Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6573/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində Respublika Uşaq Klinik Xəstəxanasında ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci ildə X15 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1987-cu il tarixdə X12 dünyaya gəlmişdir. X12 oğludur, bunu doğum haqqında şəhadətnamə təsdiq edir. 26 avqust 1999-cu il tarixdə 23:00-da Respublika Uşaq Klinik Xəstəxanasında rəhmətə getmişdir. Oğlu ölənə yaxın 5 ay əvvəl qan xəstəliyindən əziyyət çəkdiyini bilirdilər. Respublika Klinika Uşaq Xəstəxanasından verilən sənəddə ölümlə bağlı faktlar əks olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Respublika Pediatriya Mərkəzi PHŞ- yə müraciət etmişlər. Həmin Respublika Pediatriya Mərkəzi PHŞ tərəfindən bizə xx.xx.2025-ci il tarixli, 18-1-91/3-172/2025 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X12 xəstəliyi ilə əlaqədar xx.xx.1999-cu il tarixdə saaat 11:10da Respublika Uşaq Klinikasının Hematologiya şöbəsinə X10 variantı diaqnozu ilə ağır vəziyyətdə daxil olmuş, xx.xx.1999-cu il tarixdə 23:00-da X10 variantı Ürək Damar və tənəffüs çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınmışdır. AR Səhiyyə Nazirliyinin 100 nömrəli Əmrinə əsasən xəstəlik tarixinin saxlanma müddəti 25 il müəyyənləşdirilmiş və müddət keçdiyini nəzərə alaraq vətəndaşa ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Əllərindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X3 müraciət etsə də, 09 sentyabr 2025-ci il tarixli № 3-16-5/8-15-803/25 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. xx.xx.1987-ci il tarixdə X8 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Pirşağı qəbirstanlığında dəfn etmişəm. Mərhumun məzarının şəkilləri ərizəyə əlavə olunur. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi ərizəni dəqiqləşdirərərk, xx.xx.1987-ci il təvəllüdlü X5 xx.xx.1999-cu il tarixində Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Lenin Rayon Pirşağıa qəsəbə soveti tərəfindən xx.xx.1987-ci ildə verilmiş 497145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, atası X16, anası Ərizəçidır. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəi tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş İİ-ЖГ seriyalı 376474 nömrəli nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi xx.xx.1980-cı ildə 978 nömrəli nikah akt qeydi ilə nikahları bağlanmışdır. Nikahdan sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir. Respublika Uşaq Klinik Xəstəxanasının 766 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, X11 xx.xx.1999-ci il tarixdə Klinikaya daxil olmuş xx.xx.1999-cu ildə saat 23:00-da vəfat etmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X24“Respublika Pediatriya Mərkəzi” X19 xx.xx.2025-ci il tarixli 18-1-91/3-172/2025 nömrəli arayışdan görünür ki, övladı xx.xx.1387ci il təvəllüdlü X1 tarixinə əsasən xx.xx.1999-ci il saat 11:10-da Respublika Uşaq Klinik Xəstəxanasının (hal-hazırda Respublika Pediatriya Mərkəzi PHŞ strukturuna daxii olan X21 Xəstəxanası) Hematologiya şöbəsinə '‘X10 variantı" diaqnozu ilə ağır vəziyyətdə daxil olmuş, xx.xx.1999-cu il saat 23:00-da “ X10 variantı. Ürək-damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölüm qeydə alınmışdır (epikriz vətəndaşa təqdim edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 nömrəli Əmrinə əsasən xəstəlik tarixlərinin saxlanma müddəti 25 il müəyyənləşdirilmiş və bu müddəti keçdiyini nəzərə alaraq vətəndaşa ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. 4 Sayli Bakı “Asan Xidmət” X2 xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-803/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Foto şəkildən görünür ki, X13 xx.xx.1987-ci ildə anadan olmuş, xx.xx.1999-cu ildə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X6 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının yoldaşı həmdə əmisi qızıdır. Ərizəçinin qardaşı ilə 3 övladı olmuşdur. onlardan biri olan X13 qan xəstəliyindən əziyyət çəkirdi. X17 1999-cu il 13 yaşında vəfat edib. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 öz ifadəsində göstərmişdir ki, Ərizəçi ilə o 18 yaşından qonşudur. Ərizəçinin 3 övlı olmuşdur. onlardan ikisi ailəlidir. ərizəçinin övladlarından biri olan sahib rəhmətə getmişdir. Uşağ ölərkən təxminən 13 yaşı olmuşdur. Uşağın ölüm səbəbi xərçəng xəstəliyi olmuşdur. ərizəçi onun həm əmisiqızı, həmdəki qardaşının yoldaşı olmuşdur. Ərizəçinin oğlu X13 xx.xx.1987-ci ildə anadan olub. Ərizəçinin oğlu qan xəstəliyindən əziyyət çəkirdi. X17 1999-cu ilin avqust ayında vəfat edib. Uşağ ölərkən o orda olmamışdır. Yas mərasimində iştirak etmişdir.ölüm yeri uşağ xəstəxanası olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 ərizəçinin övladı olmuşdur. O, xx.xx.1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi uşaq klinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş X7 26 avqust 1999-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6573/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6573/2025
04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver