Application no. 552/10-1B. v. Greece) işinda işçi HİV-pozitiv statusuna göre (insanın immunçatışmazlığı) işdən çıxarılmışdır. Hazırda baxılan mülki işdə iddiaçı R. Əliyevin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 16-cı maddəsində, BƏT Konvensiyasında, o cümlədən Avropa Məhkəməsinin təcrübəsində sadalanan ayrı-seçkilik meyarlarının tələbi altına düşmür. İddiaçı Cavabdeh MMC-nin Pirallahı istehsalat sahəsinin bağlanmasını, özünün ixtisarını işəgötürənin yalnız ona qarşı fərdi qərəzli yanaşma aksiyası kimi təqdim etməyə çalışır. “İddiaçının adamı olan işçilər işdə saxlanılmışdır” cümləsi isə şəxsən ona qarşı qərəzli münasibət fikrinin məhkəmədə formalaşdırılması üçün konkret fakta əsaslanmayan iraddır. Bu iradın irəli sürülməsi üçün iddiaçı konkret fakt(lar) və onun “adamı” barədə, HG meydançasının istismarı üzrə mühəndis vəzifəsinə müəssisə daxilindən və/və ya kənardan hər hansı digər işçi/vətəndaşın qəbulu, habelə sözügedən vəzifəyə təyinetmə proseduru zamanı həmin şəxsin – “onun adamının”, o cümlədən işəgötürən arasında səbəbli əlaqəni göstərən məlumatı təqdim etməlidir ki, müvafiq araşdırma aparılsın. Əks halda, qeyri-müəyyən sayda olan naməlum şəxslər barədə iddiaçının iradı müəssisənin bütün işçilərini “şübhə altına alır”. Həmçinin qeyri-müəyyən şəxslərin R. Əliyevin iddia ərizəsinə aidiyyəti və bağlılığı bəlli deyil. Cavabdeh qeyd edir ki, Cavabdeh MMC öz xərclərinin optimallaşdırılması məqsədi ilə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirləri görmüş, habelə Pirallahı istehsalat sahəsinin bağlanılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – DMAA) rəsmi müraciət etmişdir. DMAA-nın qərarına əsasən Pirallahı helikopter meydançasının “Uyğunluq sertifikatı” ləğv edilmiş və cavabdehin həmin sahədə fəaliyyəti tam dayandırılmışdır. Cavabdeh Pirallahı istehsalat sahəsində fəaliyyətin dayandırılması barədə məlumatı sifarişçilərinə, habelə digər maraqlı şəxslərə çatdırmışdır. Pirallahı istehsalat sahəsində cəmi bir nəfər (iddiaçı R. Əliyev) HG meydançasının istismarı üzrə mühəndis (Pirallahı) vəzifəsində çalışırdı. Pirallahı istehsalat sahəsində eyni vəzifədə çalışan başqa mühəndis(lər) mövcud deyil ki, Zabrat aeroportunа qəbul edilsin(lər), iddiaçı isə işdən kənar qalsın. Müəssisənin Yerüstü qurğuların, kommunikasiyaların istismarı və təsərrüfat təminatı xidmətində Aerodrom istismarı üzrə mühəndis (Zabrat) vəzifəsinə işçi 2022-ci ilin mart ayında, R. Əliyev isə HG meydançasının istismarı üzrə mühəndis (Pirallahı) vəzifəsinə 2023-cü ilin noyabr ayında qəbul edilmişdir. Pirallahı istehsalat sahəsinin fəaliyyəti dayandırıldığı gündən bu günədək Zabratda Aerodrom istismarı üzrə mühəndis vəzifələrinin sayı artmayıb, həmin və ya bu vəzifəyə uyğun mühəndis vəzifəsinə müəssisə daxilindən və ya kənardan heç kim işə qəbul edilməyib. Pirallahı istehsalat sahəsində HG meydançasının istismarı üzrə mühəndis vəzifəsinin sayı, həmin vəzifədə çalışan işçilərin sayı, vakant yerlərin mövcudluğu, habelə yuxarıda qeyd edilən digər dəlillər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS sistemi ilə rahat izlənilən və yoxlanılan məlumatlardır. Həmçinin həmin sahədə fəhlə vəzifəsində çalışan işçilərin mühəndis R. Əliyevin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi ilə müqayisəsi əmək qanunvericiliyinin tələblərinə ziddir və yolverilməzdir. Əks halda, fəhlə vəzifəsində çalışan işçinin əmək hüquqları pozulmuş olacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbinin əsasız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 102 nömrəli Əmr ilə "xxxx" MMC Aviadaşınmaların təşkili və müşahidəsi xidmətinin Pirallahı sahəsində MG meydançasının istismarı üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə yerüstü qurğuların, kommunikasiyaların İstismarı və təsərrüfat təminatı xidmətində MG meydançasının istismarı üzrə mühəndis (Neft Daşları) vəzifəsində hesab edilmişdir. xx.xx.2024-cü il həmin xidmətin müvafiq istismarı üzrə mühəndis vəzifəsi Pirallahıda hesab edilmişdir. xx.xx.2025ci il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işçilərin ştatları ixtisar edildiyindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 1/T nömrəli əmrindən görünür ki, "xxxx" MMC-nin YQKİTTX HG meydançasının istismarı üzrə mühəndisi (Pirallahı) İddiaçı işə davamiyyəti pozaraq 23 dekabr 2024-cü il tarixdə saat 12.09-dan saat 14.55-dek ve 24 dekabr 2024-cü il tarixdə saat 14.45-den saat 17.29-dək iş yerini özbaşına tərk etmişdir. İşçi əmrin təsviri hissəsinə uyğun izahatlar verərək ilk izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yanacaq doldurma manteqesinə gedib qayıtmışdır, ikinci izahalında 23 və 24 dekabr 2024-cü il tarixdə evə nahara getdiyini söylemişdir. İşçinin izahatları ilə əlaqədar işəgötürən qeyd edir ki, İşçinin şəxsi nəqliyyat vasitəsinə yanacaq doldurmaq üçün, mağazaya alış-veriş üçün getmək və bu kimi sair səbəblərdən iş yerini özbaşına tərk etməsi üzrlü hesab edilmədiyindən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndinin tələblərini pozduğuna Azerbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddesinin 2-ci hissəsinin "a" bəndi ilə töhmət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müasir təhlükəsizlik standartlarına uyğunlaşdırılması, təhlukəsizlik və istehsalat zəruriyyəti ilə əlaqədar uçuşların Zabrat hava limanından aparılması daha əlverişli olmasına əsaslanaraq Pirallahı helikopter meydançasından xx.xx.2025-ci il tarixindən etibarən bütün istehsalat və xüsusi uçuşların dayandırılması, xx.xx.2025-ci il tarixdən isə Pirallahı helikopter meydançasının ümumən istifadəsinə xitam veriləcəkdir. Bütün uçuşlar məhz Zabrat hava limanından aparılacaq. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Pirallahı helikopter meydançasından istehsalat və xüsusi uçuşlar dayandırıldığı və ümumiyyətlə helikopter meydançasından istifadəyə xitam verildiyi halda fövqəladə vəziyyətlərdə və ya Zabrat hava limanında əlverişsiz hava şəraiti zamanı "xxxx" MMC-nin uçuşlarının təmin edilməsi artıq qeyri-mümkün olacaqdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, "xxxx" MMC bildirir ki, Pirallahı helikopter meydançasının fəaliyyətinin dayandırılması ilə əlaqədar vəzifənizin ixtisara salınması barədə doqquz həftə əvvəlcədən rəsmi xəbərdar edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə xəbərdarlıqla onu imza edərək tanış olmuş, onun nüsxəsini almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 74/K nömrəli əmrindən görünür ki, Yerüstü qurğuların, kommunikasiyaların istismarı və təsərrüfat təminatı xidmətinin HG meydançasının istismarı üzrə mühəndisi (Pirallahı) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işçilərin ştatları ixtisar edildiyindən xx.xx.2025ci il tarixindən işdən azad edilsin və onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmiş, Maliyyə-iqtisad idarəsi yekun hesablaşma apararaq ona istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə xx.xx.2024/xx.xx.2025-ci il iş dövrü üçün 23 təqvim gününün pul əvəzinin, orta aylıq əməkhaqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinətinin ve sonuncu iş gününədək ödənilməli əmək haqqının ödənilməsini təmin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsinin bildirişi xx.xx.2025-ci il tarixdə, xxxxxxx0004X0 nömrə ilə “ƏMAS” sisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin "Pirallahı" helikopler meydançasının uyğunluq sertifikatının ləğv edilməsi ilə bağlı 2025-ci il 25 avqust tarixli 6/991-ÇS/ASGHS/YQKİTTX nömrəli müraciəti əsasında Ünvanı AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ. Maştağa qəsəbəsi. ev.Cenub-qərb hissəsi olan "xxxx" MMC-ye (VÖEN:**********) 2024-cü il 15 mart tarixində 3 (üç) illik müddətə verilmiş HD-002 nömreli uyğunluq sertifikatı ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -77-ci maddəsinə əsasən: 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 77.6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 77.7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikasının “Aviasiya haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada uyğunluq sertifikatı almayan hava limanlarının və (və ya) aerodromların istismarına yol verilmir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırılması zaman müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı yerüstü qurğuların, kommunikasiyaların İstismarı və təsərrüfat təminatı xidmətində MG meydançasının istismarı üzrə mühəndis (Pirallahı) vəzifəsində hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə işçilərin ştatları ixtisar edildiyindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv qanunsuz olduğundan ləğv edilməsini məhkəmədn xahiş etsədə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddalaraının pozulması halları müəyyən edilməmişdir. Belə ki, artıq Pirallahı helikopter meydançasına aid uyğunluq sertifikatı ləğv edilmişdir. Həmçinin, iş yerinin ixtisar ediləcəyi ilə bağlı iddiaçıya işəgötürən olan cavabdeh təşkilat tərəfindən vaxtında xəbərdarlıq edilmiş və son haqq-hesab ödənilmiş, ixtisar zamanı heç bir ayrıseçkiliyə yol verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “ASG Helicopter Services» MMC-nin 74/K nömrəli xx.xx.2025-ci il tarixli əmək müaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “ASG Helicopter Services» MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar