Məhkəmə qərarları › İş №2(008)-6565/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6565/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6565/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X4, Cavabdeh X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvana köçürülməklə və tərəfindən ödənilən məhkəmə xərcləri, hüquqi xidmətə görə vəkilə ödənilən 500 (beş yüz) manat və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə X6 ilə rəsmi nikah bağlayıb ailə həyatı quraraq cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvana gəlin köçərək, 2022-ci ilin may ayına qədər həmin ünvanda cavabdeh və birgə nigahdan olan 2 övladı ilə birgə yaşamışdır. 1999-cu ildən hazırkı vaxta qədər həmin ünvanda pasport qeydiyyatındadır. Həmin mənzil əvvəllər qaynatası Həmid İsmayılovun mülkiyyətində olmuşdur. 1994-1998-ci illlərdə qeyd olunan ünvanda əlavə olaraq cavabdeh öz vəsaiti hesabına bir mərtəbədən ibarət olan 2 otaqlı ev, qarac və qaracın üzərində 2 otaqlı yaşayış evi inşa etmiş və bir müddət sonra onlar yeni inşa edilmiş 2 otaqlı evdə cavabdeh və 2 övladıyla birgə yaşamışlar. 2007-ci ildə gözlərində problemlər yaşanmışdır. 2015-ci ildən getdikcə görmə qabiliyyətini tamam itirərək gözdən 1-ci dərəcəli əlili olmuşdur. Bu səbəbdən də ailə üzvülərinin köməyinə, qulluğuna ehtiyacı var idi. Övladları işləmək üçün başqa dövlətin ərazisində olduqlarından Azərbaycanda olmadığından 2 otaqlı evdə cavabdehlə yaşayırdı. Qulluğa ehtiyacı olduğu halda cavabdeh nəinki ona köməklik etmirdi hətta onu evdən çıxarmaqda israrlı idi. Belə ki, evdən çıxarmaq üçün onunla kobud davranmağa başlayan cavabdeh mənzilə gələn elektrik xəttini və qazı kəsir, onunla amansız rəftar edərək, başına döyərək işgəncələr verirdi. Məqsəd evdən çıxıb getməyə onu məcbur etmək idi. Bir müddət sonra o, cavabdehin hərəkətlərinə dözə bilməyib 2022-ci ilin təxminən may ayında yaxın qohumlarının köməyi ilə bacısının yaşadığı evə getmək məcburiyyətində qalmışdır. Hazırda bacısının evində yaşayır. Bir müddət sonra 1991-ci ildən yaşadığı və pasport qeydiyyatında olduğu Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvana qayıdıb yaşamaq istəmişdir. Lakin cavabdeh onu mənzilə buraxmamışdır. Bu səbəbdən də o, məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Baxmayaraq ki, o, 1991ci ildən həmin mənzildə cavabdeh və 2 uşaqla birlikdə yaşamış həmin mənzildə istifadə hüququ vardır. Onun başqa yaşayış yeri yoxdur. O, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün sənədləri toplayarkən məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış pozulmuş və xx.xx.2015-ci ildə Sabunçu Rayon Qeydiyyat şöbəsində 276 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Beləliklə əsassız və qanunsuz olaraq onu mənzilə yaşamağa mane olduğundan hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün vəkil hüquqi xidmətindən istifadə edərək tərəfindən 500 (beş yüz) manat hüquqi yardıma görə xidmət haqqı və 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 3-cü Ə.Kərim döngəsi, 1 saylı evin 1 saylı mənzilinə köçürülməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X8 arasındakı nikah xx.xx.1991-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı X17-Sosial Müdafiəsi Nazirliyinini SER TSE-01 seriyalı 312282 saylı arayışının surətindən görünür ki, İddiaçı ümumi görməyə görə birinci qrup əlildir. - İş materiallarında olan 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin 27 saylı i arayışından görünür ki, İddiaçı 1999-cu il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 3-cü Ə.Kərim döngəsi, 1 saylı evin 1 saylı mənzilində pasport qeydiyyatına düşmüşdür, lakin hal-hazırda həmin ünvanda pasport qeydiyyatında olması barədə olmasına dair məlumat yoxdur. - İş materiallarında olan 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin 27 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 3-cü Ə.Kərim döngəsi, 1 saylı evin 1 saylı mənzilində X9, İddiaçı, X3 və X7 pasport qeydiyyatındadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 3-cü Ə.Kərim döngəsi, 1 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 24646 saylı qəbzdən görünür ki, 6 saylı vəkil bürosuna 500 manat vəkil xərci ödənmişdir. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə iddia tələbinin cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvana köçürülməsi hissəsinə münasibət bilirərək qeyd edir ki, cavabdehin iddiaçının onun mülkiyyətindəki mənzilə köçürülməsinə etiraz etməməsi nəzərə alınmalı və iddia tələbinin bu hissəsi təmin edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 50 manat məbləğində dövlət rüsum Cavabdeh alınıb iddiaçıya verilməlidir. Bundan əlavə vəkil xərci olaraq 500 (beş yüz) manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, cavabdehdən 100 (yüz) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında olan evə köçürülsün. İş üzrə ödənilmiş 100 (yüz) manat vəkil xərci və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar