Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-658/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Lazım oğlunun Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı Lazım oğluna qarşı “vurulmuş maddi zərərin və qaz sayğacı üzrə istehlak olunmuş qaz sərfiyyatı borcunun (debitor borcun) ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lazım oğlu Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 mart 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 885.6 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun silinməsi, 2020-ci ilin mart ayından başlayaraq, bu günə qədər yuxarıda qeyd olunan borca görə ondan tutulan pul məbləğlərinin hesablanaraq Azəriqaz» İstehsalat Birliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı Lazım oğluna qarşı “vurulmuş maddi zərərin və qaz sayğacı üzrə istehlak olunmuş qaz sərfiyyatı borcunun (debitor borcun) ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lazım oğlundan Cavabdehnə dəymiş maddi zərərin əvəzi qismində 885.60 manat məbləğində borcun, 11/2022-ci il tarixinə kimi cavabdehə məxsus ünvanda (**********00300) mexaniki qaz sayğacı üzrə istehlak olunmuş və dəyəri ödənilməmiş 272.55 manat məbləğində qaz sərfiyyatı borcunun, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 31.60 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1189.75 manat məbləğində pulun tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m Ö/T ev ona məxsusdur. Bir neçə ay əvvəl qaz pulu ödəyən zaman onun hesabına 885.6 manat borc yazıldığını müəyyən etmişdir. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş 18 mart 2020-ci il tarixli ******* nömrəli aktın surətindən ona aydın olmuşdur ki, sayğac quraşdırılan müddətə qədər sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma müəyyən edilmiş və bu barədə 18 mart 2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, dəymiş ziyan məbləği 885.60 manat müəyyən edilmişdir. Sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləğinin onun hesabına yazılmasını qanunsuz hesab edir. Çünki, o, həmin evdə yaşamamışdır. Bundan əlavə Cavabdeh əməkdaşları sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmə halını müəyyən edən zaman əgər həqiqətən də belə bir fakt var idisə ilk öncə araşdırılmalı idi ki, qaz xəttinə qanunsuz qoşulan kimdir və bu qanunsuz qoşulmadan kim faydalanır, həmin qanunsuz qoşulan qaz xətti kimin mənzilinə yönəlib. Araşdırma olsaydı müəyyən olunacaqdı ki, o, həmin ünvanda yaşamır və onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma olmayıb. Lakin Cavabdeh əməkdaşları heç bir araşdırma aparmadan onu etmədiyi əmələ görə təqsirli bilib 885.60 manat borc məbləğini onun hesabına yazmışlar. Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmanı müəyyən etmişdilərsə qanunsuz qoşulan şəxsi müəyyən edib, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbir görməli idilər. Lakin onlar bunu etmədən, kimin sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasını müəyyənləşdirmədən qanunsuz qoşulmaya görə dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Hesab edir ki, hər hansısa şəxsin sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasına görə o məsuliyyət daşımır. Həmçinin, qanunsuz qoşulma nəticəsində dəymiş ziyanı dəqiq hesablamaq da mümkün deyildir. Çünki qanunsuz qoşulmanın nə vaxt baş verdiyini və nə qədər qaz istifadə edildiyini müəyyən etmək mümkün deyildir. Bütün bu olanlar onu dərinən sarsıdaraq əsəbləşdirir. Çünki Cavabdeh əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Daha sonra İddiaçı Lazım oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 885.60 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Lazım oğlu yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmazdan əvvəl təbii qazdan sayğacsız şəkildə qanunsuz istifadə etmişdir. Cavabdeh ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən qazpaylayıcı küçə qaz xəttinə kustar üsulla özbaşına qoşulmaqla ünvanına qanunsuz qaz xətti çəkmiş və ona məxsus ünvanda təbii qazdan qanunsuz istifadə etmişdir. Cavabdehin 03/2020-ci il tarixdə ona məxsus ünvanda təbii qazdan qanunsuz istifadə etməsi faktı Cavabdeh İB-nin əməkdaşları tərəfindən müəyyən olunmuş, barəsində xx.xx.2020-ci il tarixində ******* nömrəli akt tərtib olunmuş, qaz xəttinə qanunsuz qoşulmanın fotoşəkli çəkilmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş təbii qazın hesabatı müəyyən edilərək Cavabdeh İB-nə dəymiş maddi zərərin əvəzi 885.60 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə məxsus ünvanda qanunsuz qoşulma faktı aradan qaldırıldıqdan sonra isə xx.xx.2020-ci il tarixdən etibarən cavabdehə məxsus ünvana onun müraciəti əsasında mexaniki tipli qaz sayğacı quraşdılmışdır. Cavabdehə məxsus ünvanda 11/2022-ci il tarixə kimi mexaniki qaz sayğacı üzrə istehlak edilmiş, lakin dəyəri tam ödənilməmiş 272.55 manat məbləğində qaz sərfiyyatı borcu (debitor borc) da vardır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Lazım oğlu iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddianı etiraf etməmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Lazım oğluna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə İddiaçı Lazım oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 iddianı etiraf etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən ilkin iddiaçının iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan y/m Ö/T ünvanına baxış keçirlərkən müəyyən edilmişdir ki, qeyd olunan ünvanda borcun yazıldığı 15 nömrəli ev mövcud deyildir. Həmin ünvanda İddiaçı Lazım oğluna məxsus iki darvazalı qapısı olan, daşla hörülmüş divarla əhatə olunan həyət evi vardır. Həmin evin hasarının sol divarında **********6 nömrəli sayğac quraşdırılmışdır. Sayğaca qanunsuz qoşulma ilə bağlı qaz xətti aşkar olunmamışdır (fotolarda əks olunan ev aşkar olunmadı). Məhkəmə, proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Lazım oğlunun evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğac quraşdırılan müddətə qədər təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı Lazım oğlunun yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 885.60 manat məbləğində zərər hesablanmışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Lazım oğlu tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Belə olan halda, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Lazım oğluna 885.60 manat borcun hesablanması əsassız olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı Lazım oğlunun abunə koduna hesablanmış 885.60 manat məbləğində borc silinməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı Lazım oğlu tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı öz təsdiqini tapmamışdır. Belə olan halda, İddiaçı Lazım oğlundan Cavabdehnə dəymiş maddi zərərin əvəzi qismində 885.60 manat məbləğində borcun tələb edilməsi əsassızdır, odur ki, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Lazım oğlunun sayğac üzrə istifadə edilmiş təbii qaza görə 272.55 manat debitor borcu vardır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 272.55 manat ödənilməmiş debitor borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Lazım oğlunun **********00300 saylı abunə koduna hesablanmış 885.60 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Lazım oğlundan 272.55 manat debitor borc və 30 manat dövlət rüsumu tutularaq Cavabdeh hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-658/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-658/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver