Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6571/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Eçmiadzin rayonunda doğulmuş X4nun doğum haqqında aktın qeydə alınması faktının müəyyən edilməsi və doğum aktının verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, X4 xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Eçmiadzin rayonunda anadan olmuşdur. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6r. vərəsəlik işinin açılması ilə əlaqədar müvafiq sənədlərin toplanması zərurəti yaranmışdır. 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin onun doğum haqqında şəhadətnaməsi itdiyindən (bəzi sənədləri gətirə bilmişlər), Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə Ermənistan sənədlərinin arxivi olmadığına görə, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 09584884 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1954-cü ildə Ermənistan SSR, Eçmiadzin rayonunda anadan olmuşdur. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1959-cü ildə Ermənistan SSR, Eçmiadzin rayonunda anadan olmuşdur. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1978-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Vİİİ- ЖГ 285400 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası (Allahverdiyeva) X7r. - B-Ж 206 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1959-cü ildə Ermənistan SSR, Eçmiadzin rayonunda anadan olmuşdur. - xx.xx.1978-ci il tarixli İ-ЖГ 494 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1954-cü ildə Ermənistan SSR, Eçmiadzin rayonunda doğulmuş X12 ilə xx.xx.1959-cu ildə Ermənistan SSR, Masis rayonunda doğulmuş X1 arasında xx.xx.1978-ci il tarixdə 114 nömrəli akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-822/2025 saylı məktubdan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi X4nun xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Eçmiadzin rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında müvafiq arayış ilə təmin olunacaqdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi X4 xx.xx.1954-cü ildə Ermənistan SSR, Eçmiadzin rayonunda anadan olmuş, xx.xx.2023-cü ildə vəfat etmişdir. Vərəsəlik işinin açılması ilə əlaqədar, notariat ofisi tərəfindən doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin həmin sənəd 1988-ci ildə Ermənistan SSR-dən deportasiya zamanı qaçqın düşərkən itirmişdir. Ərizəçi atasının doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi itirildiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, ərizəçinin X4nun xx.xx.1954-cü ildə Ermənistan SSR, Eçmiadzin (Üçkilsə) rayonunda doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X3”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X8”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin X4nun xx.xx.1954-cü ildə Ermənistan SSR, Eçmiadzin (Üçkilsə) rayonunda doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında – “X3”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X8”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6571/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6571/2025
13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver